Leyla Əliyeva və Arzu Əliyeva “LEYLA. FONS VITAE” poeziya tamaşasının təqdimatında - FOTO
İkinci Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində sentyabrın 30-da Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində "LEYLA. FONS VITAE” poeziya tamaşası təqdim olunub.
Tamaşanı izləyənlər arasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva da olub.
"LEYLA. FONS VITAE” Leyla Əliyevanın və şair və dramaturq, Çexiyada yaşayan həmvətənimiz Leyla Bəyimin (Cəfərovanın) iştirakı ilə hazırlanmış ilk tamaşadır.
Fons Vitae (lat.) – həyat mənbəyi deməkdir. Bu termin XI əsr şair və filosofu, o zaman üç din arasında tolerantlıq mərkəzi olan Toledoda yaşamış Solomon ibn Qabirolun mesajıdır. Solomon ərəb dilində yazıb, daha sonra latın dilinə "Fons Vitae” şəklində tərcümə edib.
İmadəddin Nəsimi və Solomon ibn Qabirol fərqli zamanlarda, amma ərəb xilafətinin eyni mədəni məkanında yaşayıblar və poeziyalarında bənzər dini köklər və fəlsəfə əks olunub.
Tamaşanın nümayişindən əvvəl səhnə əsərinin quruluşçu rejissoru, Xalq artisti Vaqif Əsədov deyib ki, Leyla Əliyeva və Leyla Bəyimin əsərlərində çox yaxın bağlar var. Onlar da öz sələfləri kimi bütün poetik axtarışlarında kamil insan obrazı yaratmaq, Allahın böyüklüyünü insanda görmək, onda tapmaq istəyirlər. Tamaşada Solomon ibn Qabirol Nəsimi ilə üz-üzə gəlir. Səhnə əsərində hər iki şairin 5 şeirindən istifadə edilib. Bu əsərlər bütövlükdə Nəsimi poeziyasının ruhuna yaxın, həm də festivala bir töhfədir.
Rejissor deyib ki, Leyla Əliyeva və Leyla Bəyimi bir-birinə bağlayan, yaxınlaşdıran ideyadır. Bu ideya vaxtilə Nəsimini Solomonla bağlayıb. Əsrlər keçib, bu ideya yenidən iki söz adamını birləşdirir. Burada əsas ideya İnsandır.
Birinci Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalından "Qurban” immersiv tamaşası ilə sənətsevərlərə yaxşı tanış olan Leyla Bəyim deyib ki, bizim Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində düşündüyümüz poetik tamaşa ideyası zamanın fövqündə olan şairin tutduğu yolu, onun mənəvi maariflənmə yolunu göstərməkdən ibarətdir.
Solomon ibn Qabirolun poeziyasının ruhu zaman məfhumu altında Nəsimi poeziyasından gecə səmasında parlayan yeni ulduz, sevgi ulduzu kimi keçir. Əsrlər ötür, sərhədlər, dillər dəyişir, lakin poeziya və mənəviyyat dili eynidir... Bu, bizim Leyla Əliyeva ilə gələcək dialoqumuzun rasional toxumudur. Bu dialoq məna etibarilə özümüzün əksidir. Bu, öz daxilimizə nüfuz etmək, işığa aparan "gecə”nin dərinliyinə dalmaqdır.
Sonra tanınmış elm və mədəniyyət xadimlərinin, şeirsevərlərin iştirakı ilə "LEYLA. FONS VITAE” poeziya tamaşası təqdim olunub.
Poeziya tamaşasında iki şairənin şeirləri dialoq şəklində, dram quruluşu müşayiəti ilə söylənilib. İki şairənin poetik deyişməsi simvolik olaraq şairlərin lirik qəhrəmanının mənəvi inkişaf və maariflənməsi yolunu əks etdirir.
Tamaşada Fuad Osmanov Solomon ibn Qabirolun, Oleq Əmirbəyov isə Nəsiminin obrazını canlandırıblar.
Tamaşa bütün iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Tamaşanın iştirakçıları və festivalın qonaqları dahi mütəfəkkir və filosofa həsr edilmiş festivalın təşkilinin təkcə ölkənin mədəni həyatı üçün yox, ümumilikdə bütün ictimaiyyət üçün böyük əhəmiyyət kəsb etdiyini söyləyiblər. "LEYLA. FONS VITAE” poeziya tamaşasının bənzərsizliyini xüsusi vurğulayan qonaqlar hər iki şairəni təbrik edib və onlara ən xoş arzularını çatdırıblar./azertac
Xəbər lenti
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:36“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
15:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:17"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:57Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
16:44Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:41Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
Digər xəbərlər
-
MƏDƏNİYYƏT, SOSİAL
Sevinc Çılğının sehirli “Adagio”su - FOTO / VİDEO
-
MƏDƏNİYYƏT, SOSİAL
Tanınnış müğənnidən Prezidentin doğum gününə hədiyyə - VİDEO
-
MƏDƏNİYYƏT
Misilsiz nümunə- Natiq Qasımovun bayraq sevgisi
-
MANŞET, MƏDƏNİYYƏT
Prezident yeni mədəniyyət naziri təyin etdi
-
MƏDƏNİYYƏT
Anar Kərimov vəzifəsindən azad edildi
-
GÜNDƏM, MƏDƏNİYYƏT
YARAT “Multiperspektivdə” adlı yeni qrup sərgisini elan edir
-
MƏDƏNİYYƏT, SOSİAL
Tbilisidə tanınmış Azərbaycan rəssamı Aida Mahmudovanın “Cənnət Gözləyə Bilər” adlı sərgisi açılıb
-
MƏDƏNİYYƏT
Şair Yafəs Türksəs vəfat etdi
-
MƏDƏNİYYƏT
“Vətən müharibəsinin memarı” kitabı işıq üzü gördü