Qarabağda tikiləcək yeni aeroportların yeri bəlli oldu - Prezident açıqladı

Qarabağda tikiləcək yeni aeroportların yeri bəlli oldu - Prezident açıqladı

Zəngilan və Laçında yeni aeroportlar tikiləcək. 

Iqtisadi.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında məlumat verib. 

Prezident bildirib ki, yeni loqistika layihələri icra edildikdən sonra Zəngilan əhəmiyyətli məkana çevriləcək. 

Ona görə də orada aeroportun olması qərara alınıb.

Dövlət başçısı bildirib:

"Bizim azad olunmuş ərazilərdə aeroport tikmək istəyimiz tək Füzuli ilə yekunlaşmır. Laçın və Zəngilanda da aeroport tikmək kimi planımız var".


Xəbər lenti