Lavrov: “İrəvan sülh danışıqlarına hazırdır”
29 İyun 2022, 12:32
29 İyun
2022
12:32
525
Paşinyan sülh danışıqlarına hazırdırsa, niyə əldə olunan razılaşmaları sabotaj etməkdə davam edir?
"Əgər yenə də Ermənistanda revanşist qüvvələr baş qaldırsa, bilməlidirlər ki, onları nələr gözləyir”. Bunu Prezident İlham Əliyev iyunun 26-da - Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimində çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib: "Əgər Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq. Biz Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq. Onlar da bunu bilsinlər”.
Prezident revanşist qüvvələrə də bir daha xəbərdarlıq edib: "Əgər yenə də Ermənistanda revanşist qüvvələr baş qaldırsa, bilməlidirlər ki, onları nələr gözləyir”.
Qeyd edək ki, ötən həftə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya səfərində bu mövzu geniş müzakirə edilib. Lavrov Paşinyanın sülh danışıqları aparmağa hazır olduğunu deyib: "Siz münasibətlərin normallaşdırılmasını, sülh müqaviləsini, gələcək müqavilənin sizin tərəfinizdən təqdim olunmuş müddəalarını xatırlatdınız. Yeri gəlmişkən, biz eşitmişik, Ermənistan tərəfi, baş nazir Paşinyan bu mövzuda danışıqlar aparmağa hazırdır. Biz burada da Azərbaycanın və Ermənistanın razılığı ilə kömək göstərməyə hazırıq”.
Məlumdur ki, Qarabağ məsələsinə görə əhalinin kütləvi şəkildə küçələrə axışacağını zənn edən və revanşist fikirlərin bu prosesdə katalizator rolunu oynayacağına böyük ümidlər bəsləyən erməni müxalifəti fiasko ilə üzləşib. Ermənistan əhalisi, artıq çətin də olsa, sülhə yönəlməyə başlayıb. Bu prosesdə, sözsüz ki, Azərbaycanın regiondakı qüdrətinin ermənilər arasında yaratdığı qorxu və ümidsizlik də az rol oynamayıb. Azərbaycanın qətiyyətli mövqeyi, mütləq qalib olmasına baxmayaraq, sülh naminə Ermənistan tərəfinə verilmiş şanslar, görünür, erməni xalqının şüuruna da müsbət təsir göstərməyə başlayıb. Ən əsası da, müxalifətin aparıcı qüvvəsi "Qarabağ klanı”nın liderləri olduğundan, Ermənistan cəmiyyətində onlara etimad göstərilmir. Əksinə, onları Ermənistanın və ermənilərin üzləşdiyi bütün bəlaların və faciələrin əsas səbəbkarı kimi görürlər. Xalq da artıq onların hansı oyun oynadığını və nəyə xidmət etdiyini, bu məqsədlərin arxasında ancaq hakimiyyət hərisliyinin dayandığını dərk edir. Ona görə də onlara dəstək vermirlər. Bu hal Paşinyana rəqibləri üzərində üstünlük vəd edir, radikal müxalifəti sıradan çıxarır. Prinsipcə, artıq erməni baş nazirin önündə sülh müqaviləsi üçün heç bir maneə qalmır. Maraqlıdır, Paşinyan Lavrovun da dediyi kimi, sülh danışlqlarına hazırdırsa, onda niyə bu istiqamətdə addımlar atmaq əvəzinə, əldə olunan razılaşmaları sabotaj etməkdə davam edir?
Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev bildirdi ki, Ermənistanın hazırda sülhlə bağlı mövqeyi anlaşılan deyil: "Bir tərəfdən hətta Lavrovun belə dilindən səslənir ki, Ermənistan bu prosesə hazırdır, digər tərəfdən isə Paşinyan ikitirəli oyun oynayır, konkret qərar verməkdə çətinlik çəkir, revanşistlərdən ehtiyat edir, nala-mıxa vurur. Hərçənd burada düşünülməli, ehtiyat etməli nəsə yoxdur. Sadəcə, addım atılmalıdır, üçtərəfli razılaşmalardakı bəndlərdən irəli gələn öhdəliklərə əməl edilməlidir, Zəngəzur dəhlizi təcili formada açılmalıdır, sərhəd məsələləri öz həllini tapmalıdır. Eyni zamanda Paşinyan revanşist qüvvələrdən ehtiyat edirsə, yenə də böyük yanlışlığa yol verir. Çünki erməni xalqı həmin qüvvələrə dəstək vermir, özlərini ”klan lideri" adlandıranların fikirlərini, ideyalarını bölüşmür. Səbəb də odur ki, 30 illik işğal dövründə Ermənistan faktiki olaraq heç nə qazanmadı. Əksinə, itirdi. Həm beynəlxalq dairələrdəki nüfuzunu itirdi, həm də regional kommunikasiyalarda, layihələrdə iştirak şansını. Yəni bu işğal faktı illər boyunca Ermənistanın öz başında çatladı, onları qınaq obyektinə çevirdi. İndi isə artıq meydanda, masada başqa şərtlər var və həmin şərtləri Azərbaycan diktə edir. Çünki 44 günlük müharibədə erməninin başını əzmişik, torpaqlarımızı işğaldan azad etmişik. Qalib tərəf bizik. Güclü olan tərəf bizik. Ona görə də Ermənistan hakimiyyəti nəhayət öz taleyi və mövcud durumla barışmalıdır, bölgədə sülhün, sabitliyin bərpası üçün əməli addımlar atmalıdır, revanşistlərdən qorxaraq verdiyi sözlərdən qaçmamalıdır, sülh müqaviləsi ilə bağlı mövzularda ciddiyyət nümayiş etdirməlidir. Revanşistlər güman ki, Paşinyana heç nə edə bilməz. Çünki nüfuzlarını itiriblər. Amma əgər Ermənistan hakimiyyəti Azərbaycanla oyun oynamaq eşqinə düşsə, bax bunun cavabı çox ağır olacaq".
Murad Sadəddinov
Politoloq Murad Sadəddinov dövlət başçısının Kəlbəcərdə çox ciddi mesajlar verdiyini söylədi: "Azərbaycan Ordusunda paralel olaraq xüsusi təyinatlıların bir növü kimi mövcud olan korpuslarımızda ayrıca komando briqadaları yaradılır. İlk briqada Hadrutda yaradılmışdı. Növbəti briqada Kəlbəcərdə yaradıldı. Cənab Prezident briqada döyüş bayrağının təqdim edilməsində iştirak etdi ki, bu da simvolikdir. Bu, ordumuzun 104 illiyində həyata keçirildi. Ölkə başçısı çıxışında bir sıra vacib və maraqlı məqamlara toxundu. Eyni zamanda ciddi mesajlar da verdi. Dağın ətəyində cənab Prezidentin ”Dəmir yumruq yerindədir" sözlərinin yazılmasının özü çox mətləblərdən xəbər verir. Bu bir daha yada salır ki, sizlər götürdüyünüz öhdəliklərdən yayına bilməyəcəksiniz. Ordumuz bu gün hər şeyə qadirdir. Ermənistandakı revanşistlər, erməni havadarlar gələcək barədə xam xəyalları varsa, unutmasınlar ki, Qarabağ problemini 44 gündə necə həll etdiksə, yerdə qalan problemləri də həll etmək bizim üçün artıq elə də çətin deyil. Cənab Prezident Brüssel və Rusiya ilə danışıqlar meydançasına siqnallar göndərir ki, 44 günlük savaşdan sonra əldə olunan razılaşmaları tezliklə yerinə yetirməlisiz, əks halda, bundan yayınmaq istəsəniz, dəmir yumruq” yerindədir".
