Pakistan mətbuatı Xocalı soyqırımından yazıb (FOTO)

Pakistanda nəşr olunan "Parliament times” qəzetində və qəzetin internet səhifəsində, həmçinin "The Fortress” veb səhifəsində jurnalist Zaman Bacvanın "İnsanlıq əleyhinə Xocalı qətliamı. Bir daha olmasın” sərlövhəli məqaləsi dərc edilib.
Məqalədə 25 fevral 1992-ci ildə Ermənistan qoşunları tərəfindən keçmiş SSRİ-nin 366-cı batalyonunun köməyi ilə törədilmiş və tarixin ən dəhşətli insan faciələrindən biri olan Xocalı qətliamının bəşəriyyətə qarşı törədilmiş soyqırım aktı olduğu vurğulanaraq, şəhərin Azərbaycan tarixinə aid olan qədim abidələrinin ermənilər tərəfindən məhv edilməsinin əslində bütün insanlığın itkisi olduğu öz əksini tapıb.
Müəllif həyat yoldaşı və 3 övladını itirən Xocalı soyqırımının şahidlərindən Elxan Hüseynovun hər dəfə yazın gəlməsi ilə öz ailəsi barədə hansısa xəbər alacağına ümid etdiyini yazaraq, onun, 26 il keçməsinə baxmayaraq, hələ də öz ailəsini tapa bilmədiyini çatdırıb.
Ermənilər tərəfindən 613 azərbaycanlının həlak, 487 nəfərin şikəst edildiyi və 1275 nəfərin əsir götürüldüyü bu qəddar soyqırımın dünya mediasında geniş əks-səda doğurduğu, "The New York Times”, "Sunday Times”, "Washington Times” və "the Times” kimi qlobal miqyaslı qəzet və jurnallar öz nəşrlərində ermənilər tərəfindən kütləvi şəkildə qətlə yetirilmiş Azərbaycanlıların cəsədlərinin hər tərəfə səpələndiyini, dərisinin soyulduğunu və üzlərinin tanınmaz hala salındığını bəyan etdiyi məqalədə vurğulanıb.
Ermənistan prezidenti Serj Sargsyanın britaniyalı jurnalistlə müsahibəsi zamanı dediyi "Xocalıdan əvvəl azərbaycanlılar ermənilərin mülki əhaliyə əl qaldıra bilməyən bir xalq olduğunu düşünürdülər. Biz bu stereotipi sındırdıq”-sözlərindən sitat gətirən müəllif, başqa şərhə ehtiyac qalmadığını qeyd edib.
Yazıda həmçinin, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlməsi ilə Xocalı soyqırımının dünya gündəminə gətirildiyi, faciəyə Azərbaycanın Milli Məclisi tərəfindən siyasi və hüquqi qiymət verildiyi bildirilərək, Pakistan, Türkiyə, ABŞ, Serbiya, Sudan, Çexiya, İsrail və s. dövlətlərin Xocalı soyqırımının tanınması barədə qətnamə qəbul etdikləri oxucuların diqqətinə çatdırılıb.
Xəbər lenti
-
20:00MEDİA yeni mediaya keçid prosesini beynəlxalq ekspertlərlə müzakirə edib
-
19:23Prezident Zəngilan Beynəlxalq Hava Limanının tikintisi ilə tanış olub - YENİLƏNİB
-
18:31Horadiz-Ağbənd dəmir yolu xəttinin Soltanlı stansiyasının təməli qoyulub - YENİLƏNİB
-
18:18Gəncədə QHT-dövlət əməkdaşlığı mövzusunda zona konfransı keçirilib
-
18:06Peru Prezidenti Azərbaycan dövlət başçısına təbrik ünvanlayıb
-
17:43Nərimanovda yeni yaşam tərzi başlayır – “City Garden Narimanov”!
-
11:19Bakıda "Texnofest" festivalı başlayıb
-
11:13Milli Şuradan bədnam müraciət: “Bakıya təzyiq edin...”
-
10:38Cənubi Qafqazda sülhyaratma təşəbbüsləri alqışa layiqdir
-
19:21Medianın İnkişafı Agentliyində “Albayrak Media Group”unun rəhbərliyi ilə görüş keçirilib
-
19:18Mingəçevir Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib
-
16:13Səlcuk Bayraktar Bakıda MiG-29-da uçub - FOTO+ VİDEO
-
16:05Sülh razılaşması Azərbaycanın təklif etdiyi baza prinsipləri əsasında hazırlanacaq
-
10:47Zəngəzur dəhlizi tezliklə reallaşacaq - TƏHLİL
-
00:00Böyük Britaniyada meymun çiçəyinə yoluxanların sayı 56-ya çatıb
-
20:09Xorvatiya Prezidenti İlham Əliyevi təbrik edib
-
18:25Prezident İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib
-
18:22İlham Əliyev Türk Dövlətləri Təşkilatının Baş katibini qəbul edib
-
18:04İsveçrə Prezidenti Azərbaycan liderini təbrik edib
-
17:28MDU-da Ümumdunya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr edilən seminar keçirilib
-
15:51Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Bərdə regional “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub
-
15:28“İrəli” İB region gənclərinin inkişafı üçün yeni layihəyə start verir
-
14:14“Milli Məclisdə kadr islahatları Sahibə Qafarova sədr seçildiyi gündən başlayıb” – Elşən Musayev
-
13:49"Balaş Qasımov işinin peşəkarıdır" - Elşən Musayev
-
09:55“Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda ictimai müzakirələr aparılıb
-
23:50Agentlik rəhbərliyi Qubada “QHT ziyarətləri” keçirdi - FOTOLAR
-
23:07“Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda ictimai müzakirələr aparılıb
-
17:28“Brüssel görüşü İlham Əliyevin növbəti siyasi-diplomatik uğurudur”- Elşən Musayev
-
16:17Brüssel görüşü: Azərbaycanın növbəti diplomatik uğuru - TƏHLİL
-
17:17Xalq şairi Fikrət Qocanın yaradıcılığına həsr olunmuş xatirə gecəsi keçirilib.
-
17:09Elşən Musayev: “Siyasi dialoq demokratik sistemin əsas komponentlərindəndir” - VİDEO
-
15:49Elşən Musayev: “Radikal müxalifətin həyatı elə anons verməklə keçib” (MÜSAHİBƏ)
-
15:10Mingəçevir Dövlət Universiteti “Şuşa İli”nə həsr olunmuş beynəlxalq konfransa təşkilatçılıq edib
-
11:14Cozef Baydenin Azərbaycan Prezidentinə təbrik məktubu ölkəmizə və dövlət başçımıza olan diqqətin növbəti təzahürüdür - ŞƏRH
-
09:19Saxta alimlər, pulla alınan ödüllər, “elmi” fırıldaqlıqlar… - SENSASİON YAZI
-
21:57QHT-dövlət münasibətlərinə həsr olunmuş Respublika zona konfransı keçirilib
-
20:10Cozef Bayden İlham Əliyevi təbrik edib
-
19:09Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində “Şuşa İli”nə həsr edilmiş “Qarabağın tacı Şuşa” adlı tədbir keçirilmişdir
-
17:57Gənclər arasında dini dözümlülük və multikulturalizmin təbliği mövzusunda təlim keçirilib
-
17:35Əli Hüseynli: Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin təsis edilməsi çoxşaxəli hüquqi islahatlara mühüm töhfədir