Qənirə Paşayeva qəhrəman şəhidimiz Rəşad Ələkbərovun anası ilə görüşüb
20 Dekabr 2020, 17:47
20 Dekabr
2020
17:47
980
MM-nın Mədəniyyət komitəsinin sədri Q.Paşayeva qəhrəman şəhidimiz Rəşad Ələkbərovun anası Nailə xanım Ələkbərova ilə görüşüb və sizin kimi analarla qürur duyuruq deyib.
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Böyük Vətən Müharibəsində şəhid olmuş hərbi qulluqçu Rəşad İlqar oğlu Ələkbərovun anası, Gəncə şəhər, Kəpəz rayon sakini Nailə xanım Ələkbərova ilə görüşüb.
Şəhid anasını Azərbaycan Silahlı Qüvvələrinin düşmən üzərində parlaq qələbəsi münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb: "Oğlunuz 2020-ci ilin Tovuz döyüşlərindən sonraq Silahlı Qüvvələrimizə könüllü yazılaraq, yenidən hərbi xidmət göstərmək arzusunu ifadə edib və sentyabrın 27-də başlamış 44 günlük Vətən Müharibəsinin ilk günündən fədakarlıqla döyüşüb.
9 noyabrda Şuşa-Laçın istiqamətində qəhrəmancasına şəhid olan oğlunuz ölkə Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda” medalı ilə təltif edilib. Rəşad kimi gənclərimizlə hər zaman qürur duyacağıq!
Sizin oğlunuzun və onun cəbhə yoldaşlarının fədakarlığı sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olundu, xalqımızın 30 illik həsrətinə son qoyuldu.
Şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Bu zəfər münasibəti ilə təbriki ən çox haqq edən insanlar siz şəhid valideynlərisiz.
Siz özünüz 1992-93-cü illərdə Gəncə Alayının tərkibində I Qarabağ Müharibəsinin könüllü iştirakçısı olmusuz, müharibə veteranısız.
Sizi qələbə münasibəti ilə təbrik edirəm”!
Şəhid anası ilə ətraflı söhbət edən Q.Paşayeva, ona tarixi zəfər münasibəti ilə Mədəniyyət Komitəsi adından Məktub və üzərinə "Qarabağ Azərbaycandır!” yazılmış saat təqdim edib.
Nailə xanım Ələkbərova səmimi görüş üçün Komitə sədrinə təşəkkür edib.
Görüşdə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova iştirak edib.
Q.Paşayevanın şəhid hərbi qulluqçumuz haqqında yazısnı təqdim edirik:
Rəşadətli Rəşad
Rəşad İlqar oğlu Ələkbərov
anlamlı bir gündə - paytaxt Bakının yadellilərin işğalından azad edildiyi günün 79-cu ildönümündə - 15 sentyabr 1997-də doğulub. Doğulduğu günün, daşıdığı adın energetikasına, mahiyyətinə uyğun həyat və aqibət yiyəsi olub Rəşad. – Şuşa uğrunda döyüşüb, Şuşanın azadlığını görüb, Şuşa-Laçın istiqamətində şəhid olub...
Rəşadın anası, vətəncanlı Nailə xanım Ələkbərova I Qarabağ Müharibəsində "Gəncə” alayının tərkibində iştirak edib (1992-93), Tərtər-Ağdərə istiqamətindəki döyüşlərdə yaralanıb. Vətəncanlı ananın vətəncanlı oğlu Rəşada II Qarabağ Müharibəsində iştirak etmək, anasının və silahdaşlarının yarımçıq qalmış arzularının gerçəkləşməsində fədakarlıqla döyüşmək, qalib olmaq – Şuşada üçrəngli müqəddəs bayrağımızın sancıldığını görmək nəsib olub!..
Rəşad Ələkbərov Gəncə şəhəri 44 saylı orta məktəbi bitirdikdən sonra hərbi xidmətə gedib (2017), 2019-cu ildə hərbi xidmətdən tərxis olunub. 2020-ci ilin iyulunda dövlət sərhəddinin Tovuz istiqamətində baş vermiş döyüşlərdən sonra Rəşad Kəpəz rayon Səfərbərlik və Hərbi xidmətə çağırış idarəsinə gedərək könüllü qeydiyyatdan keçib – döyüşlərə getmək istəyini ifadə edib. Azərbaycan Böyük Vətən Müharibəsi başlayan kimi yenidən həmin idarəyə müraciət edən Rəşad, nəhayət istəyinə çatıb. – Doğrusu, anasının tək övladı, yeganə ümid yeri olmasına baxmayaraq, vətəncanlı Rəşadın bu comərdləyinin özü undulmaz, kitaba düşəsi, könüllərə yazılası hadisədir.
Rəşad öncəbhəyə getməmişdən öncə, Şəmkirdə yerləşən "N” saylı hərbi hissədə hərbi təlimə cəlb olunub, sonra döyüşlərə göndərilib – Vətən uğrunda döyüşlərə! – Döyüşlərin ən gözəli, müqəddəsi! Rəşadın dövlət başçısının 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə təltif olunduğu medal da "Vətən uğrunda” adlanır...
Əlbəttə, hamımız bir gün bu dünyaya əlvida deyəcəyik. Amma "Vətən uğrunda” şəhid olmaq və təltif olunmaq neçəmizə qismət olacaq..?
Diləyimiz: Rəşad kimi vətəncanlı oğullarımızın ruhunun, onların ailəsinin bizə Qələbə halallığı verməsi, Qarabağ sevincimizi bizə halal etməsidir!
Borcumuz: Öz işlərimizlə şəhid ruhlarını şad etməkdir!
İnamımız: Üçrəngli müqəddəs bayrağımızı həmişə ən ucalarda görməkdir! – Vətənimizin yalnız dağları deyil, dərələri də, düzənləri də ucalıqdır! – Öz torpaqlarımızda öz bayrağımızın dalğalanması öz dünyamızdır, öz ucalığımız, öz ürəyimiz və öz eşqimizdir!
Rəşadın dayısı, tanınmış aydınımız dos.dr.Faiq Ələkbərli deyir, "Rəşad ailənin yeganə övladı olduğu üçün, arxa cəbhədə xidmət şansı ola bilərdi, lakin o bu barədə nənki düşünməyib, əksinə, özü məhz öncəbhəyə getmək, qaynar döyüş nöqtələrində döyüşmək istəyib. O, Füzulidə, Hadrutda, Xocavənddə, Daşaltı və Şuşa şəhəri uğrunda qəhrəmanlıqla döyüşüb.
Onun şəhid olması xəbərini bizə noyabrın 11-də dedilər. Şəhidimizin nəşi noyabrın 12-də Gəncə Şəhidlər Xiyabanında dəfn edildi. Tanıdığımız, tanımadığımız nə qədər insan iştirak edirdi – bu, xalq məhəbbətinin təzahürüydü, Cümhuriyyətimizin ilk paytaxtının öz şəhid balasını bağrına basması idi”…
Şəhidlərimizin ruhuna ehtiramımız əbədidir!
VƏTƏN SAĞ OLSUN!
Xəbər lenti
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
Digər xəbərlər
-
SOSİAL
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
SOSİAL
Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
SOSİAL
Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
SOSİAL
ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
SOSİAL
Xankəndidə ilk körpə dünyaya gəlib
-
SOSİAL
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
SOSİAL
"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
SOSİAL
Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
SOSİAL
Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"