Müharibənin bir ayı: Şuşaya aparan qısa yol

Qarabağda başlayan yeni eskalasiyanın bir ayı tamam olur.
Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq sentyabrın 27-də əks-hücum əməliyyatına başlayıb.
Sentyabr eskalasiyasından əvvəl Ermənistan silahlı qüvvələri iyul ayında Tovuz istiqamətində Azərbaycan mövqelərini atəşə tutub. Bir neçə gün davam edən toqquşma Ermənistan silahlı qüvvələrinin geri oturdulması ilə başa çatıb. Bu hadisə Qarabağ münaqşisənin dinc yolla həllinin üzərindən xətt çəkib. Doğrudur, "iyul təxribatı”ndan əvvəl də Ermənistan tərəfi bir neçə təxribat törədib, bu ölkənin Baş naziri Nikol Paşinyan avantürist açıqlamaları ilə sülh danışıqlarına zərbə vurub. Lakin Bakı "iyul təxribatı”na qədər görünməmiş təmkin nümayiş etdirərək Qarabağda münaqişənin alovlanmasında maraqlı olmadığını, problemin dinc yolla həllinə çalışdığını nümayiş etdirib.
İyul təxribatı isə artıq Qarabağda yeni eskalasiyanın başlanacağını labüd edib. Əvvəla, Tovuz münaqişə bölgəsinə daxil deyil. Ermənistanın bu rayonu hədəfə alması Yerevanın Qarabağla kifayətlənməyib yeni ərazilər əldə etmək niyyətini ortaya qoyub.
İkincisi, Tovuz ərazisindən əhəmiyyətli beynəlxalq layihələr keçir ki, Ermənistan bu rayonu atəşə tutmaqla Azərbaycanın iqtisadi gücünü sarsıtmağa çalışıb.
Ermənistan paralel olaraq qanunsuz məskunlaşdırma siyasəti çərçivəsində Dağlıq Qarabağ və işğal olunmuş ətraf rayonlara Livandan və digər Yaxın Şərq ölkələrindən terroçu qrupları yerləşdirməyə başlayıb.
İstər "iyul təxribatı”, istərsə də Ermənistanın bölgəni terror yuvasına çevirməsi beynəlxalq qurumlar, ələxsus ATƏT-in Minsk Qrupu tərəfindən sərt təpkiyə məruz qalmalı olduğu halda bunun əksi müşahidə olunub. Beynəlxalq qurumlar ən yaxşı halda susmağa üstünlük veriblər.
Bütün bunlar Azərbaycanın Qarabağda anti-terror əməliyyatına start verməsini labüd edib.
Azərbaycan Ordusu döyüşlərin ilk günlərində bir neçə yaşayış məntəqəsini və əhəmiyyətli yüksəklikləri işğaldan azad edib. Ordunun irəliləməsinə baxmayaraq bu dəfəki döyüşlərin də "aprel döyüşləri” kimi qısa müddətli olacağı barədə mülahizələr irəli sürülüb. Lakin rəsmi Bakının davranışları bu mülahizələri alt-üst edib. Ölkədə hərbi rejim və qismən səfərbərlik elan edilib. Təxribatların qarşısını almaq üçün komendant saatı tətbiq olunub.
Prezident İlham Əliyev xalqa müraciətində Azərbaycanın işğal altında olan bütün torpaqları azad edəcəyini bildirib. Ölkə başçısı bildirib ki, döyüşlərin dayandırılması üçün Ermənistan silahlı qüvvələri Qarabağdan çıxarılmalıdır. Əks təqdirdə Azərbaycan Ordusunun əks-hücum əməliyyatı davam edəcək.
Ordunun əzmlə irəliləməsi, Ermənistan silahlı qüvvələrinin cəbhənin bütün istiqamətlərində darmadağın olunması, nəhayət, kiçik yaşayış məntəqələri daxil olmaqla Cəbrayıl və Hadrut kimi şəhərlərin işğaldan azad edilməsi dünyanın diqqətini Qarabağa yönəldib.
ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri tərəfləri atəşkəsə çağırıb. Lakin Fransanın ermənipərəst mövqe nümayiş etdirməsi artıq bu təşkilatın da əhəmiyyətini itirdiyini ortaya qoyub. İlham Əliyev də çıxışlarında bəyan edib ki, vasitəçi ölkələr bitərəf olmalıdır, tərəfdirlərsə o zaman qurumu tərk etməlidirlər.
ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən yalnız ABŞ qismən neytrallığını qoruyub. Digər iki ölkə - Fransa və Rusiya müxtəlif vasitələrlə Ermənistana yardım etməyə çalışıblar və bu indinin özündə də davam edir.
Oktyabrın 9-da Rusiyanın təşəbbüsü ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında üçtərəfli görüş keçirilib. 11 saat davam edən görüş humanitar atəşkəs razılaşması ilə başa çatıb. Həmçinin tərəflər münaqişənin baza prinsipləri əsasında həlli barədə razılıq əldə ediblər. Lakin görüşdən bir neçə gün sonra Ermənistan Gəncəyə raket zərbəsi endirib. 9 nəfər mülki vətəndaş həyatını itirib, 30 nəfərdən çox vətəndaş ağır ytaralanıb. Bu olay yenidən döyüşlərin aktiv fazaya keçməsinə səbəb olub. Azərbaycan Ordusu daha bir neçə yaşayış məntəqəsini işğaldan azad edib. Ermənistan silahlı qüvvələrinin xeyli sayda hərbi texnikası və canlı qüvvəsi məhv edilib.
Hərbi müstəvidə məğlubiyyətini həzm edə bilməyən Ermənistan Azərbaycanın münaqişə ocağından kənarda yerləşən şəhər və rayonlarını davamlı olaraq raket atəşinə tutub. İrəvan mülki şəxsləri və obyektləri hədəfə almaqla Azərbaycanda panika və qorxu yaratmağa çalışsa da, bu mümkün olmayıb.
Eskalasiya başlayandan Azərbaycanda milli birlik müşahidə olunur. Hər kəs Qarabağ uğrunda birləşib. Bütün siyasi partiyalar Azərbaycan Ordusuna dəstək nümayiş etdirib. Minlərlə vətəndaş könüllü olaraq döyüşlərdə iştirak etmək üçün səfərbərlik xidmətinə müraciət edib. Orduya yardım kampaniyasına start verilib.
İlham Əliyevin çıxışlarının da milli birlik notları üzərində qurulması Ordu-Xalq birliyini gücləndirib. Milli birlik Azərbaycan Ordusunun əzmini daha da artırıb. Uğurlu əks-hücum əməliyyatı davam etdirilib və Qarabağda status-kvo birmənalı olaraq dəyişdirilib. İlham Əliyev də bəyan edib ki, artıq status-kvo yoxdur. "Onu biz dəyişdik”, - deyə Prezident vurğulayıb.
Qarabağda status-kvonun dəyişməsi münaqişənin nizamlanması ilə bağlı baza prinsiplərində nəzərdə tutulan 5+2 formulunu da əhəmiyyətsiz edib. Artıq 5 rayondan 4-ü - Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan işğaldan azad edilib. Azərbaycan Ordusunun artıq Laçın və Kəlbəcərin hüdudlarına daxil olduğu, bir neçə yaşayış məntəqəsini azad etdiyi barədə məlumatlar var.
Qarabağda eskalasiya başlayan gündən Türkiyə və Pakistan Azərbaycana birmənalı dəstək verib. Türkiyə Prezidenti "canımızla, qanımızla Azərbaycanın yanındayıq” deyə bəyan edib. Ankara həmçinin bildirib ki, münaqişəyə üçüncü ölkə müdaxilə edərsə, o zaman Türkiyə də Azərbaycan tərəfdən müharibəyə qoşulacaq.
Azərbaycana dəstək verən ölkələrdən biri də İsraildir.
Azərbaycan Ordusu həm Türkiyə, həm də İsraildən satın aldığı "Bayraktar” və "Harop” Pilotsuz Uçuş Aparatları (PUA) ilə Ermənistan silahlı qüvvələrinə sözün əsl mənasında kabus yaşadıb və yaşatmaqda davam edir.
