Parisdən Bakıya qəfil zəng: "Frans-Press" xəbər yaydı
21 Oktyabr 2019, 11:37
21 Oktyabr
2019
11:37
1754
Ötən həftəsonu Fransandakı Lion İnzibati Məhkəməsi ölkənin Vilörban şəhəri ilə işğal altındakı Azərbaycan şəhəri Şuşa arasında imzalanmış qanunsuz "qardaşlıq müqaviləsi”ni ləğv edib. Bu haqda Frans-Press xəbər yayıb. Çıxarılan məhkəmə qərarında deyilir ki, müqavilə Fransanın beynəlxalq öhdəlikləri nəzərə alınmadan imzalanıb və qanunsuzdur.
Bununla bağlı Azərbaycan XİN-i də məlumat yayıb və qərarı alqışlayıb. "Azərbaycan tərəfi inanır ki, hazırda qüvvədə olan və Fransa qanunvericiliyi, xüsusilə də ölkə Konstitusiyasının 73-cü maddəsi ilə ziddiyyət təşkil edən digər qanunsuz ”sənədlər" də tezliklə ölkə məhkəmələri tərəfindən ləğv ediləcək. Qanunun aliliyi hər şeydən üstündür və Fransadakı erməni lobbi qrupları başa düşməlidir ki, onların Fransa qanunlarını və bu ölkənin beynəlxalq öhdəliklərini pozmaq bahasına öz maraqlarını reallaşdırmaq cəhdləri uğursuzluğa düçardır", - deyə məlumatda qeyd olunub.
"Yeni Müsavat” xatırladır ki, 2013-cü ildən bəri ən azı, 12 fransız şəhəri arasında belə müqavilələr imzalanıb. 2018-ci ildən isə Fransa Xarici İşlər Nazirliyinin tələbi əsasında prefekturalar Azərbaycanın işğal altındakı ərazilərindəki "yerli özünüidarə orqanları ilə” Fransa şəhərləri arasında imzalanmış anlaşmaların məhkəmələrdə ləğvinə nail olmağa başlayıblar. Artıq bu qəbildən 10 qanunsuz "müqavilə”, o sırada Şuşa ilə bağlı 3 "xartiya” sıfırlanıb.
*****
Onu da yada salaq ki, ötən həftə işğal altında olan Şuşada qədim Azərbaycan məscidi olan Gövhər ağa məscidinin "təmir”indan sonra təntənəli "açılış mərasimi” olmuşdu. Çıxış edən ermənilər bu islam məbədini sırf fars mədəniyyət abidəsi kimi qələmə verməyə çalışmış, eyni zamanda, bunu özlərinin guya tolerant, mədəni bir xalq olduğunun təzahürü kimi gözə soxmağa səy etmişdilər. Ancaq etnik təmizləməyə məruz qalan və bircə azərbaycanlının belə yaşamadığı Şuşada məscid kimə lazımdır, əgər orada ibadət edəcək müsəlman, yerli əhali yoxdursa?
Eləcə də etnik təmizləmə aparılmış qədim Azərbaycan yurdu Şuşa ümumbəşəri haqlara sayğılı olan Fransanın hansısa şəhəri ilə necə qardaşlaşa bilər? Bu, ən birinci elə təməl insan haqlarına həqarət deyilmi? Şəksiz. Həmçinin, erməni işğalı altındakı digər yaşayış məntəqələrimizlə Fransa şəhərləri arasında bağlanmış və beynəlxalq hüquqa ziddi olan anlaşmalar.
Nə yaxşı ki, belə üzdəniraq sənədlər bir-bir ləğv olunaraq, zibil qutusuna atılır. Sözsüz ki, bu prosesdə Azərbaycanın diplomatik və lobbi fəallığının həlledici rolu var. Erməni tərəfi də etiraf artıq etməyə başlayıb ki, son illər Bakı Qarabağla bağlı beynəlxalq arenada daha aktiv iş aparır və bu, hətta Ermənistanı özünün "kiçik bacısı” adlandıran, dünyada ən böyük və fəal erməni icmasının yaşadığı Fransada da özünü göstərməkdədir. Nəticə ortadadır: Paris daha "kiçik bacı”sının göz yaşlarına inanmır. İrəvan və Xankəndi üçün növbəti bir şok.
Yeri gəlmişkən, Şuşa ilə Vilrbörn şəhəri arasında qondarma "dostluq müqaviləsi”nin ləğvindən cəmi bir həftə qabaq (10 oktyabr) Fransa prezidenti Emmanuel Makron azərbaycanlı həmkarı İlham Əliyevə zəng etmişdi. Məlumatda bildirilirdi ki, Makron onun təşəbbüsü ilə yaradılan QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fonda Azərbaycan tərəfinin dəstək verməsini Azərbaycan prezidentindən xahiş edib. İlham Əliyev Fransa rəhbərinin bu təşəbbüsünə öz dəstəyini ifadə edib və Azərbaycan tərəfinin bu xəstəliklərlə mübarizə işinə əhəmiyyətli töhfə verməyə hazır olduğunu bildirib. Fransa prezidenti dəstəyə görə minnətdarlığını bildirib. Telefon söhbəti zamanı dövlət başçılarının ikitərəfli münasibətlərin inkişafı və iki ölkənin prezidentləri arasında gələcək təmaslarla bağlı məsələləri müzakirə edikləri də deyilirdi.
Doğrudur, Makronun telefon zənginin motivi humanitar xarakterli olub. Lakin Fransanın Qarabağ məsələsində üç həmsədr dövlətdən biri və ən böyük, ən təşkilatlanmış erməni lobbisinin yaşadığı dövlət olması ciddiyə alınarsa, bu həm də siyasi anlam daşıyır, ölkəmizə bölgədə verilən önəmi göstərir. Güney Qafqazda aparıcı və vazkeçilməz dövlətin, zəngin və varlı məmləkətin hansı ölkə olduğunu bir daha bəlli edir.
Qısası, Makron bilir hara, kimə zəng edir. Acından ölən, tarix boyu onun-bunun himayəsində və qoltuğunda, dotasiya ilə yaşamağa adət eləmiş ermənilərdən, onların "Ermənistan” adlı süni və saxta dövlətindən Fransaya hansı fayda gələ bilər ki. Təsadüfi deyil ki, son illər Fransa və Azərbaycan arasında hərbi-texniki sahədə əməkdaşlıq da təşəkkül tapmağa başlayıb, bu yöndə ilkin anlaşmalar əldə edilib, mühüm zəmin yaradılıb.
Şübhə yox ki, Ermənistan hər vəchlə işğal altındakı Dağlıq Qarabağda yaradılmışı qanunsuz rejimi dünyada müstəqil dövlət qurumu kimi təbliğ etməyə çalışır. Fransa şəhərləri ilə işğal altındakı şəhərlərimiz arasında imzalanmış "qardaşlıq anlaşmaları” da müstəsna olaraq, bu məkrli məqsədə xidmət edir. Hərçənd, Ermənistanın özü indiyədək saxta qurumu "müstəqil dövlət” kimi tanımağa sürət etməyib. Çünki özü də müstəqil dövlət deyil, Rusiyanın vassalıdır.
Bu xüsusda ötən həftə sonunun diqqətçəkici olaylarından başqa birisi Ermənistanın baş naziri Nikol Paşinyanın separatçı rejimin başçısı Bako Saakyanı yanına çağırması oldu. Artıq bəllidir ki, Paşinyan hakimiyyətə gələr-gəlməz, "DQR”i özünün "müstəqil idarəçiliyi” olan və Ermənistana dəxli olmayan, bu üzdən Qarabağa dair sülh prosesinin üçüncü müstəqil tərəfi kimi təqdim etməyə çalışır. "Qarabağ ermənilərinin öz hakimiyyəti var, mən Ermənistana cavabdehəm”. Bu da Paşinyanın sevimli ifadələrindən idi. Ancaq az sonra sanki bu ifadəni unudubmuş kimi, Nikol "Qarabağ Ermənistanındır və nöqtə” sərsəmləməsini dilə gətirdi.
