“Məhkəmə hüquq islahatları ilə bağlı ictimai dinləmələrə ehtiyac var” – Azay Quliyev (MÜSAHİBƏ)
14 Noyabr 2019, 09:02
14 Noyabr
2019
09:02
1669
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin üzvü Azay Quliyevin musavat.com saytının məhkəmə-hüquq sahəsindəki islahatlarla bağlı sualını cavablandırıb.
Onunla söhbəti təqdim edirik:
– Azay müəllim, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin 2019-cu il 6 noyabr tarixli iclasında "Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun müzakirəsi zamanı məhkəmə-hüquq sistemindəki islahatlar geniş müzakirəyə səbəb oldu. Siz də orda çıxış edərək bir sıra təkliflər səsləndirdiniz. Bilmək istərdik ki, məhkəmə-hüquq sistemindəki islahatların gedişini necə qiymətləndirsiniz?
– Bildirməliyəm ki, məhkəmə-hüquq sistemində islahatların dərinləşməsi prosesini biz 2016-cı ildə Konstitusiyaya referendum yolu ilə edilən dəyişikliklərdən sonra müşahidə etdik. Eyni zamanda bu prosesi 2018-ci ilin prezident seçkilərindən sonra bütün sahələrdə həyata keçirilən islahatların tərkib hissəsi də hesab etmək olar.
İslahatların aparılmasında əsas məqsəd Azərbaycan Respublikasının müstəqil məhkəmə sistemini təkmilləşdirmək və yeni dövrün tələblərinə uyğunlaşdırmaqdan ibarətdir. Bu istiqamətdə artıq mühüm addımlar atılıb. Belə ki, məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi çərçivəsində təqdim olunmuş ilk qanunvericilik aktları paketi bu ilin iyul ayında Milli Məclis tərəfindən qəbul edilib. Həmin qanunlar 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Hazırda isə ikinci qanun layihələri paketi Milli Məclisdə müzakirəyə çıxarılıb. Bu qanun layihələri isə vahid məhkəmə təcrübəsinin formalaşdırılması və özəl məhkəmə ekspertizasının təşkili kimi iki əsas istiqaməti əhatə edir. Bununla əlaqədar 12 Qanuna, o cümlədən Mülki Prosessual, Cinayət-Prosessual, İnzibati Prosessual, İnzibati Xətalar məcəllələrinə, "Məhkəmələr və hakimlər haqqında”, "Məhkəmə-Hüquq Şurası haqqında”, "Dövlət məhkəmə ekspertizası haqqında”, "İnzibati icraat haqqında”, "Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunlara dəyişikliklərin edilməsi nəzərdə tutulur.
Qeyd etməliyəm ki, mübahisələrin aradan qaldırılması üçün xüsusi məhkəmələrin yaradılması haqqında qanunvericilik təşəbbüsü də təmin edilib, qanunvericilikdə bu sahədə qaldırılan məsələlər öz əksini və təsdiqini tapıb.
Digər əsas məqamlardan biri də odur ki, məhkəmələrə kənardan hər hansı müdaxilənin, təsirin aradan qaldırılması və cəmiyyətdə hüquqi xarakter daşıyan mübahisələrin, hərəkətlərin və davranışların məhkəmə vasitəsilə obyektiv şəkildə araşdırılması və hüququ pozulan vətəndaşların hüquqlarının bərpa olunmasının daha da önə çəkilməsidir. Bu proses artıq başlayıb.
Dövlət başçısının imzaladığı məlum Fərmandan irəli gələrək müvafiq sahəvi qanunların təkmilləşdirilməsi baxımından da zəruri addımlar atılır. Fərmanın icrası çərçivəsində müvafiq icra hakimiyyəti orqanları tərəfindən ədliyyə və məhkəmə fəaliyyətini tənzimləyən 40-dək normativ aktın layihələri hazırlanıb, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etmək məqsədilə yeni ixtisaslaşmış məhkəmələrin yaradılması ilə bağlı yeni qanun qəbul olunaraq kommersiya və həmçinin inzibati məhkəmələr təsis edilib.
Ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında hakimlərin ixtisaslaşmasına mühüm əhəmiyyət verilərək onların konkret sahələr üzrə, o cümlədən iqtisadi və maliyyə məsələlərinə, qanunvericilikdəki yeniliklərə və digər mövzulara dair tədris tədbirlərinə cəlb olunması təmin edilir. Bundan əlavə, hakimlərin iş yükünün azaldılmasına xidmət edən məqsədyönlü tədbirlər görülüb, o cümlədən məhkəmə baxışının tezliyinin təmin olunması məqsədilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat proseduru təsbit olunub, iqtisadi mübahisələr üzrə icraatın yalnız elektron qaydada – "Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılması, habelə həmin işlər üzrə məhkəmə proseslərinin fasiləsiz audio-video yazılışı təmin edilib, mübahisəsiz pul və əmlak tələbləri ilə bağlı işlərin məhkəmədən kənar, elektron qaydada notariusun icra qeydi ilə asan həlli imkanı yaradılıb, icra icraatı üzrə xitam və dayandırma səlahiyyətləri icra məmurlarına verilib.
Onu da qeyd etmək vacibdir ki, Fərmanın icrası üzrə görülən işlər beynəlxalq aləmdə də təqdir olunur, o cümlədən Dünya Bankının "Doing Business 2020” hesabatında yeni ixtisaslaşmış məhkəmələrin yaradılması, məhkəmə fəaliyyətinin rəqəmsallaşdırılması, elektron məhkəmə sisteminin təkmilləşdirilməsi, mediasiya institutunun tətbiqi üzrə görülən tədbirlər müsbət nəticələr kimi əks olunmuşdur.