Azərbaycanın üzv olduğu Qoşulmama Hərəkatı da diplomatik müstəvidə Bakıya dəstəyini əsirgəməyib. BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə sənədin qəbuluna məhz Qoşulmama Hərəkatının üzv dövlətləri mane olub. Həmin sənəd qəbul olunacağı təqdirdə, BMT-nin Qarabağla bağlı qətnamələrini qüvvədən düşməsinə səbəb olacaqdı. Həmin qətnamələrdə isə Dağlıq Qarabağ Azərbaycanın ərazisi kimi tanınır və erməni hərbçilərinin işğal olunmuş əraziləri qeyd-şərtsiz tərk etməsi tələb olunur. Azərbaycan faktiki olaraq hazırda BMT-nin qətnamələrinin icrasını həyata keçirir.
Bir ay davam edən müharibə həm də 3 dəfə humanitar atəşkəslə yadda qalıb. Bunlardan biri barədə yuxarıda bəhs etdik. İkinci humanitar atəşkəs razılaşması da Rusiyanın təşəbbüsü ilə baş tutub. Oktyabrın 16-da tərəflər döyüş meydanında qalan cəsədrləri götürmək və əsirləri dəyişmək üçün humanitar atəşkəs barədə razılığa gəliblər. Amma Ermənistan bu dəfə də atəşkəsi pozub. Özü də döyüş meydanında yox. İrəvan dinc sakinlərin yaşadığı əraziləri atəşə tutub.
Üçüncü humanitar atəşkəs isə ABŞ-ın təşəbbüsü ilə baş tutub. Azərbaycan və Ermənistan xarici işlər nazirləri oktyabrın 23-də Vaşinqtona dəvət edilib. ABŞ dövlət katibi Mayk Pompeo tərəflərlərlə ayrı-ayrılıqda görüşüb. Görüşlərdə ABŞ Prezidenti Donald Trampın iştirak etdiyi barədə məlumatlar var. Tramp özü də danışıqları "proqressiv” adlandırıb. Görüşdən 3 gün sonra isə humanitar atəşkəs elan edilib. Lakin Ermənistan yenə də razılaşmanı pozaraq Azərbaycan silahlı qüvvələrinin mövqelərini atəşə tutmaqda davam edir.
Beləliklə, müharibənin bir ayı Azərbaycanın istər hərbi, istərsə də diplomatik müstəvidə üstünlüyü ilə keçib. Baxmayaraq ki, Bakıya ciddi təzyiqlər var, İlham Əliyev "erməni hərbçiləri Qarabağdan rədd olsun” şərtinin hələ də qüvvədə olduğunu bəyan edir./yenisabah
Xəbər lenti
-
15:13Gənclər, biznes ideyalarınızı reallaşdırmaq üçün müraciət müddəti 28 mart tarixinədək uzadıldı
-
11:28Suraxanı rayonunda ağacəkmə aksiyası keçirildi - FOTOLAR
-
11:25Şamaxıda Heydər Əliyev Mərkəzində “Xocalı harayı” adlı tədbir keçirilib
-
11:18Mingəçevirin küçə və parklarının yaşıllıqları qorunacaq - SUVARMA ŞƏBƏKƏSİ ÇƏKİLİR
-
19:41Göygöl - Daşkəsəndə şəhid ailələri ziyarət edilir
-
17:11"Elə bir qurum yoxdur ki, orada nöqsan olmasın" - Azay Quliyev
-
13:27“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
13:21İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin yeni inzibati binasının açılışında iştirak edib
-
13:15İlham Əliyev və Mehriban Əliyeva dünyada ilk dəfə Bakıda yaradılan gəmi-muzeyinin açılışında
-
13:12İlham Əliyev və Mehriban Əliyeva yeni gəmilərin istismara verilməsi mərasimində
-
13:04Xocalı soyqırımına həsr olunmuş video konfrans keçirilib - MİNGƏÇEVİRDƏ
-
11:26Şücaəti ilə tarix yazan qəhrəman şəhidimiz Cəlaləddin Fərhadov - FOTOLAR
-
17:29Diaspor təşkilatı Avstriyanın Federal kanslerini Xocalı soyqırımını tanımağa çağırıb
-
15:40Xocalı Soyqırımını “Unutmadıq, unutdurmayacağıq!”
-
15:37Son nəfəslərinə kimi evlərini ermənilərə təslim etməyən bir ailə dastan yazdı – Bu filmdə Xudayar da oxuyacaq
-
15:30Xocalı Soyqırımını “Unutmadıq, unutdurmayacağıq!”
