“Milli Məclisdə kadr islahatları Sahibə Qafarova sədr seçildiyi gündən başlayıb” – Elşən Musayev

“Milli Məclisdə kadr islahatları Sahibə Qafarova sədr seçildiyi gündən başlayıb” – Elşən Musayev
"Milli Məclisdə kadr islahatları indi deyil, 2020-ci ilin əvvəlindən başlayıb. Sahibə xanım sədr seçildiyi gündən. Əgər xatırlayırsınızsa həmin dönəmlərdə də mətbuat bu haqda xeyli yazmışdı. İndi də eyni proses davam edir. Sahibə xanımın ən böyük arzusu odur ki, hər kəs layiq olduğu yerdə qərarlaşsın və bu istiqamətdə də mümkün olan bütün addımları atır”
7NEWS.az xəbər verir ki, bu fikirləri Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev Parlamentdəki son kadr islahatlarına münasibət bildirərkən söyləyib: "Hazırda yeni vəzifələrə təyin olunan insanların potensialının daha əvvəl düzgün qiymətləndirilməsi də Sahibə xanımın sayəsində mümkün olub. Daha dəqiqi, hələ bu məqama qədər onların vəzifədə irəli çəkilməsi belə Sahibə xanımın kadr mövzusuna diqqətlə yanaşmasının nəticəsidir. Milli Məclisdə elə  əməkdaşlar var ki, demək olar bütün həyatları Parlamentlə bağlıdır. Adil Vəliyev, Şakir Şabanov, Şahin Quliyev və sair bu kimi insanlar məhz həmin qəbildəndir. Onlar sözün gerçək anlamında böyük peşəkarlardır. Və bu gün artıq zaman yetişib. Daha doğrusu, həmin peşəkarların zamanı  yetişib. Üstəlik, söhbət illərdir gözlənilən zamandan gedir. Mən müsahibəmdə bir dəfə söyləmişdim. Yeni təyin edilən Aparat rəhbəri Fərid Hacıyev fitri istedaddır və gənc yaşında onun istedadının bu qədər düzgün dəyərləndirilməsi, qiymətləndirilməsi birbaşa Sahibə xanımın peşəkar kadrlara göstərdiyi diqqətlə bağlıdır. Eyni zamanda Aparat rəhbərinin yeni müavini olan Rüstəm Mahmudov qısa zaman ərzində şöbə müdiri kimi deputatlarla son dərəcə möhtəşəm kommunikasiya qurmuşdu, işini son dərəcə ləyaqətlə görürdü. Ona görə dərhal irəli çəkildi, daha böyük etimada layiq bilindi.  Mən əminəm ki, proses bundan sonra da davam edəcək. Milli Məclisin dəyərli əməkdaşlarını ürəkdən təbrik edirəm və xüsusən Milli Məclisin sədri Sahibə xanım Qafarovaya məlum təyinatlarından, çox doğru və hər kəs tərəfindən alqışlanan qərarlarından dolayı təşəkkürümü bildirirəm” – deyə millət vəkili fikirlərinə davam edib. 
7NEWS.az

Xəbər lenti