“Loqos “ Psixoloji və Nitq İnkişaf Mərkəzi Qubaya səfər edib - FOTOLAR

“Loqos “ Psixoloji və Nitq İnkişaf Mərkəzi  Qubaya səfər edib - FOTOLAR

Qubada "Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin 2018-ci ilin birinci yarısının görülmüş işlərinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan toplantısı keçirilib.

Görüşdə "Loqos” un Bakı və region filialları iştirak ediblər. "Loqos” un rəhbəri Təranə Məmmədova çıxış edərək bildirib ki, 6 ay ərzində mərkəz bir sıra uğurla imza atıb və beynəlxalq səviyyədə əlaqələrini daha da genişləndirib. Natiq qeyd edib ki, mərkəzin bütün beynəlxalq səfərləri, ikitərəfli formatda aparılan danışıqları nəticəsində beynəlxalq əlaqələrimiz daha da möhkəmlənib.T.Məmməova bildirib ki, birinci rübün yekunları müsbətdir. Əlbəttə ki, üç ay ərzində daha bir sıra önəmli məsələlər öz həllini tapıb. Çıxışdan sonra T.Məmmədova bütün mərkəzlərdə aparılan hesabatın nəticələrini açıqlayıb. Belə ki, birinci rübün nəticələrinə görə ayın mərkəzi Yasamal filialı seçilib və T.Məmmədova kuboku mərkəzin icraçı direktoru Ülkər Əliyevaya təqdim edib. Sonra ayın loqopedi Qurbanova Ülviyyə, ayın psixoloqu Bayramova Gültac və ayın psixopedaqoqu Heydərova Nərmin elan edilib. O cümlədən, 1 iyun Dərbənd şəhərində "Loqos” un təşkil etdiyi ödənişsiz konsultasiyalarda iştirak edən komanda üzvlərinə Təşəkkürnamələr təqdim edilib.

Toplantıdan sonra Qubada mərkəzin kollektivi üçün əyləncəli proqram təşkil edilib və günün sonu xoş anlarla yekunlaşıb.



Xəbər lenti