Jurnalistlərə evlər hansı şərtlə veriləcək?

Jurnalistlərə evlər hansı şərtlə veriləcək?
Son günlər jurnalistlər üçün tikilməkdə olan üçüncü bina ilə bağlı müxtəlif söz-söhbətlər yayılıb.

7News.Az xəbər verir ki, sosial şəbəkələrdə və bəzi media orqanlarında jurnalistlərin üçüncü binasının tikintisinin dayandırılacağı, növbəti bölgü prosesində mövcud qaydalarda dəyişikliklərin olacağına dair məlumatlar yayılıb.

Jurnalistlərin binasındakı mənzillərin elan saytlarında satışa çıxarıldığına dair fotolar da geniş müzakirə olunub.

Yayılan informasiyaların nə dərəcədə həqiqəti əks etdirdiyini öyrənmək üçün Kütləvi İnformasiya Vasitələrinin Dövlət Dəstəyi Fonduna (KİVDF) sorğu ünvanladıq. KİVDF-nin mətbuat katibi İlkin Nadirov sorğumuza cavab olaraq bildirib ki, media mənsublarının mənzillərini satmaqla bağlı qərarlarına hər hansı məhdudiyyət yoxdur:

"Media mənsublarına hər hansı bir səbəbdən evini satmaq, hədiyyə etmək və ya kirayə verməklə bağlı məhdudiyyət yoxdur. Jurnalistlərin binasında bölgü məsələsi ilə bağlı şərtlər və qaydalarda hansısa dəyişikliklərin edilməsi məsələsinə gəlincə, bu istiqamətdə yenilik olarsa, ictimaiyyətə məlumat veriləcək”. (oxu.az)

 

7News.Az

Xəbər lenti