Bu da hamısı deyil. Məsələ ondadır ki, Paşinyan Saakyanı İrəvana hansısa üzdəniraq "dövlət”in rəhbəri qismində yox, Ermənistanın hansısa bölgəsinin (ermənilər ona "marz” deyirlər) başçısı, tutaq ki, Gümrünün meri kimi çağırıb, elə bu statusda da onunla söhbət edib. Üstəlik, yayılan fotodan görünür ki, Paşinyanla Saakyanın görüşdüyü otaqda onların arxasında yalnız Ermənistanın bayrağı qoyulub, "DQR”-in əskisi yoxdur. Daha önəmlisi, Paşinyan Saakyana "hörmətli, marzpet” deyə müraciət edib ("Marzpet” rayon administrasiyaların başçılarına deyilir). Yada salmağın yeri var: bir neçə ay öncə Saakyanı artıq bir dəfə "marzpet” adlandırıblar - Gümrüdəki tədbirlərin birində...
Bu da sizə "müstəqil Arsax”! Necə deyərlər, ermənilərin dünyanın gözünə kül üfürməsi, hiyləgər "dövlət-dövlət” oyunu fiasko olmaqdadır. Oyun bitir. Qalır nəticəni rəsmiləşdirmək. Görünür, bunu Ermənistanı "kiçik bacı” sayan Fransada da anlamağa başlayıblar...
Mənbə: Yeni Müsavat
Xəbər lenti
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:36“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
15:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:17"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:57Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
16:44Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:41Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
-
10:37“Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib – FOTOLAR
-
17:05Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
15:11“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
18:01Deputat: Antalya Forumundan Ermənistanın regionda sülhün bərpasında ciddi məsuliyyət daşıdığına bir daha əmin olduq
-
13:48İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər
-
13:22Almaniyadan Bakıya Qarabağ jesti- situativ reverans, yoxsa...
-
11:20“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
09:59Xocalı şəhidləri Polşadakı katolik kilsəsində anılıb - Foto/Video
-
13:52Deputatdan SENSASİON YAZI: "Xocalı soyqırımında adı keçənlər..."
-
13:09Layihənin adı: “QİÇS və Narkomaniyaya qarşı mübarizə tədbirlərinin keçirilməsi”
-
14:25Prezident İlham Əliyevin açıq mesajları xarici siyasətimizin gələcək prioriteti baxımından çox önəmlidir - Deputat
-
15:56“Samir Rzayevin gəlişi AZAL-da çox şeyi yaxşıya doğru dəyişib” – Elşən Musayev
-
14:47"Dünən şahidi olduq ki, idman nə qədər böyük siyasətdir" - Deputat
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
10 Mart 2024
09 Mart 2024
07 Mart 2024
06 Mart 2024
05 Mart 2024
04 Mart 2024
02 Mart 2024
27 Fevral 2024
26 Fevral 2024
24 Fevral 2024
23 Fevral 2024
Digər xəbərlər
-
GÜNDƏM, SİYASƏT
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
SİYASƏT
Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
GÜNDƏM, SİYASƏT
Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
GÜNDƏM, SİYASƏT
"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
SİYASƏT
Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
GÜNDƏM, SİYASƏT
İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər
-
SİYASƏT
Almaniyadan Bakıya Qarabağ jesti- situativ reverans, yoxsa...
-
SİYASƏT
Deputatdan SENSASİON YAZI: "Xocalı soyqırımında adı keçənlər..."
-
GÜNDƏM, SİYASƏT
Prezident İlham Əliyevin açıq mesajları xarici siyasətimizin gələcək prioriteti baxımından çox önəmlidir - Deputat