“İlham Əliyevin Özbəkistana səfəri tarixi hadisədir” – Millət vəkili

“İlham Əliyevin Özbəkistana səfəri tarixi hadisədir” – Millət vəkili
7NEWS.az xəbər verir ki, bu barədə Millət vəkili Azay Quliyev Azərbaycan Prezidentinin Özbəkistana səfərini şərh edərkən deyib: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hazırda Özbəkistana davam edən rəsmi səfəri adi protikol səfəri deyil, dünyada yeni yaranmış geosiyasi hadislər fonunda xüsusi hədəflərə hesablanmış tarixi bir hadisədir.
Bu səfər təkcə Azərbaycan-Özbəkistan əlaqələrini tamamilə yeni və strateji tərəfəfdaşlıq mərhələsinə yüksəltmir, eyni zamanda türk dünyasının inteqrasiyası və güclənməsi üçün real imkanlar yaradır.
Səfərin vacib məqamlarına keçməmişdən öncə onu xatırlatrmaq istərdim ki, Qarabağın bərpası işində Türkiyədən sonra qardaş köməyinə gələn məhz Özbəkistandır, onun Prezidenti hörmətli Şavkat Mirziyovdur.
Bildiyiniz kimi, Özbəkistan işğaldan azad edilmiş Füzuli şəhərində hədiyyə kimi məktəb tikir və növbəti tədris ilinə qədər məktəbin istifadəyə verilməsi planlaşdırılır.
Cənab Prezident dünən Daşkənddə bunu çox yüksək qiymətləndirdi və bildirdi ki, bu bizə verilmiş ilk belə böyük hədiyyədir, bu, hədiyyə bizim qardaşlığımızın rəmzi olacaq, yüzilliklər boyu Azərbaycan xalqının qəlbində yaşayacaq.
Özbəkistan və onun Prezidenti torpaqlarını işğaldan azad edən Azərbaycanı ilk və ürəkdən təbrik edən ölkələrdəndir.
Digər tərəfdən Ulu Öndər Heydər Əliyevin irsinə və onun sovetlər dönəmində Özbəkistan üçün etdiklərinə hörmət əlaməti olaraq Daşkənddə Heydər Əliyev Meydanının yaradılması və Meydanın mərkəzində Ulu Öndərin böyük memorial kompleksinin ucaldılması bizim dostluq və qardaşlığımızın növbəti simvollarından birinə çevriləcək.
Səfər zamanı çox mühüm razılaşmalar imzalandı. Bunlardan hərbi sahədə əməkdaşlıq haqqında sazişi, Xarici İşlər nazirlikləri arasında 2022-2024-ci illər üzrə əməkdaşlıq proqramını, Bakı-Tbilisi-Qars dəmir yolu ilə yük daşımalarının artırılması, iqtisadi əməkdaşlığın və qarşılıqlı investisiyaların genişləndirilməsi haqqında razılaşmanı xüsusi qeyd etmək lazımdır.
Çox istərdik ki, Mərkəzi Asiyanın digər qardaş dövlətləri də Özbəkistandan nümunə götürərək 21-ci əsrdə türk dünyasının qələbə rəmzinə çevrilən Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması və dirçəldilməsi işinə qoşulsunlar, beləliklə, türk dövvlətlərinin sürətli inteqrasiyasi və birliyi üçün daha fəal olsunlar.”
Cavid Məhərrəmov

Xəbər lenti