Mingəçevirin küçə və parklarının yaşıllıqları qorunacaq - SUVARMA ŞƏBƏKƏSİ ÇƏKİLİR

Mingəçevirin küçə və parklarının yaşıllıqları qorunacaq - SUVARMA ŞƏBƏKƏSİ ÇƏKİLİR

Novruz bayramı təbiətin canlanmasının, torpağın oyanmasının, ruhun təzələnməsinin rəmzidir. Xalqımızın əsrlərin sınağından çıxmış mənəvi dəyərlərini, adət-ənənələrini özündə yaşadan ən gözəl , təmtəraqlı bayramıdır.
          Novruzun gəlişi baharın gəlişidir.  Novruz bayramına təbiət də, insanlar da günlərlə, həftələrlə hazırlaşır. Novruz bayramı kimi,ondan əvvəlki dörd çərşənbəyə də xalqımız böyük əhəmiyyət verir, təmtəraqla keçirilir.
         Bu il Azərbaycanda baharın müjdəçisi olan ilk çərşənbə- Su çərşənbəsi fevralın 23-ə təsadüf edir.
         Şəhərdə Su-kanalizasiya xətti yenilənərkən yeni suvarma xəttinin çəkilişindən sonra köhnə şəbəkə ləğv olunmuş, yeni şəbəkə yaranmamışdır. Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə ictimai yaşıllıqların, şəhərin küçə və parklarındakı yaşıllıqların suvarılması üçün suvarma şəbəkəsinin çəkilişinə başlanmışdır.
        Bugün xoş bir təsadüflə su xəttinin çəkilişinin başlanması Novruz bayramının atributlarından olan Su Çərşənbəsi ilə eyni vaxta düşür.
        Bu münasibətlə bütün mingəçevirliləri təbrik edir, uğurlu illər diləyirik.

Xəbər lenti