Mingəçevir İcra Hakimiyyəti ittihamlara cavab verdi - MƏTN

"Dogruxeber.az” portalında 2 aprel 2012-ci il tarixdə "Seçdikləri deputatdan yarımayan Mingəçevir sakinləri İcra başçısından da narazıdır - VİDEO” başlıqlı məqaləyə əlavə olunmuş videogörüntülərdə bir sıra vətəndaşlar, həmçinin şəhid ailəsinin üzvlərinin şikayətləri yer almışdır.
Məsələyə aydınlıq gətirilməsi üçün Mingəçevir Şəhər İcra Hakimiyyətinə müraciət etdik və qurumun məsul nümayəndəsi Tofiq Əsgərov məqələdə səsləndirilən hər fikrə dair İcra Hakimiyyətinin mövqeyini açıqladı.
O qeyd etdi ki, məqalədə həqiqətə uyğun olmayan məlumatlar öz əksini tapmış, Şəhər İcra Hakimiyyətinin kollektivi və rəhbərinin ictimai və işgüzar nüfuzuna xələl yetirən fikirlər yer almışdır. Mingəçevir Şəhər İcra Hakimiyyətinin adıçəkilən məqalədə səsləndirilən hər bir fikir və irada dair mövqeyini diqqətinizə çatdırırıq.
- Şəhərin M.Ə.Rəsulzadə küçəsindəki 8 nömrəli binanın 3 nömrəli mənzilində yaşayan vətəndaşın tələbləri ilə əlaqədar bildiririk ki, həmin ünvanda yerləşən binanın zirzəmisi mövcud olmadığı üçün kanalizasiya xətləri birbaşa olaraq yeraltı əsas kanalizasiya xətlərinə birləşdirilmişdir. Mövcud kanalizasiya xətlərinin istismar müddəti başa çatdığı üçün, borularda tez-tez tutulmalar baş verir və bu da vətəndaşların haqlı narazılıqlarına səbəb olur. Belə halların qarşısının alınması üçün Mingəçevir şəhər Sukanal İdarəsi tərəfindən kanalizasiya boruları mütəmadi olaraq yüksək təzyiqli xüsusi yuyucu qurğular vasitəsilə təmizlənir. "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq 2011-ci ildən "Azərsu”ASC tərəfindən Mingəçevir şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması işinə başlanmış, aparılmış işlər nəticəsində əhalinin içməli su ilə təminatı sistemi tam olaraq yenidən qurulmuşdur. Kanalizasiya sisteminin yenidən qurulması işləri isə başa çatmamış, bu işlər yekunlaşdıqdan sonra qeyd olunan problemlər də tam olaraq aradan qaldırılacaq.
- Şəhər ərazisində məhəllələrin abadlaşdırılması təsdiq olunmuş plana uyğun mərhələli şəkildə və texnoloji ardıcıllıqla həyata keçirilir. Qeyd olunan ünvanda binanın dam örtüyü yenidən qurulmuş, ərazidə mütəmadi sanitar təmizlik işləri aparılır. Məhəllənin bütövlükdə abadlaşdırlması isə növbəti ilin müvafiq planı hazırlanarkən nəzərə alınacaq.
Məlumat üçün bildiririk ki, 2019-cu il ərzində şəhərdə 21 nümunəvi məhəllə yaradılmış, 35 yaşayış binasının giriş və fasad hissələrində əsaslı təmir işləri görülmüşdür. 2020-ci il ərzində isə, 11 ədəd doqquzmərtəbəli çoxmənzilli yaşayış binasının dam örtükləri və giriş blokları, ümumi istifadə yerləri, fasadı təmir olunmuşdur. Küçələrə, məhəllədaxili yollara və səkilərə, ümumilikdə 151077 m2 sahəyə yeni asfalt örtük salınmış, 34249 metr səki daşı qoyulmuş, ümumilikdə 20.4 km uzunluqda yol və səkilərə asfalt örtüyü çəkilmişdir. Cari ildə də, bu istiqamətdə işlər davam etdirilir.
Foto: Yeni qurulan məhəllə

Foto:Təmir olunmuş binalar
- Vətəndaşın binanın konstruksiyasında dəyişiklik edilərək eyvanının artırılmasına icazə verilməsi tələbi ilə əlaqədar bildiririk ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi 2012-ci ildə qüvvəyə mindikdən sonra şəhər ərazisində aparılan abadlıq və tikinti işləri adıçəkilən məcəllənin müddəalarına uyğun həyata keçirilməkdədir. Eyvan artırılmanın heç bir hüquqi əsası olmadığı, həmçinin, artırmaların binanın konstruksiyası və memarlıq görkəminə xələl yetirməsi səbəbindən belə tikililərin aparılması artıq tam qadağan olunub.