Mübahisələrin məhkəmədən kənar həlli vasitələrinin genişləndirilməsi məqsədilə mediasiya institutunun ölkəmizdə tətbiqi ilə bağlı yeni qanunun qəbulunu ayrıca qeyd etmək zəruridir. Növbəti ildən tətbiq ediləcək "Mediasiya haqqında” Qanunun implementasiyası ilə əlaqədar müvafiq icra hakimiyyətləri tərəfindən çoxsaylı normativ sənəd layihələrinin hazırlanaraq qəbul olunması, Mediasiya Şurasının yaradılması, mediasiya üzrə təlimçilərin, mediatorların hazırlanması, hakimlərin bu sahədə təlimatlandırılması, əhatəli maarifləndirmə tədbirlərinin təşkil olunması və s. ilə bağlı mühüm addımlar atılıb.
Qeyd olunanlardan əlavə apelyasiya və kassasiya instansiyası məhkəmələrinin kollegiyalarında müəyyən kadr islahatlarının aparılması da bütün səviyyələrdə məhkəmə işinin yüksək şəkildə qurulmasına istiqamətlənib. Bir sözlə, hakimlərin iş yükünün azaldılması və məhkəmə fəaliyyətinin keyfiyyətinin artırılması məqsədilə Fərmanla hakimlərin ştat sayının 200 vahid artırılması mühüm əhəmiyyət kəsb edir.
Bununla yanaşı, məhkəmələrdə süründürməçilik və digər mənfi hallara qarşı hər zaman qəti tədbirlərin görüldüyünü, Məhkəmə-Hüquq Şurası tərəfindən son illər 200 hakim barəsində intizam icraatının başlanıldığını, 130 hakimin qanunvericiliklə nəzərdə tutulmuş müxtəlif əsaslarla fəaliyyətinin qeyri-məqbul qiymətləndirilməsini və səlahiyyət müddətinin uzadılmamasını, habelə intizam qaydasında, o cümlədən korrupsiyaya şərait yaradan hüquqpozmalara yol verdiklərinə görə bir çox hakimin məhkəmə sistemindən kənarlaşdırılmasını yeni dövrə transformasiyanın tərkib hissəsi kimi də qəbul etmək olar.
Hesab edirəm ki, bütün bu görülən müsbət işlərlə yanaşı hakim korpusunun əmək haqqının artırılması, hakimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan digər addımlar islahatların kompleks şəkildə aparıldığını bir daha təsdiq edir.
Fikrimcə məhkəmə-hüquq sistemi ilə bağlı islahatlar nəzərdə tutulan plan üzrə həyata keçirilir və qarşıdakı dövrdə biz bu sahədə yeni qərarların qəbul olunacağını da görəcəyik. İnanıram ki, bu islahatlar vətəndaşlarda ədalət mühakiməsinə olan inamı daha da artıracaq və bütün narahatedici məqamları aradan qaldıracaq.
Bununla yanaşı mövcud problemlər ciddi şəkildə araşdırmalı, vətəndaşarı narazı salan bütün məqamlar aradan qaldırılmalı, Avropa İnsan Hüquları Məhkəməsinin ölkəmizə qarşı çıxartdığı qərarlar təhlil edilməli və buna səbəb olan halların qarşısını almaq üçün təsirli addımlar atılmalıdır.
Sonda isə onu da vurğulamaq istərdim ki, məhkəmə hüquq islahatları haqqında mütəmadi məlumatların ictimaiyyətə verilməsinə və bu mövzuda mütəmadi ictimai dinləmələrin keçirilməsinə ciddi ehtiyac var.
Shushapost.Az
Xəbər lenti
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:36“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
15:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:17"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:57Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
16:44Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:41Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
-
10:37“Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib – FOTOLAR
-
17:05Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
15:11“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
18:01Deputat: Antalya Forumundan Ermənistanın regionda sülhün bərpasında ciddi məsuliyyət daşıdığına bir daha əmin olduq
-
13:48İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər
-
13:22Almaniyadan Bakıya Qarabağ jesti- situativ reverans, yoxsa...
-
11:20“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
09:59Xocalı şəhidləri Polşadakı katolik kilsəsində anılıb - Foto/Video
-
13:52Deputatdan SENSASİON YAZI: "Xocalı soyqırımında adı keçənlər..."
-
13:09Layihənin adı: “QİÇS və Narkomaniyaya qarşı mübarizə tədbirlərinin keçirilməsi”
-
14:25Prezident İlham Əliyevin açıq mesajları xarici siyasətimizin gələcək prioriteti baxımından çox önəmlidir - Deputat
-
15:56“Samir Rzayevin gəlişi AZAL-da çox şeyi yaxşıya doğru dəyişib” – Elşən Musayev
-
14:47"Dünən şahidi olduq ki, idman nə qədər böyük siyasətdir" - Deputat
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
10 Mart 2024
09 Mart 2024
07 Mart 2024
06 Mart 2024
05 Mart 2024
04 Mart 2024
02 Mart 2024
27 Fevral 2024
26 Fevral 2024
24 Fevral 2024
23 Fevral 2024
Digər xəbərlər
-
SOSİAL
Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
SOSİAL
"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
SOSİAL
4 fəsil dəniz mövsümü olan şimal adası
-
SOSİAL
“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
SOSİAL
Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
GÜNDƏM, SOSİAL
Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
GÜNDƏM, SOSİAL
2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
SOSİAL
“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
SOSİAL
“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib