“Qarabağ” rəqs qrupu Stokholmdakı festivala qatılıb

“Qarabağ” rəqs qrupu Stokholmdakı festivala qatılıb

LOBBİ.az xəbər verir ki, İsveç-Azərbaycan Dərnəyinin (SAF) "Qarabağ” Azərbaycan rəqs qrupu Stokholm şəhərində Ramazan bayramı münasibətilə keçirilən "Eid-festival”da iştirak edib.

Tədbirdə uğurla çıxış edən "Qarabağ” rəqs qrupu "Uzundərə” və "Nəlbəki” milli rəqslərimizi təqdim edib. Bundan öncə isə rəqs qrupunun üzvləri "Qarabağ − Azərbaycan torpağıdır!”, "Sülh yolu ilə evimizə − Qarabağa geri dönmək istəyirik!” şüarlarını səsləndiriblər.

Festival zamanı SAF-ın sədri Sevda Dadaşova yerli radioya müsahibə verərək, ölkəmiz və Qarabağ problemi ilə bağlı haqlı mövqeyimiz haqqında ətraflı məlumat verib. O, bildirib ki, Ermənistanın təcavüzkar siyasəti nəticəsində bir milyondan çox soydaşımız öz doğma torpaqlarından didərgin düşüb və soyqırıma məruz qalıb. Öldürülən və yaralananlar arasında uşaqların da olduğu, onların qaçqın həyatının məhrumiyyətlərilə üzləşdiyi də vurğulanıb. O, SAF-ın nəzdindəki rəqs qrupunun bu səbəbdən "Qarabağ” adlandırıldığına diqqəti cəlb edib. 

Xəbər lenti