"Jurnalistlər binasının şəhid ailələrinə verilməsi təklifi Prezidentə qarşı təxribat idi" - ŞƏRH

7NEWS.az xəbər verir ki, bu barədə jurnalist Məhəmmədəli Qəribli Şakir Emimbəylinin son addımına münasibət bildirərkən deyib: "Jurnalistlər üçün inşa edilmiş binanın media təmsilçilərinə verilməməsilə bağlı müraciəti imzalayanlardan biri də Şakir Eminbəylidir. 

Qeyd edim ki, Şakir bıyin özü jurnalistlər üçün inşa edilən əvvəlki binadan mənzil alıb. 

Bu gün məlumat yayılıb ki, o, həmin mənzilini rəsmi qaydada hansısa şəhid ailəsinə bağışlayıb. Çox sağ olsun! Amma maraqlı olan məsələnin başqa aspektidir. 

Deməli, bu insanın mənzilə ehtiyacı olmadığını özü təsdiqləmiş olur. Onda isə niyə jurnalistlər binasından verilən evdən zamanında imtina etmirdi? 

Bu kampaniyanı təşkil edənlər ciddi müqavimətin olacağını gözləmirdilər. Şəxsən mən həmin təşəbbüsü Prezidentə yönəlik təxribat kimi qiymətləndirib, yazı yazdım. 

Məndə olan məlumata görə, binanın jurnalistlərə verilməməsi ilə bağlı göstərilən təşəbbüs tam fiaskoya uğrayıb. 

Bu səbəbdən də, kampaniya təşkilatçıları belə gedişlər edib, özlərini yuxarıların gözünə soxmaq istəyirlər. 

Bunun fonunda  prosesə könüllülük əmsalını əlavə etməyi hədəfləyirlər. 

Mən müraciətə imza atan, jurnalist binasından ev alan, lakin həmin evə ehtiyacı olmayan digər media adamlarını da Şakir bəylə həmrəy olmağa səsləyirəm. 

Buyurun, siz də ehtiyac duymadığınız evlərinizi şəhid ailələrinə bağışlayın!" 

7NEWS.az

Xəbər lenti