Naqif Həmzəyevdən mühüm təklif: Gəncə Hava Limanına Nizami Gəncəvinin adı verilsin

Naqif Həmzəyevdən mühüm təklif: Gəncə Hava Limanına Nizami Gəncəvinin adı verilsin
IATA (Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası) və digər aviasiya təşkilatları tərəfindən dərc olunan elektron sistem və digər köməkçi materaillarda Gəncə Beynəlxalq Hava Limanının kodu hələ də Kirovabad adına uyğun olaraq "KVD" kimi dərc edilir. Baxmayaraq ki, Gəncə şəhərinin adının bərpasından 31 il keçir.
Bunu Milli Məclisin deputatı Naqif Həmzəyeb bildirib. Millət vəkili təklif edir ki, Gəncə Beynəlxalq Hava Limanına dünya bədii mədəniyyət tarixində əlamətdar möcüzələrdən olan Nizami Gəncəvinin adı verilsin: "Dövlətimizin Başçısı İlham Əliyev qüdrətli söz və fikir ustadının zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq bu ili ölkəmizdə "Nizami Gəncəvi İli” elan edib. Bu da dahi Azərbaycan şairi Nizaminin dünyaya daha geniş təbliğ edilməsinə növbəti töhfədir.
Gəncə Beynəlxalq Hava Limanının adının Azərbaycanın bəşəriyyət tarixinə bəxş etdiyi dahi şəxsiyyətin adına uyğun kodlaşdırılması "Nizami Gəncəvi ili”nə ərməğan olardı. Eyni zamanda şəhərə gələn və gedən qonaqların, turistlərin aldıqları biletler üzərində və uçuz tablolarında Gəncə Beynəlxalq Hava Limanını KVD (Kirovabad) olaraq deyil, Nizami Gəncəvinin adına uyğun qeyd edilərdi”.
Qeyd edək ki, Türkiyənin İstanbul şəhərindəki Atatürk Hava Limanının kodu şəhərin adına uyğun olaraq İST, Moskvadakı Domodedovo aeroportunun kodu Domodedavo sözünə uyğun olaraq DME, Bakıdakı Heydər Əliyev adına hava limanının kodu Heydər Əliyev sözünün ingilis dili variantına uyğun olaraq GYD-dir.
 
7News.Az

Xəbər lenti