- Şəhərin H.Əliyev prospektindəki 84 nömrəli binanın sakininin şikayəti ilə əlaqədar, bildiririk ki, vaxtilə Toxuculuq Kombinatının işçilərinin müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş yataqxana tipli bu binalar 2000-ci ildən etibarən İcra Hakimiyyətinin balansına verimişdir. Cəmi 8 binadan ibarət olan yatqxanaların yerləşdiyi məhəllə tam asfaltlanmış, dam örtükləri yenidən qurulmuşdur. Hal-hazırda binaların daxili kommunikasiya sistemlərinin təmiri həyata keçirilməkdədir və ərazidə abadlaşma işləri aparılır. Yataqxana tipli bu binalarda hər mərtəbə üçün bir sanitar qovşaq nəzərdə tutulduğuna görə mənzil başına su sayğacı qoyulması mümkün olmamışdır. Buna baxmayaraq içməli su və kanalizasiya xidmətləri ilə təmin olunan yataqxana sakinləri xidmət haqqı ödəməkdən imtina edirlər.
- Həmin yataqxanada məskunlaşmış şəhid Rzayev Əli Nəsib oğlunun həyat yoldaşı Rzayeva Gülü Sərdar qızının videoda səsləndirrdiyi fikirləri ilə əlaqədar bildiririk ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə II Qarabağ müharibəsində qələbəni bizlərə yaşadan qazi və şəhid ailələrinin sosial problemlərinin həlli hər zaman Mingəçevir şəhər rəhbərliyinin gündəliyində ön sırada olub. Məlumat üçün bildiririk ki, Şəhər İcra Hakimiyyəti keçən il ərzində 2 dəfə - 18 oktyabr – Müstəqillik günü və 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə 233 şəhid ailəsinə, 245 nəfər Qarabağ müharibəsi əlilinə 187600 manat, 49 nəfər 2-ci Qarabağ müharibəsi şəhidlərin ailələrinə 58400 manat, 43 nəfər 2-ci Qarabağ müharibəsi qazilərinə 8600 manat olmaqla, ümumilikdə 253000 manat məbləğində vəsait ayrılmışdır. Bundan başqa 2-ci Qarabağ müharibəsində həlak olmuş 47 şəhid ailəsinə, 52 nəfər Qarabağ müharibəsi qazisinə ərzaq yardımı edilmiş, 1 şəhid ailəsinin evi əsaslı təmir olunmuş, 1 şəhid ailəsi və 3 nəfər qazinin mənzilinə istilik sistemi çəkilmişdir.
Şəhid Rzayev Əli Nəsib oğlunun ailəsinə digər dövlət orqanları və ictimai təşkilatların göstərdiyi yardım və dəstəkdən əlavə İcra Hakimiyyəti tərəfindən ilkin olaraq 1000 manat, sonradan isə, əlavə 200 manat miqdarında maddi yardım verilmişdir. Şəhid ailəsinə bayram və əlamətdar günlərdə mütəmadi olaraq ərzaq sovqatları göndərilir. Şəhidin azyaşlı övladının müayinə və müalicəsi İcra Hakimiyyətinin diqqətində saxlanılmış, bunun üçün Şəhər Mərkəzi Xəstəxanasına müvafiq məktub ünvanlanmışdır. Rzayeva Gülü mənzillə təmin olunmaq üçün tərəfimizdən mənzil növbəliliyinə götürülmüş və sənədləri aidiyyatı üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir. O, növbəlilik əsasında Nazirlik tərəfindən mənzillə təmin olunacaq
Foto:İcra Hakimiyyətinin başçısı II Qarabağ müharibəsi qazilərini ziyarət edərkən
Xəbər lenti
-
18:06Şuşada Mamayı bulağının üzərində işğaldan sonra həkk olunan erməni yazıları silinib - FOTO/VİDEO
-
14:11İlham Əliyevdən Formula 1 Azərbaycan Qran Prisi ilə bağlı SƏRƏNCAM
-
14:03Ramazan Ayında “NEPTUN”dan müjdə: KLASSİK BONUS KART, XÜSUSİ KAMPANİYALAR
-
10:47Qubadlıda ermənilərin atıb qaçdığı silah-sursat tapıldı
-
20:43Yaponiyanın ölkəmizdəki səfiri Şamaxıda olub
-
20:39Mingəçevirdə Ağsaqqallar şurasının konfransı keçirildi - FOTOLAR
-
17:35“Sonuncu” filmi Rotterdam Beynəlxalq Film Festivalında - FOTO/VİDEO
-
16:12İlham Əliyev və Mehriban Əliyeva Pirşağı qəsəbəsində - YENİLƏNİB + FOTO
-
14:46Prezident İƏT ilə imzalanmış memorandumu təsdiqlədi
-
14:36Medianın İnkişafı Agentliyinə mətbuat katibi təyin olunub
-
13:07Daha bir hərbçimiz şəhid oldu - FOTO
-
12:37“YAŞAT” Fondu ilə “Tək Millət, Tək Ürək" Beynəlxalq Hümanitar Qardaşlıq Patforması arasında Niyyət Protokolu imzalanıb
-
11:57Gənc nəsil tarixi həqiqətləri bilməlidir
-
11:09Azay Quliyev seçicilərlə görüş keçirib
-
11:33Akademik Zərifə Əliyevanın anım günüdür
-
22:26Mehriban Əliyeva SMA xəstəliyindən əziyyət çəkən Tunarla bağlı tapşırıq verdi
-
19:27Zəngəzur dəhlizi: İran faydalanmaq niyyətindədir, Gürcüstan isə düşünür - ŞƏRH
-
16:53Vüqar Rəhimzadə: Azərbaycanın diplomatik mübarizədə qələbəsi döyüş meydanında Zəfərini şərtləndirən amillər sırasındadır
-
13:13Aleksandr Lukaşenko İlham Əliyevə təşəkkür etdi
-
12:52Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü başlayıb - FOTO
-
20:33Şuşada bərpa işləri davam edir - FOTOREPORTAJ
-
17:13“Büdcə təşkilatlarının maliyyə əməliyyatları vahid sistemdə işlənsin”
-
17:07Milli birliyimiz yeni zəfərlər yaradır
-
13:01Prezident: “Erməni ordusu məhv edilib, o mövcud deyil”
-
12:00Prezident “İskəndər” raketinin niyə gec tapıldığının səbəbini açıqladı
-
11:30İlham Əliyev Azərbaycan üzərindən Ermənistana qazın nəql edilməsindən DANIŞDI
-
11:11İlham Əliyev: “Ermənistanda Azərbaycanın davranışını dəyərləndirə bilmirlər”
-
10:58Prezident: “Ermənistanın atdığı addımlar sülhə yönəlməmişdi”
-
10:18Prezident İlham Əliyev ADA Universitetində təşkil olunan konfransda çıxış edir - CANLI YAYIM
-
17:43İlham Əliyev: “Kəndlər işğal altına düşürdü, AXC-Müsavat cütlüyü isə Ermənistana benzin satırdı”
-
16:28İlham Əliyev Şuşanın “İskəndər-M” raketləri ilə atəşə tutulmasından danışdı: “Biz cavab istəyirik”
-
16:12Prezident Hərbi Qənimətlər Parkının açılışında - CANLI EFİR
-
12:51İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında
-
11:50Mingəçevir şəhərində Koronovirusla mübarizə gündəlik olaraq gücləndirilmiş şəkildə davam etdirilir
-
10:31Qaqarin şəhərinə və “Ulduz şəhərciyi”nə səfərlərim - FOTO
-
10:25“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
15:25Türk Şurasının informasiya və media üzrə məsul nazirlərinin, yüksək vəzifəli rəsmilərinin Ağdama səfəri başlayıb
-
11:26"Ağıllı arılar" Azərbaycanda böyük bir layihəni necə yaratdılar - MÜSAHİBƏ
-
17:12Ermənistan parlamentinin əməkdaşı Tural Gəncəliyevi ölümlə hədələdi (FOTO)
-
10:55Prezident İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirini qəbul edib - FOTO
Digər xəbərlər
-
SOSİAL
Şuşada Mamayı bulağının üzərində işğaldan sonra həkk olunan erməni yazıları silinib - FOTO/VİDEO
-
SOSİAL
Ramazan Ayında “NEPTUN”dan müjdə: KLASSİK BONUS KART, XÜSUSİ KAMPANİYALAR
-
SOSİAL
Qubadlıda ermənilərin atıb qaçdığı silah-sursat tapıldı
-
SOSİAL
Yaponiyanın ölkəmizdəki səfiri Şamaxıda olub
-
SOSİAL
Mingəçevirdə Ağsaqqallar şurasının konfransı keçirildi - FOTOLAR
-
SOSİAL
Medianın İnkişafı Agentliyinə mətbuat katibi təyin olunub
-
SOSİAL
Daha bir hərbçimiz şəhid oldu - FOTO
-
SOSİAL
“YAŞAT” Fondu ilə “Tək Millət, Tək Ürək" Beynəlxalq Hümanitar Qardaşlıq Patforması arasında Niyyət Protokolu imzalanıb
-
SOSİAL
Gənc nəsil tarixi həqiqətləri bilməlidir