-
13:15İlham Əliyevdən Fikrət Sadıxovla bağlı SƏRƏNCAM
-
11:43Avropa İttifaqı və UNFPA Azərbaycanda ataların uşağa qulluqda iştirakının təşviqi məqsədilə Atalar Məktəbləri yaradır
-
16:56İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng etdi
-
16:10İlham Əliyev dövlət şirkətlərini sərt tənqid etdi
-
13:52İlham Əliyev iranlı jurnalistə irad bildirdi: “Dediyinizin arxasında durmalısınız”
-
12:18Xocalı faciəsinə həsr olunan “13” filmi təqdim edildi – VİDEO
-
12:12Gənclər təşkilatları Xocalı soyqırımı barədə həqiqətlərin təbliğinə səfərbər olublar - VİDEO
-
11:59Qarabağda tikiləcək yeni aeroportların yeri bəlli oldu - Prezident açıqladı
-
19:57“Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində ağacəkmə aksiyası keçirilib - MİNGƏÇEVİRDƏ
-
19:49Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Şamaxıda onlayn formatda konfrans keçirilib - FOTOLAR
-
19:34ATƏT PA-da Xocalı canilərinin cəzalandırılması tələb edildi – VİDEO
-
17:30Xocalı: Tarixə Qayıdış adlı Anım tədbiri
-
17:08Minneapolis şəhərində "Xocalıya ədalət!" tələbi ilə lövhə quraşdırılıb
-
16:41“Pray for Ganja”
-
11:59Azay Quliyev Koncaryanın yalanını ifşa etdi
-
10:54"1915-ci il hadisələrini və 1992-ci il Xocalı soyqırımını anlamaq" mövzusunda müzakirələr aparılıb
-
16:19Ramil Həsən Türkiyənin Samsun Universiteti ilə birgə keçirilən tədbirdə çıxış edib - XOCALI SOYQIRIMI İLI BAĞLI
-
11:48Tvitter Azərbaycana görə Ermənistanla əlaqəli 35 hesabı blokladı
-
17:17Ramil Həsən: "'TƏK MİLLƏT, TƏK ÜRƏK' Beynəlxalq Humanitar Platforması 2000 Şəhid və Qazi ailəsini əhatə edib"
-
16:28Estoniya küçəsində Xocalı soyqırımı haqqında böyük banner asılıb
-
13:59Mingəçevirdə daha bir nümunəvi məhəllə istifadəyə verildi - QURUCULUQ İŞLƏRİ UĞURLA DAVAM EDİR
-
13:24Deputat hərbçilərin maaş məsələsini QALDIRDI
-
13:03Muğanbank Çinin “Bir Kəmər Bir Yol” layihəsinə (BRBR) qoşulan ilk Azərbaycan Bankı oldu
-
18:45“Xocalıya ədalət” kampaniyası çərçivəsində petisiya yayılıb
Digər xəbərlər
-
GÜNDƏM, SİYASƏT
Minneapolis şəhərində "Xocalıya ədalət!" tələbi ilə lövhə quraşdırılıb
-
GÜNDƏM, SİYASƏT
Azay Quliyev: Əminəm ki, Prezidentin islam və xristian dünyasına Şuşadan verdiyi mesajlar ünvanına çatıbdır
-
GÜNDƏM, SİYASƏT
Şahbaz Quliyev və Dilqəm Əsgərov vətənə gətirildi - RƏSMİ+FOTO/VİDEO
-
GÜNDƏM, SİYASƏT
Səfir XİN-ə çağırıldı: Azərbaycan Fransaya nota verdi - RƏSMİ
-
GÜNDƏM, SİYASƏT
Türk əsgərlərinin Qarabağa gələcəyi tarixlə bağlı VACİB AÇIQLAMA
-
GÜNDƏM, SİYASƏT
NATO-nun Baş Qərargah rəisi Azərbaycan Ordusunun əks-hücum əməliyyatını örnək göstərir
-
GÜNDƏM, SİYASƏT
"Ordu xalqın istinadgahıdır" - "Ağ kağız" ləqəbli general Kərim Vəliyevi yaxından tanıyaq
-
GÜNDƏM, SİYASƏT
Paşinyan Ermənistanı məhv edir – Rusiya KİV
-
GÜNDƏM, SİYASƏT
Moskva növbəti dəfə İrəvana kömək etməkdən imtina etdi - RF XİN-in rəsmi cavabı