Lavrov: Minsk qrupunun həmsədrləri yalnız dialoq üçün şərait yaratmağa kömək edə bilərlər

Lavrov: Minsk qrupunun həmsədrləri yalnız dialoq üçün şərait yaratmağa kömək edə bilərlər
ATƏT-in Minsk qrupunun həmsədrləri yalnız Dağlıq Qarabağ münaqişəsi üzrə dialoq üçün şəraitin yaradılmasına kömək edə bilərlər.

Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in fəaliyyətdə olan sədri, slovakiyalı həmkarı Miroslav Layçakla birgə mətbuat konfransında deyib.

S.Lavrov Rusiya, ABŞ və Fransadan olan həmsədrlərin sıx təmasda olduqlarını bildirib:

"Onlar artıq Azərbaycan və Ermənistan liderləri ilə görüşüblər, xarici işlər nazirləri ilə yeni təmaslara hazırlaşırlar. Ermənistanda yeni hakimiyyətin bu yaxınlarda formalaşdığını nəzərə alsaq, şübhəsiz ki, bu mərhələdə nizamlanma prosesinin nə dərəcədə intensiv və dərin inkişaf edə biləcəyini anlamaq üçün əlavə vaxt tələb olunur. Bir daha təkrarlayıram ki, həmsədrlər və ATƏT yalnız dialoq üçün şəraitin yaradılmasına kömək edə bilərlər, qərar isə əlbəttə ki, dialoq zamanı, tərəflər arasında birbaşa danışıqlarda qəbul olunmalıdır".

Xəbər lenti