“İDEYANI REALLAŞDIR 2022” MÜSABİQƏSİNİN NƏTİCƏLƏRİ ELAN OLUNDU

“İDEYANI REALLAŞDIR 2022” MÜSABİQƏSİNİN NƏTİCƏLƏRİ ELAN OLUNDU
Azərbaycan Respublikası Gənclər Fondunun gənc nəslin fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsi, vətənpərvərlik ruhunda tərbiyə olunması, ictimai fəallığının artırılması, eləcə də innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin dəstəklənməsi məqsədilə 7-27 iyul 2022-ci il tarixlərində keçirdiyi "İdeyanı Reallaşdır 2022” Gənclərin Fərdi Layihələri üzrə Qrant Müsabiqəsinin qalibləri müəyyən edildi.

Layihə qəbulu müddətində daxil olan layihə təkliflərinin qiymətləndirilməsi həyata keçirilərək "VətənimİZ”, "İnnovativ Gənclik”, "Gəncdən Gəncə”, "Gənc İstedad”, "Gənclər Məkanı”, "Gənc Lider”, "Azərbaycan Könüllüsü” və "Tələbə Təşəbbüsü” qrant istiqamətləri üzrə 178 layihənin maliyyələşdirilməsi haqqında qərar qəbul olundu. Müsabiqə qaliblərinin siyahısı ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz:
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarını rəhbər tutaraq, Gənclər Fondu bu günə qədər gənclər və gənclər təşkilatlarının 5 minə yaxın layihəsini maliyyələşdirib, paytaxtda və regionlarda yaşayan gənclərin hərtərəfli inkişafı ilə bağlı silsilə proqramlar həyata keçirib. Ötən 10 il ərzində 500 mindən çox gənc Fond tərəfindən dəstəklənən layihələrdən bilavasitə yararlana bilib.

Xəbər lenti