“Qalanın önündə, qarın üstündə diz çöküb Şuşadan üzr istədim”

“Qalanın önündə, qarın üstündə diz çöküb Şuşadan üzr istədim”

Fərhad Bədəlbəyli Şuşaya ziyarəti zamanı atası, Azərbaycanın tanınmış aktyor-rejissoru Şəmsi Bədəlbəylinin evini tapa bilmədiyini  deyir.

Shushapost.Az xəbər verir ki, bu haqda o Musavat.com-a açıqlamasında deyib. Bildirib ki, 1995-ci ildə ata evini yandırıb dağıdıblar, sonra bərpa ediblər və sonra yenə yandırıblar:

"Ona görə onun yerini heç cür tapa bilmədim.

Şuşada Poladla söz verdik ki, orada özümüzə ev tikəcəyik... Vaxtilə Şuşadan aralı yaşayırdıq. Yəni Bakıda yaşayırdıq və başa düşmürdük ki, ora tez-tez getmək lazımdır. Süleyman Ələsgərov həmişə bizə irad tuturdu, deyirdi ki, siz hər yerə gedirsiniz, amma Şuşaya gəlmirsiniz. İndi başa düşürəm ki, düz deyirdi.  Bəlkə də Şuşa ona görə bizdən inciyib. Mən orada olarkən, Qalanın önündə, qarın üstünə dizlərimi qoyub diz çökdüm və  Şuşadan üzr istədim. Dedim ki, "Şuşa, bağışla bizi. Sən 30 il düşmənin işğalı altında idin. Bu, olmamalı idi. Bu, hamımızın günahı idi”. İndi isə biz bu günahı yuduq, özü də çox böyük şərəflə, yüksək səviyyədə...”

Xəbər lenti