Asif Nərimanlı
Siyasi analitik Asif Nərimanlı atılmalı olan bir sıra addımlardan söz açdı: "Paşinyan da anlayır ki, sülh müqaviləsinin alternativi yoxdur və bu, ilk öncə Ermənistanın gələcəyi üçün lazımdır, lakin o, müəyyən üstünlüklər əldə etmədən də buna getmək istəmir. Bilirik ki, sülh müqaviləsinin hazırlanması üçün öncə atılmalı addımlar var. Bunlardan biri sərhədin delimitasiyasıdır. Əgər delimitasiya SSRİ xəritələri ilə olarsa, nəticədə vaxtilə ermənilərə əkin və otlaq sahəsi adı ilə verilən ərazilər, o cümlədən Kərki və Qazağın 7 kəndinin qaytarılması gündəmə gələcək. Ermənistan mümkün qədər bunun qarşısını almağa çalışır. Digər bir məsələ kommunikasiyanın açılmasıdır. Ermənistan Zəngəzur dəhlizinin ”yol məntiqi" ilə açılmasına çalışır, bu, həm daşımalardan tranzit haqqı almağa hesablanıb, həm də Qərb Rusiyanın bu yolda təsirə malik olmasını istəmir. Eyni zamanda İrəvan Qarabağdakı ermənilərin müəyyən "status” əldə etməsini istəyir. Bu istəklərini "təhlükəsizlik və hüquqlarının təminatı” ilə bir qədər yumşaltsalar da, sonda "status”a nail olmağa çalışırlar. Bu o deməkdir ki, Ermənistan və Azərbaycan sülh müqaviləsinin imzalanması məsələsində eyni fikirdə olsalar da, gündəliklə bağlı ciddi fikir ayrılıqları var və prosesin inkişafı 44 günlük müharibədən öncəki vəziyyətin yaranmasına doğru gedir. Razılaşmalar var, amma heç bir irəliləyiş yoxdur və bu, eskalasiyanı aktuallaşdıracaq vəziyyətdir".
Xəbər lenti
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:36“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
15:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:17"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:57Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
16:44Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:41Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
-
10:37“Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib – FOTOLAR
-
17:05Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
15:11“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
18:01Deputat: Antalya Forumundan Ermənistanın regionda sülhün bərpasında ciddi məsuliyyət daşıdığına bir daha əmin olduq
-
13:48İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər
-
13:22Almaniyadan Bakıya Qarabağ jesti- situativ reverans, yoxsa...
-
11:20“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
09:59Xocalı şəhidləri Polşadakı katolik kilsəsində anılıb - Foto/Video
-
13:52Deputatdan SENSASİON YAZI: "Xocalı soyqırımında adı keçənlər..."
-
13:09Layihənin adı: “QİÇS və Narkomaniyaya qarşı mübarizə tədbirlərinin keçirilməsi”
-
14:25Prezident İlham Əliyevin açıq mesajları xarici siyasətimizin gələcək prioriteti baxımından çox önəmlidir - Deputat
-
15:56“Samir Rzayevin gəlişi AZAL-da çox şeyi yaxşıya doğru dəyişib” – Elşən Musayev
-
14:47"Dünən şahidi olduq ki, idman nə qədər böyük siyasətdir" - Deputat
-
12:54“Makronun söylədikləri absurd və qərəzdən ibarətdir.” – Elşən Musayev
-
19:42Mingəçevir Dövlət Universiteti (MDU) ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi arasında əməkdaşlıq uğurla reallaşdırılır
-
19:35AZTV-də 5 saatlıq yeni il şousu olacaq
-
13:40“Təhlükəsizlik məktəbi” gənclər üçün yol hərəkətinin təhlükəsizliyi sahəsində maarifləndirmə işinin təşkili” adlı layihəsinin icrasını davam edir
-
15:17“Kristal Abşeron“dan açıqlama
-
14:06Varşavada ilk dəfə Azərbaycan-Polşa Gənclərinin Qarabağ Forumu reallaşıb - GƏNCLƏR FONDUNUN DƏSTƏYİ İLƏ
-
11:26"Onlar həbsxanada əməlli kef edirlər" - Deputatdan SENSASİYA dolu yazı...
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
10 Mart 2024
09 Mart 2024
07 Mart 2024
06 Mart 2024
05 Mart 2024
04 Mart 2024
02 Mart 2024
27 Fevral 2024
26 Fevral 2024
24 Fevral 2024
23 Fevral 2024
22 Fevral 2024
21 Fevral 2024
20 Fevral 2024
19 Fevral 2024
Digər xəbərlər
-
SİYASƏT
Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
GÜNDƏM, SİYASƏT
Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
GÜNDƏM, SİYASƏT
"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
SİYASƏT
Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
GÜNDƏM, SİYASƏT
İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər
-
SİYASƏT
Almaniyadan Bakıya Qarabağ jesti- situativ reverans, yoxsa...
-
SİYASƏT
Deputatdan SENSASİON YAZI: "Xocalı soyqırımında adı keçənlər..."
-
GÜNDƏM, SİYASƏT
Prezident İlham Əliyevin açıq mesajları xarici siyasətimizin gələcək prioriteti baxımından çox önəmlidir - Deputat
-
GÜNDƏM, SİYASƏT
“Makronun söylədikləri absurd və qərəzdən ibarətdir.” – Elşən Musayev