Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş konfrans keçirilib
10 May 2022, 10:27
10 May
2022
10:27
594
Mayın 9-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş "Heydər Əliyev və gənclər siyasəti” mövzusunda konfrans keçirilib. Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikasının Gənclər Fondu və "Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən konfrans iştirakçıları ilk olaraq Fəxri Xiyabanı ziyarət edərək ulu öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.
Daha sonra Heydər Əliyev Muzeyi ilə tanış olan iştirakçılara ulu öndərin siyasi fəaliyyəti, zəngin irsi barədə geniş məlumat verilib.
Ölkəmizdə fəaliyyət göstərən gənclər və könüllü təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən konfrans ulu öndərin həyat və fəaliyyətindən bəhs edən "Böyük ömrün anları” filminin nümayişi ilə davam edib.
Tədbirdə Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru İlham Məmmədzadə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Fuad Məmmədov, Heydər Əliyev Mərkəzinin Heydər Əliyev irsinin tədqiqi və təbliği departamentinin Heydər Əliyev Muzeyi şöbəsinin müdiri Rəna Məmmədova və "Regional İnkişaf” İctimai Birliyinin Layihələr və könüllülərlə iş şöbəsinin müdiri Hüseyn Abdullayevin çıxışları dinlənilib.
Çıxışlarda bildirildi ki, ölkəmizdə gənclər siyasətinin əsasının qoyulması ulu öndərin adı ilə bağlıdır. Ümummilli liderin bilavasitə rəhbərliyi altında müstəqil Azərbaycanda gənclər siyasəti hər gəncin vətənpərvərlik, dövlətçilik prinsipləri əsasında, xalqımızın tarixinə, mədəni irsinə, milli-mənəvi, eyni zamanda ümumbəşəri dəyərlərə hörmət ruhunda yetişməsi, cəmiyyətin ictimai-siyasi və sosial-iqtisadi həyatında fəal iştirakının təmin edilməsi, intellektual və yaradıcılıq potensialının artırılması kimi vacib məsələləri özündə ehtiva edir. Ümummilli liderin gənclərlə iş sahəsində qəbul etdiyi dövlət proqramları, imzaladığı fərman və sərəncamlar gənclərin ölkənin ictimai-siyasi həyatında fəal iştirakını günü-gündən artırmış, onların gələcək inkişafı üçün geniş imkanlar açmışdır. Həmçinin diqqətə çatdırıldı ki, Ümummilli liderin siyasi kursunu müasir dövrün tələblərinə uyğun olaraq layiqincə davam və inkişaf etdirən cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Azərbaycanda dövlət gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin ictimai-siyasi həyatda və dövlət idarəçiliyində məsul vəzifələrdə iştirakını təmin etmək, onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə ölkə rəhbərliyi bütün lazımi tədbirlər həyata keçirilir. Məhz gənclərə göstərilən yüksək diqqət və qayğı nəticəsində bu gün ölkədə bilikli, bacarıqlı, geniş dünyagörüşlü, vətənpərvər, xalqına, dövlətinə bağlı gənclər ordusu yetişib. Ali Baş Komandanın da qeyd etdiyi kimi, məhz həmin gənclər 44 günlük Vətən müharibəsində Böyük zəfər qazanaraq, torpaqlarımızı düşmən işğalından azad etdilər. Azərbaycanın gücünü, Azərbaycan gəncinin nəyə qadir olduğunu, birlik və bərabərliyini dünyaya nümayiş etdirdilər. Bütün bunlar ölkədə düzgün həyata keçirilən gənclər siyasətinin məntiqi, uğurlu nəticəsidir.
Çıxışçılarda həmçinin, ölkəmizin parlaq gələcəyi naminə gənclərin ulu öndərin və cənab Prezidentin siyasi kursuna sadiq qalaraq, onlar üçün yaradılan imkanlardan yararlanaraq özlərini inkişaf etdirməyə, Ümummilli lider Heydər Əliyevin zəngin irsinin, dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, tədqiqi və geniş təbliği, ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti, adət-ənənələri və digər milli-mənəvi dəyərlərinin ölkəmizdə və xaricdə tanıdılması, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və digər sahələrdə layihələrin həyata keçirilməsində təşəbbüskarlığın artırılması, bu istiqamətdə ölkəmizdə fəaliyyət göstərən bütün gənclər və könüllü təşkilatları birgə səylərin artırılmasına çağırdılar.
Xəbər lenti
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:36“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
15:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:17"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:57Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
16:44Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:41Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
10 Mart 2024
09 Mart 2024
07 Mart 2024
06 Mart 2024
Digər xəbərlər
-
SOSİAL
Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
SOSİAL
Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
SOSİAL
Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
SOSİAL
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
MANŞET, SOSİAL
Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
SOSİAL
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
SOSİAL
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
SOSİAL
Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
SOSİAL
"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR