Millət vəkili 'İnvestAz Şirkətlər Qrupu'nun dəstəyi ilə aztəminatlı ailələrə dəstək oldu

Millət vəkili 'İnvestAz Şirkətlər Qrupu'nun dəstəyi ilə aztəminatlı ailələrə dəstək oldu
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsən Ucar rayonunda "Tək Millət Tək Ürək"Beynəlxalq Hümanitar Platforması çərçivəsində İNVEST.AZ Şirkətlər Qrupunun dəstəyi ilə Novruz bayramı ərəfəsində Şəhid və qazi ailələrinə, o cümlədən imkansız, kimsəsiz və köməyə ehtiyacı olan ailələri ziyarətə başlamamışdan öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymuş, Yeni Azərbaycan Partiyası Ucar Rayon Təşkilatında, başda Partiyanın Rayon Təşkilatının Sədri Şəhla xanım Abdullayeva olmaqla əməkdaşlarla görüş keçirmiş, onların bayramını təbrik etmiş və uğurlar arzulamışdır. Eyni zamanda Ucar rayon mərkəzində yerləşən Şəhidlər Xiyabanı ziyarət edilmiş, şəhidlərimizin ruhuna dualar oxunmuş və məzarlarına gül dəstələri qoyulmuşdur.
 






Xəbər lenti