“Musiqi ilə qəhrəmanlıq dastanı yazan şəhidimiz - ELMAN ƏLİYEV” – Gənclər Fondunun dəstəyi ilə film çəkiləcək

“Musiqi ilə qəhrəmanlıq dastanı yazan şəhidimiz - ELMAN ƏLİYEV” – Gənclər Fondunun dəstəyi ilə film çəkiləcək

Bu barədə "Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Aqil Ələsgər deyib.

Onun sözlərinə görə, "MUSİQİ İLƏ QƏHRƏMANLIQ DASTANI YAZAN ŞƏHİDİMİZ – ELMAN ƏLİYEV” sənədli film layihəsi Gənclər Fondunun dəstəyi ilə həyata keçirilir:

"”Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi olaraq biz bu günə qədər bir neçə film ərsəyə gətirmişik. Filmlərin böyük əksəriyəti Qarabağa həsr olunmuşdu. Budəfəki film isə ötən ilin oktyabrın 20-də Suqovuşan döyüşləri zamanı şəhid olan Elman Əliyev haqqındadır. Mingəçevir şəhərinin qəhrəman oğlu Şəhid Əliyev Elman Rakif oğlu həm idmançı, həm musiqiçi, həm də qanı ilə qəhrəmanlıq yazan, adını ürəklərə ömürlük yazdıran qəhrəmandır. Elman 1994-cü ildə Mingəçevir şəhərində dünyaya göz açıb. Mingəçevir şəhər 18 nömrəli məktəbdə təhsil alıb. Şəhidimiz avarçəkmə üzrə keçrilən yarışlarda medallar diplomlar qazanmışdır. Həmçinin, öz gözəl səsi ilə muğam ifa etmişdir. Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb. İndi ondan geriyə qazandığı diplomlar medallar və şərəfli Şəhid adıdır. Allah şəhidlərimizə rəhmət eləsin, Qazilərimizə şəfa versin. Müraciətimizə müsbət cavab verdiklərinə görə Gənclər Fonduna təşəkkür edirəm. Film başa çatandan sonra bəzi televiziyalarda efirə gedəcək, eyni zamanda, geniş təqdimatı baş tutacaqdır”.


Xəbər lenti