Moldovadakı soydaşlarımız Elçin Bayramovun özbaşnalığından şikayyətçidir

Moldovadakı soydaşlarımız Elçin Bayramovun özbaşnalığından şikayyətçidir

DiasporPress xəbər verir ki, son vaxtlar xarici ölkələrdə güclü Azərbaycan diasporu formalaşsa da Moldovada tam əksi olaraq Azərbaycan diasporu Moldova Azərbaycanlıları Konqresinin (MAK) sədri Elçin Bayramovun qanunsuz əməllərinə görə inkişaf edə bilmir.

Moldovada 5 minə yaxın soydaşımız yaşasa da Elçin Bayramov onların bir araya gəlməsinə, bir çətir ətrafında birləşməsinə bütün vasitələrlə mane olur. Elçin Bayramov həmvətənlərimiz arasında intriqalar yaratmaqla, diasporumuzu parçalayan bir adam kimi  tanınır. Bir sözlə, diasporumuzun işinin normal inkişafına əngəl yaradan Moldovadakı nüfuz sahibi olan soydaşlarımıza qarşı iyrənc planlar əsasında başladılan qəbuledilməz qarayaxma kampaniyalarının əsas sifarişçisi də Elçin Bayramov olduğu məlumdur, Onun bu əməlləri həm də, düşmən "dəyirmanına su tökməkdən” betər bir biabırçılıq , milli diasporumuzun tarixinə qara ləkə vurmaqdır.

Elçin Bayramov şəxsi biznesinə çevirdiyi  Moldova Azərbaycanlıları Konqresinin (MAK) vətən müharibəsi başlayan gündən, Azərbaycan Prezidentinin çağırışına  belə qoşulmadı. Dünyanın hər yerində azərbaycanlılar ayağa qalxıb, Azərbaycana dəstək məqsədilə yürüş-mitinqlər keçirib, müxtəlif beynəlxalq təşkilatlara, səlahiyyətli şəxslərə minlərlə bəyanat ünvanlasa da Elçin Bayramov susmuşdu.


Adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Xəbər lenti