Naxçıvanda “Azərbaycan - Türkiyə gənclərinin beynəlxalq zəfər düşərgəsi” keçirilir - FOTOLAR
Azərbaycan və Türkiyə gənclərinin iştirakı ilə "Beynəlxalq zəfər düşərgəsi”nin Naxçıvan şəhərində açılışı baş tutub.
Azərbaycan Respublikasının Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Gənclər Fondu və Türkiyə Respublikasının Gənclik Vaqfının (TÜGVA) birgə təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında qazanılan zəfərin iki ölkənin gəncləri arasında təbliği, qardaş ölkə gənclərinin əməkdaşlığının daha da inkişaf etdirilməsi, hər iki ölkə gəncləri arasında müxtəlif sahələrdə birgə tədbirlər və layihələrin artırılmasıdır.
Açılışdan əvvəl düşərgə iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib və Heydər Əliyev muzeyi ilə tanış olublar. Hər iki dövlətin himni və şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Türkiyə Gənclər Fondunun icraçı direktoru Enes Eminoğlu, Naxçıvan MR-nın Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev, Qazi mayor Təbriz Zeynalov, qazi kapitan Ümman Məmmədov çıxış ediblər.
Natiqlər Vətən müharibəsindən, iki ölkə arasındakı qardaşlıq əlaqələrindən, Türkiyə Gənclər Fondu və Azərbaycan Gənclər Fondunun bu günədək ortaq həyata keçirdiyi layihələrin əhəmiyyətindən, hər iki ölkə gənclərinin ortaq maraqları əsasında davam edəcək sıx əməkdaşlıq və planlardan söz açıblar.
Daha sonra bədii hissəylə davam edən tədbir Naxçıvan Dövlət Filarmoniyası Kamera Orkestri və Şərur Xalq Yallı Ansamblının çıxışları ilə yekunlaşıb.
25-31 iyul tarixlərində keçiriləcək düşərgədə Türkiyə və Azərbaycanın müxtəlif bölgələrindən gənclər iştirak edirlər. Düşərgədə iştirak edən gənclərə vətənpərvərlik ruhunun aşılanması məqsədilə qəhrəman qazilərimiz ilə görüşlər təşkil olunacaq, tarixi qələbəmizi şərtləndirən əsas amillər haqqında düşərgə iştirakçılarına geniş məlumat veriləcəkdir.
Bununla yanaşı, iki ölkə gənclərinin ortaq mədəniyyətinin öyrənilməsi, ölkələrimizin tarixi haqqında gənclərin maarifləndirilməsi, eyni zamanda 2021-ci ilin Türkiyədə "Yunus Əmrə və Türk dili”, ölkəmizdə isə "Nizami Gəncəvi” ili elan olunması ilə əlaqədar iştirakçılar arasında intellektual yarışlar və bir sıra ədəbi bədii tədbirlər təşkil ediləcəkdir.
İdman və əyləncə proqramları ilə davam edəcək düşərgədə gənclərin dünyanın ən qədim şəhər məskənlərindən biri olan Naxçıvanın zəngin tarixi və mədəni irsi ilə də yaxından tanış olmaları nəzərdə tutulub.
Xəbər lenti
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:36“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
15:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:17"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:57Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
16:44Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:41Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
-
10:37“Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib – FOTOLAR
-
17:05Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
15:11“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
18:01Deputat: Antalya Forumundan Ermənistanın regionda sülhün bərpasında ciddi məsuliyyət daşıdığına bir daha əmin olduq
-
13:48İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər
-
13:22Almaniyadan Bakıya Qarabağ jesti- situativ reverans, yoxsa...
-
11:20“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
09:59Xocalı şəhidləri Polşadakı katolik kilsəsində anılıb - Foto/Video
-
13:52Deputatdan SENSASİON YAZI: "Xocalı soyqırımında adı keçənlər..."
-
13:09Layihənin adı: “QİÇS və Narkomaniyaya qarşı mübarizə tədbirlərinin keçirilməsi”
-
14:25Prezident İlham Əliyevin açıq mesajları xarici siyasətimizin gələcək prioriteti baxımından çox önəmlidir - Deputat
-
15:56“Samir Rzayevin gəlişi AZAL-da çox şeyi yaxşıya doğru dəyişib” – Elşən Musayev
Digər xəbərlər
-
SOSİAL
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
SOSİAL
Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
SOSİAL
"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
SOSİAL
4 fəsil dəniz mövsümü olan şimal adası
-
SOSİAL
“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
SOSİAL
Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
GÜNDƏM, SOSİAL
Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
GÜNDƏM, SOSİAL
2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
SOSİAL
“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir