Paşinyan Azərbaycanın diktə etdiyi şərtləri qəbul edir - Ermənistan ağ bayraq qaldırır
17 Oktyabr 2020, 22:20
17 Oktyabr
2020
22:20
1062
Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu növbəti təxribatından sonra Azərbaycan Ordusunun başlatdığı əks-hücum əməliyyatları 21 gündür davam edir. Ötən müddət ərzində düşmənə ciddi sarsıdıcı zərbə vuran Azərbaycan Ordusu onu müxtəlif istiqamətlərdə geri çəkilməyə məcbur edib. Hərbi əməliyyatlar dövründə Ermənistan silahlı qüvvələrinin təxminən 2 milyard dollar dəyəri olan hərbi texnikası, silah-sursatı məhv edilib və ya qənimət götürülüb.
Bu günlərdə ard-arda cəbhədən gələn qələbə xəbərləri xalqımızı daha da ruhlandırır və Ordumuzun döyüş əzmini daha da artırır. Tərtər rayonunun Suqovuşan kəndinin, Cəbrayıl rayonunun mərkəzinin və kəndlərinin, Hadrut qəsəbəsinin, Xocavənd rayonunun kəndlərinin işğaldan azad edilməsi böyük qələbəmizin ilk addımları hesab oluna bilər.
Erməni ictimaiyyətində "qalib ordu” obrazı yaratmaq cəhdləri iflasa uğradı
Ötən 20 gün ərzində Ermənistan hakimiyyəti döyüş meydanındakı məğlubiyyətini etiraf etmək istəmir, əksinə, yalan məlumatlarla erməni ictimaiyyətində "qalib ordu” obrazı yaratmağa çalışırdı. Lakin bununla belə, Paşinyanın müxtəlif ölkələrin dövlət və hökumət başçılarına ünvanladığı müraciətlər, onlara ard-arda zənglər edərək yardım dilənməsi, erməni lobbisinə edilən müraciətlər deməyə əsas verirdi ki, onun özü də yalanlarının ömrünün uzun olmayacağını dərk edir. Atəşkəs üçün dəfələrlə Rusiya Prezidentinə müraciət edən Paşinyan danışıqlara hazır olduğunu açıq şəkildə bildirərək, bir növ döyüşlərdə qalib gələ bilməyəcəklərini etiraf etdi. Moskva görüşündən sonra əldə edilən razılaşmaya əsasən oktyabrın 10-da saat 12:00-da etibarən humanitar atəşkəs təmin edilməli idi. Lakin Ermənistan humanitar atəşkəsin ilk dəqiqələrindən artıq "ənənə” halı almış davranışına "sadiq” qaldı. Müxtəlif bölgələrimizi atəşə tutaraq bir daha beynəlxalq razılaşmaların onlar üçün heç bir önəm daşımadığını göstərdi. Azərbaycan Prezidentinin Ermənistana verdiyi son şansı dəyərləndirmək iqtidarında olmayan Ermənistanın bu addımının əsas səbəbi isə çox sadədir: düşmən qüvvələri cəmləşdirib işğaldan azad edilmiş ərazilərimizi yenidən ələ keçirmək niyyətində idi. Lakin Ordumuzun ayıq-sayıqlığı, peşəkarlığı sayəsində düşmən ağır itkilər verərək geri çəkildi. Ordumuzla mübarizə meydanında açıq-aşkar məğlub olduğunu görən Ermənistanın siyasi-hərbi rəhbərliyi dinc sakinlərimizi, yaşayış məntəqələrimizi daha intensiv şəkildə atəş altında saxlamağa başladı. Oktyabrın 11-də gecə saatlarında Gəncəyə atılan raket zərbələri nəticəsində 10 dinc sakin həlak oldu, həmçinin 30-dan çox Gəncə sakini yaralandı. Ordumuzun cavabı isə yenə də döyüş meydanından gəldi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının kəndləri ard-arda işğaldan azad edildi. Ermənistan Ordusunun yüksək rütbəli zabitlərinin, çoxlu sayda canlı qüvvəsinin, hərbi texnikasının məhv edilməsi ilə düşmənin silahlı qüvvələrində başlanan pərakəndəlik, fərarilik halları əlbəttə ki, Azərbaycan Ordusuna döyüşlərdə mütləq üstünlük qazandırdı.
Bütün ehtiyatları tükənən Ermənistan ordusu ağ bayraq qaldırmaq ərəfəsindədir
Bütün baş verənlər fonunda Ermənistan silahlı qüvvələrinin rəhbərliyi nəhayət ordunun mövqelərdən geri çəkilməyə məcbur olduğunu ifadə etdi. Həmçinin Paşinyan bir daha dünya ermənilərinə müraciət edərək onlara döyüşlərdə iştirak etmək üçün çağırış etdi. Bunun ardınca son bir il ərzində ordudan tərxis olunmuşlar da hərbi komissarlıqlara çağırıldılar. Proseslərın davamlı hal alması düşmən düşərgədəki vəziyyətin acınacaqlı olduğunu açıq-aydın göstərir. Bütün bunlar bizə suda boğulanın saman çöpündən yapışmasını xatırladır.
Bir neçə gün əvvəl isə qondarma rejimin rəhbərliyi daha gülünc bir addım atmağa məcbur oldu. Aralarında ahılların da olduğu birinci Qarabağ müharibəsinin iştirakçıları da döyüşlərə məcburi şəkildə cəlb olundu. Əlbəttə ki, ön xəttə peşəkar Ordumuza qarşı bu cür yaşlı döyüşçülərin vuruşaraq hansısa uğur qazanmaq imkanı sıfıra bərabərdir.
Bundan əlavə, düşmən ordunun düşərgəsindən yayılan videogörüntülərdən də aydın şəkildə müşahidə olunur ki, erməni əsgərləri böyük sarsıntı içindədirlər və məcburi şəkildə döyüşürlər. Bir məqama da diqqət yetirmək yerinə düşər. Azərbaycan Ordusu tərəfindən azad edilən düşmən mövqelərindən yayılan görüntülərdə erməni əsgərlərinin mövqelərdən qaçmaması üçün onların ayaqlarının zəncirləndiyi faktı da artıq hər kəsə məlumdur. Yəni, erməni əsgəri də Azərbaycan torpağında ölmək istəmir.
Oktyabrın 17-də isə düşmən yenə Gəncə şəhərini raket atəşinə tutdu. Dinc sakinlər arasında ölən və yaralananlar oldu. Artıq ağlını itirmiş Paşinyan hökumətinin bu cinayətinin cavabı isə daha ağır oldu. Azərbaycan Prezidenti bu gün səhər saatlarında xalqa müraciət etdi, Ordumuzun əldə etdiyi uğurlardan danışdı və Füzuli şəhərinin və rayonun bir sıra kəndlərinin düşmən işğalından azad edildiyini elan etdi. Əlbəttə ki, bu, düşmənə ən layiqli cavab idi. Ali Baş Komandanın da qeyd etdiyi kimi, bizim məqsədimiz işğal altında olan torpaqlarımızın azad edilməsidir və Ordumuz düşmənə layiqli cavabı döyüş meydanında verir.
Müdafiə Nazirliyinin bu gün ərzində yaydığı videolardan da görünür ki, düşmənin son hərbi resursları və canlı qüvvəsi artıq darmadağın edilib.
Bütün bunlar göstərir ki, rezervləri, imkanları tükənən Ermənistan ordusu artıq ağ bayraq qaldırmaq ərəfəsindədir.
Paşinyanın reallıqla barışmaqdan başqa çıxış yolu qalmayıb
"Qarabağ Ermənistandır və nöqtə”, "Şuşada yallı getmək”, "Şuşada qondarma rejimin başçısına "andiçmə” mərasimi keçirmək” və s. Paşinyanın cılız təfəkkürünün məhsulu olan bütün bu təxribatların cavabı bu gün döyüş meydanında verilir.
İqtisadi imkanları onsuz da məhdud olan Ermənistan döyüşlərdən sonra daha ciddi böhran vəziyyətinə düşüb. Ölkədəki ağır iqtisadi durum, sosial problemlər, döyüşlərdəki uğursuzluqlar Ermənistanda siyasi böhranı daha da dərinləşdirib. Sosial şəbəkələrdə yayılan məlumatlarda isə artıq Ermənistanda valideynlərin hərbi komissarlıqların qarşısında toplaşaraq övladlarının döyüşlərə getməsinə etiraz etdikləri bildirilir. Valideynlər müxtəlif yollarla övladlarının döyüşlərdən yayındırmağa çalışırlar. Döyüş meydanında mövqeləri atıb qaçan erməni əsgərləri ölmək istəmədiklərini, hərbi təchizatın olmadığını deyirlər.
Küçə yürüşləri ilə hakimiyyətə gələn Paşinyan artıq siyasi rəqiblərinin açıq-aşkar təzyiqləri ilə üz-üzədir. Onlar Paşinyanı düzgün siyasət yürütməməkdə ittiham edirlər. Ermənistan hakimiyyəti belə məqamda yenidən beynəlxalq aləmdən kömək istəməyə başlayıb. Paşinyanın səsinin eşidilmədiyini görən bu ölkənin keçmiş prezidentləri də artıq yaranmış böhrandan çıxış yolu üçün beynəlxalq təşkilatlara müraciət ünvanlayırlar.
Belə ağır vəziyyətdə Paşinyanın məğlubiyyətini etiraf edib danışıqlar prosesinə qatılmaqdan başqa seçimi yoxdur. Azərbaycan Prezidentinin danışıqların bərpası üçün irəli sürdüyü şərtlər də artıq hər kəsə məlumdur. Ermənistan baş nazirinin siyasi iradə göstərib bu şərtləri qəbul edəcəyi təqdirdə Azərbaycan döyüş meydanında qazandığı nailiyyətləri danışıqlar masasında davam etdirəcək.
Artıq Paşinyanın müxtəlif vasitələrlə, ayrı-ayrı vasitəçilərin imkanlarından istifadə etməklə Azərbaycan Prezidenti İlham Əliyevlə təmas qurmağa çalışır. Yəni, Paşinyan Azərbaycanın diktə etdiyi şərtlərlə danışıqları bərpa etmək üçün müraciətlər edir. Ölkəsindəki ağır böhrandan çıxış yolunu işğal altında olan ərazilərimizi boşaltmaqda görür. Bu, həm də Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sülhə məcburetmə əməliyyatının məntiqi nəticəsidir. (Azərtac)
Xəbər lenti
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
SİYASƏT
Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
SİYASƏT
Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
SİYASƏT
“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
TƏHLİL, SİYASƏT
Ermənisayağı “iqtisadi sıçrayış”
-
SİYASƏT
ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
SİYASƏT
Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
GÜNDƏM, SİYASƏT
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
SİYASƏT
Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR