Qanvermə aksiyasına QHT-lərdən dəstək

Qanvermə aksiyasına QHT-lərdən dəstək
May ayının 20-də Mərkəzi Qan Bankında qanvermə aksiyası keçirilib.

Qan vermə aksiyasına Qeyri Hökümət təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvləri, şuranın sədri Azay Quliyev və QHT nümayəndələri iştirak ediblər.

Aksiyanın keçirilməsində əsas məqsəd qana ehtiyyacı olan şəxslərin qan ehtiyyatlarını təmin etməkdir.

Qeyd edək ki, qanvermə zamanı donorların və tibb işçilərinin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib. Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən şəxslər üçün istifadə olunacaq.


Azay Quliyev bildirib ki, qanvermə həm də sağlamlıq cəhətdən yaxşıdır, qan təzələnir, sağlamlıq vəziyyəti imkan verirsə qan vermək lazımdır.
Qeyd edək ki, aksiya  Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilir.

Xəbər lenti