İQTİSADİ.az saytına baş redaktor təyin edildi - FİKRƏT MƏMMƏDOV KİMDİR?

İQTİSADİ.az saytına baş redaktor təyin edildi - FİKRƏT MƏMMƏDOV KİMDİR?
7NEWS.az xəbər verir ki, tanınmış jurnalist Fikrət Məmmədov yeni yaradılan iqtisadi.az saytına baş redaktor təyin edilib. Bu barədə məlumatı F.Məmmədov saytımıza təsdiqləyib. 

Məlumat üçün qeyd edək ki, Fikrət Məmmədov 1982 -ci ildə anadan olub. 2003-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində  Moskva Dövlət Linqvistika Universitetində "Müasir Jurnalistika” fakultəsini bitirib. Əmək fəaliyyətinə 2000-cildə Azərbaycan Dövlət Televiziyasında başlayıb. 2005-ci ildə İctimai Televiziyada rejissor kimi işə başlamış, daha sonra bu televiziyanın Rusiyadakı xüsusi müxbiri vəzifəsini uğurla icra edib. 2013-cü ildən biznes fəaliyyəti ilə məşğul olub. Rusiyada bir sıra iri şirkətlərdə çalışmış, bir sıra nüfuzlu sahibkarlar klubunun üzvüdür. 
7NEWS.az

Xəbər lenti