İqtisadi.az saytının Vətən Müharibəsi Şəhidi (Abbas Əliyev) haqqında hazırladığı qısa video çarx

İqtisadi.az saytının Vətən Müharibəsi Şəhidi (Abbas Əliyev) haqqında hazırladığı qısa video çarx
Əliyev Abbas Salam oğlu 09.01.1988-ci ildə Bakı şəhəri Ramana qəsəbəsində anadan olub. Təhsilini 90  saylı qəsəbə məktəbində bitirmiş və Hərbi Xidmətə çağırılmışdır. Hərbi xidmətdən qayıtdıqdan sonra özəl şirkətlərdə sürücü kimi işləmiş, ara günlərdə isə taksi  kimi fəaliyyət göstərmişdir. 2-ci Qarabağ müharibəsi başlayan zaman 09.10.2020-ci il müvəqqəti ehtiyatda olan hərbi qulluqçu kimi döyüşə çağırılmış və 02.11.2020-ci il də qəhrəmancasına şəhid olmuşdur. 
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Əliyev Abbas Salam oğlu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur.

Əziz xatirəsini ehtiramla anırıq.
Shushapost.Az

Xəbər lenti