MEDİA yeni mediaya keçid prosesini beynəlxalq ekspertlərlə müzakirə edib
Mayın 26-da ADA Universitetində Medianın İnkişafı Agentliyinin təşkilatçılığı və beynəlxalq ekspertlərin iştirakı ilə "Ənənəvi mediadan yeni mediaya keçid: Qlobal trendlər və hədəflər” mövzusunda dəyirmi masa keçirilib.
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun moderatorluğu ilə keçirilən dəyirmi masada Türkiyə Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Fondunun prezidenti Aygün Attar, Türk Dövlətləri Təşkilatının mətbuat katibi Qəhrəman Halisçəlik, "Sabah" qəzetinin əməkdaşı Mahmud Övür və "Star” qəzetinin köşə yazarı Ardan Zentürk çıxış ediblər.
Dəyirmi masada Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Azərbaycanda media sahəsində aparılan islahatlar barədə danışıb. Bildirib ki, çağdaş Azərbaycan oxucusunun keyfiyyətli kontentlə təmin olunması üçün bütün digər media subyektləri kimi qəzetlər də inkişaf etməlidir. Vurğulanıb ki, MEDİA Agentliyi çap mediasının onlayn formata keçidinin təmin edilməsi məqsədilə Azərbaycanda ilk dəfə olaraq müxtəlif qəzet və dərgilərin elektron versiyasının yerləşdiriləcəyi "E-köşk” platformasının yaradılması prosesini başa çatdırmışdır. İcraçı direktor bildirib ki, dövlət dəstəyinin məqsədi çap mediasının yalnız biznes strukturu kimi formalaşmasına yardım etmək deyil, texniki imkanlar baxımından onlayn media ilə bərabər olmayan rəqabət şəraitində ciddi fikir tribunası kimi qəzetlərin ayaqda qalmasına kömək göstərməkdir. Başqa sözlə desək, dövlət yazılı medianın timsalında Azərbaycan dilinin inkişafına, ənənəvi publisistik düşüncənin yaşamasına və eyni zamanda cəmiyyətdə plüralizmin möhkəmlənərək sərhədlərinin genişlənməsinə dəstək göstərir.
Türkiyə Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Fondunun prezidenti Aygün Attar 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın qalib mediasının önündə yeni vəzifələrin olduğunu bildirib, qalib medianın inkişafını təmin etməyin vacibliyini vurğulayıb.
Dəyirmi masada müzakirəyə qatılan Türkiyədə akkreditasiyadan keçmiş beynəlxalq media subyektlərinin təmsilçiləri medianın müasir trendləri ilə bağlı fikirlərini bildirib və Türkiyə təcrübəsindən çıxış edərək rəqəmsal media mühitinə keçidlə bağlı düşüncələrini bölüşüblər.
Xəbər lenti
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:36“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
15:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:17"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:57Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
16:44Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:41Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
-
10:37“Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib – FOTOLAR
-
17:05Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
15:11“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
18:01Deputat: Antalya Forumundan Ermənistanın regionda sülhün bərpasında ciddi məsuliyyət daşıdığına bir daha əmin olduq
Digər xəbərlər
-
SOSİAL
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
MANŞET, SOSİAL
Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
SOSİAL
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
SOSİAL
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
SOSİAL
Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
SOSİAL
"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
SOSİAL
4 fəsil dəniz mövsümü olan şimal adası
-
SOSİAL
“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
SOSİAL
Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib