Payız qapımızı "döyür": "Ən mötəbər vaksin insanın məsuliyyət hissidir”
07 Sentyabr 2020, 12:38
07 Sentyabr
2020
12:38
1085
Payız-qış mövsümü xəstəliklərin fəallaşdığı dövrdür. Məhz bu dövrlərdə koronavirus da insan orqanizimi üçün ciddi təhlükədir.
Ən başçlıca vəzifə koronavirusun yayılmasına, yeni yoluxma nöqtələrinin yaranmasına imkan verməməkdir. Bəzi vətəndaşların mövcud təhlükəni aydın təsəvvür edə bilməməsi, özünün və ailəsinin sağlamlığına laqeyd münasibətini görürük. Bu, yolverilməz haldır.
Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İctimai Birliyi”nin rəhbəri Təranə Paşayeva bildirib ki, ötən ilin sonlarından başlayaraq COVİD-19 pandemiyası görünməmiş fəlakət şəklində qısa bir zamanda planetimizi bürüdü.
Birlik rəhbəri söyləyib ki, qlobal təşviş hər kəsə bəllidir. Təkcə dünyaya uzanan yollar yox, evlərdən həyətlərə açılan qapılar da bağlandı:
"Karantin, izolyasiya, evdə qal, sosial məsafə saxla, tibbi maskada gəz, təmaslardan qaç və başqa qadağalar, ekran və efirdən püskürən kütləvi tələfat xəbərləri oldu. Naməlum virusa qarşı heç bir tibbi müdafiə mexanizminin olmaması, tibb elminin yeni bəla qarşısında aciz qalması istər-istəməz insanların psixologiyasın mənfi təsirini göstərirdi. İnsanların çoxu nə etməli sualının cavabsızlığının, qeyri-müəyyənliyin qorxusunu yaşayır”.
T.Paşayeva qeyd edib ki, pandemiya təkcə həyat nizamını, yaşam tərzini və insan davranışlarını dəyişmədi, həm də şüurlarda köklü fərqliliklər təzahür etdi:
"Hər hansı çətin situasiyada əsas məsələ meydana çıxan problemin dərki və qəbul olunmasıdır. Məsələnin mahiyyəti nə qədər tez dəyərləndirilərsə, çıxış və həll yolları da bir o qədər asanlaşar. Bu yerdə düşüncələrin dəyişməsi, hadisəyə yeni gözlə baxılması və qlobal problemin ən sadə insanlar tərəfindən məntiqəuyğun qavranılması günün reallığıdır.
Vaksinsiz infeksiyaya qarşı mübarizə ilə əlaqədar dövlət tərəfindən həyata keçirilən əlahiddə tədbirlər, "evdə qal!”, "güc birlikdədir!” çağırışlarını nəzərə alan vətəndaşların dövlətin ətrafında sıx birləşməsi, insan sağlamlığının müdafiəsi məqsədilə çıxarılan qərarlara çoxluğun əməl etməsi xaotik vəziyyətdən xilas olmağa, xüsusən, reallıqla hesablaşmağa ciddi kömək göstərdi. Bu gün, demək olar hər kəs anlayır ki, dövlət tərəfindən vaxtında yaradılmış Operativ Qərargahın dünya tibb təcrübəsinə əsasən müəyyənləşdirdiyi qaydaların icrası pandemiyadan az itkiylə çıxmağın ən optimal yoludur. Evdə qalıb şəxsi gigiyena qaydalarına əməl etməklə təcrid olunmaq isə mübarizə mərhələlərində müstəsna rol oynayıb”.
Pandemiya təhlükəsinin hələ aradan qalxmadığını deyən birlik rəhbəri vurğulayıb ki, dünyanın ümumi bəlasına çevrilən bu virusa qarşı qlobal mübarizə tədbirləri görülməkdədir:
" Prezident İlham Əliyevin problemlə əlaqədar göstərdiyi qətiyyət və ardıcıllıq həqiqətən də beynəlxalq bir nümunədir. Məhz bütün dövlət qurumlarının pandemiya elan olunan gündən insanlarımızın sağlamlığını qorumaq naminə meydana qoyulan məqsədyönlü fəaliyyətin nəticəsidir ki, ölkəmiz ilk mərhələdə daha az itki ilə vəziyyətdən çıxa bilib”.
T.Paşayeva hazırda həyatımızın ümumi axarına düşməkdə olduğunu diqqətə çatdırıb:
"İnsanlar karantin qaydaları ilə yaşamağı öyrənirlər. Amma bu bizdə arxayınlıq yaratmamalıdır. Payız qapılarımızı döyür. Hər kəsə bəllidir ki, fəsil dəyişkənliyi, xüsusən yaydan payıza keçid dönəmində infeksion xəstəliklər artır. Nə qədər ki, amansız və dava-dərmansız koronovirusdan müdafiə mexanizmi, yəni, peyvənd hazır deyil, yol yoldaşımız ikiqat məsuliyyət olmalıdır. İnsanlarımız yenə də sərt karantin dövründə olduğu kimi, şəxsi gigiyena qaydalarına əməl etmək, sosial məsafəni qorumaq, maska taxmaq, mövcud qaydalara ciddi əməl etməklə özlərini və çevrələrini qoruya bilərlər”.
Birlik rəhbərinin fikrincə, əhalini məlumatlandırmaq üçün davamlı olaraq maarifləndirici məlumatların verilməsi olduqca vacibdir:
"Yaxşı haldır ki, pandemiya başlanandan bu günə qədər respublika mətbuatı bu istiqamətdə ciddi iş görür, həm əhaliyə dövlətin apardığı tədbirlər, görülən işlər barədə geniş məlumat verir. Eyni zamanda peşəkarları ekran və efirlərə dəvət edərək maarifləndirici söhbətlərə yer ayırır. Gündəlik qəzetlərimizin də aktual mövzusu bu gün təbii ki, pandemiyadır.
Psixoloji mərkəz olaraq biz də ölkəmiz üçün belə məsul dövrdə həm vəzifə, həm də insanlıq borcumuzu layiqincə yerinə yetirməyə çalışırıq.
Özəl qurum olaraq vəziyyətə görə ciddi maliyə sıxıntılarının olmasına baxmayaraq, bütün diqqətimizi yenə də insanların psixoloji durumunun sağlamlığına yönəldirik. Çünki bu dönəmdə psixoloji sarsıntılar qaçılmazdır. Demək olar ki, pandemiya başlandığı ilk gündən psixoloji dəstəyə ehtiyacı olanların yanındayıq və bu hər zaman belə olacaq.
Vətəndaşlarımıza müraciət edirəm ki, səbrli, təmkinli olsunlar, panikaya qapılmasınlar, vəziyyətin ciddiliyini nəzərə alıb dövlətin qoyduğu qaydalara məsuliyyətlə əməl etsinlər.
Atalar yaxşı deyib ki, "güc birlikdədir” və biz bu çətinlikdən də birlikdə çıxacağıq. Çünki biz insanın həyatını və sağlamlığını bütün dəyərlərdən üstün tutan bir ölkənin vətəndaşlarıyıq”.
Xəbər lenti
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:36“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
15:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
Digər xəbərlər
-
SOSİAL
Xankəndidə ilk körpə dünyaya gəlib
-
SOSİAL
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
SOSİAL
"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
SOSİAL
Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
SOSİAL
Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
SOSİAL
Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
SOSİAL
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
MANŞET, SOSİAL
Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
SOSİAL
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib