Qənirə Paşayeva yazır: Dəmir məntiqdən “Dəmir yumruğ”a...
27 Sentyabr 2021, 23:18
27 Sentyabr
2021
23:18
818
Dəmir məntiqdən "Dəmir yumruğ”a...
(MM-nın Mədəniyyət komitəsinin sədri Q.Paşayevanın yazısını təqdim edirik.)
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın "Nasionalnaya oborona” jurnalına müsahibə verib. Əlbəttə, Prezident nüfuzlu xarici media orqanlarına dəfələrlə müsahibə verib və hər birinin öz mövzusu, öz ismarıcları olub. Bu dəfəki müsahibəni özəl qılan hansı səbəblər vardır? Məncə, ilk növbədə, müsahibənin 27 sentyabr – 44 günlük müharibənin başlanmasının birinci ildönümü ərəfəsində verilməsi, müsahibədə məhz həmin müharibədən, müharibədəki şanlı qələbəmizdən danışılması çox önəmlidir. Çünki müsahibə özünəxas auditoriyası olan rusdilli hərbi analitik nəşrə verilib, üstəlik, bir sıra detallar ilk dəfə açıqlanıb. Başqa bir fərqləndirəcəyimiz məqam, Prezidentə verilən suallarla bağlıdır – açıq görünür ki, nüfuzli hərbi-siyasi analitik olan Baş redaktor Azərbaycana, Ermənistana, ümumən regionada baş verən hadisələrə yaxşı bələddir. Burada bir mühüm istiqamət də, istər ötən il müharibənin gedişində, istər, müharibədən sonra Azərbaycan Prezidentinin xarici və yerli media orqanlarına verdiyi müsahibələrin, beynəlxalq tədbirlərdəki çıxışlarının, keçirdiyi görüşlərin, "tvit”lərinin Azərbaycan həqiqətlərini beynəlxalq miqyasda hansı dərəcə və keyfiyyətdə tirajlamasına şahid olmağımızdır.
Rusiyanın "Nasionalnaya oborona” jurnalına bu dediklərimiz fonunda müsahibə verən cənab Prezident 44 günlük Vətən Müharibəsi ilə bağlı çoxsaylı sualları cavablandırarkən, sülhquruculuğu prosesi və regionun gələcəyi ilə bağlı fikirlərini də bölüşdü.
"Nasionalnaya oborona” vasitəsi ilə böyük rusdilli auditoriyaya Azərbaycanın öz torpaqlarını işğaldan azad etməyə həmişə hazır olması, bununla bağlı əməliyyat planlarının hazırlanması barədə önəmli ismarıclar paylaşılmış oldu. Bəllidir ki, 44 günlük müharibə Ermənistanla Azərbaycan arasında getsə də, Ermənistana daşınan silah-sursat əsasən (və kütləvi şəkildə) Rusiyadan göndərilirdi. Belə daşınmalar müharibədən öncəki aylarda, müharibənin gedişində, hətta müharibədən sonra da davam edib. Üstəlik, 10 noyabrda imzalanan və 44 günlük müharibəyə son verən Üçtərəfli Bəyanat məhz Rusiyanın iştirakı ilə imzalanıb. 2021-ci ilin yanvarında imzalanan ikinci Üçtərəfli Bəyanatı da bura əlavə etsək, habelə Rusiya hərbçilərinin hazırda Qarabağın dağlıq hissəsində mövcudluğu, Rusiyanın Ermənistan üzərindəki çox böyük təsirləri, belə bir müsahibənin məhz rusdilli mühitdə tirajlanmasının dəyərini daha aydın təsəvvür etməyə imkan yaradır. Əlbəttə, dövlət başçısının bu mühüm müsahibəsi başqa dillərdə də tirajlanır; Ermənistanın, Ermənistanı müdafiə etməyə həvəslilərin Azərbaycanın dövlət başçısının qəti mövqeyi ilə geniş şəkildə tanış olması mühüm hadisədir. Bu müsahibənin başqa bir dəyəri ondadır ki, Ermənistanda ikibaşlı "əvəzçıxma” çaxnaşmaları səngiməyib. Bir dəstə daxili siyasi meydanda əvəzçızma həvəsindədir; başqa bir "əvəzçıxma” cəhdi isə Qarabağda itirilmiş imkanlarla bağlı olub, uğursuz dövlətin müxtəlif siyasi-hərbi kəsimlərini əhatə edir. Daxili əvəzçıxma səyləri öz işləridir, lakin hər iki əvəzçıxma meyli güclənərsə, bundan ziyan çəkən, itirən erməni cəmiyyəti, uğursuz erməni dövləti özü olacaq. Qalibiyyət Azərbaycana yeni imkanlar qazandırıb, bu hər kəsə bəlli bir həqiqətdir. Biz qısa müddət ərzində mümkünsüzü mümkün etmiş, tarixi Zəfər qazanmış və sürətli təmir-bərpa, qruculuq prosesinə başlamışıq. Ermənilərsə hələ də Hadrutda, Cəbrayılda, Füzulidə meyit axtarır, hələ də öz daxillərində günahkar axtarırlar. Ermənistan keçilməz "Ohonyan xətti”nin necə sürətli keçildiyini görə-görə, (Ohonyanın özünün canını Şuşadan necə götürüb aradan çıxdığını bilə-bilə), bu məğlub vaxtında bizim qarşımızı kəsə, bizdən əvəz çıxa bilərmi? Sınıq-salxaq günə salınmış Ermənistan ordusunun qalib Azərbaycan Ordusuna üstün gəlməyə nə mənəvi-psixoloji durumu, nə silah-sursatı, nə də kadr ehtiyatı imkan verir. Çox qısa müddətdə 10 min fərari ortalığa çıxaran bir ölkə, əvəz çıxmaq haqqında deyil, öz səhvlərindən nəticə çıxarmaq haqqında düşünməlidir.
Əgər Ermənistanın ötən il sentyabrın 27-də pik nöqtəyə çatan ardıcıl hərbi təxribatları, yeni müharibə və işğal planları onların ağır itkiləriinə, məğlubiyyətinə səbəb oldusa, növbəti belə təxribatlar hələ cəhd mərhələsindəykən öz cavabını alacaq! Ermənistan hərbi-siyasi rəhbərliyi unutmamalıdır ki, müharibənin ilk günündən Azərbaycan Ordusunun torpaqları işğaldan azad etməyə başlaması, bir addım belə geri çəkilməməsi, 44 gün hücumda olaraq Zəfər qazanması öz nəticələri ilə bugünümüzdə itirak edir, gələcəyimizdə iştirak edəcək və bizə həmişə ruh verəcək. "Dəmir yumruq” yerindədir!
44 günlük müharibədə Azərbaycanın qələbəsini şərtləndirən səbəblər cənab Prezidentin müsahibəsində çox dəqiq göstərilib. Ən ümumi şəkildə ifadə etsək, qələbəmizi şərtləndirən səbəbləri belə sıralaya bilərik:
-Azərbaycanda təkmil siyasi idarəetmənin mövcud olması; Prezidentin uzaqgörən siyasəti və bunun nəticəsində Azərbaycanın daxili və xarici siyasətdə böyük uğurlar əldə etməsi;
-Azərbaycanda güclü iqtisadi imkanların təmin edilməsi, iqtisadi imkanlardan səmərli istifadə, Prezidentin həyata keçirdiyi iqtisadi siyasətin uğurlarının ordu quruculuğuna şamil edilməsi;
-Azərbaycanın etibarlı, məsuliyyətli hakimiyyətə malik olması;
-Güclü, çağdaş – qarşıya qoyulmuş vəzifələri yerinə yetirmək qüdrətinə malik nizami ordunun yaradılması;
-Azərbaycanda vətəncanlı gənclər nəslinin yetişdirilməsi;
-Azərbaycan dövlətinin qısa zamanda, çevik şəkildə bütün resursları səfərbər etmək və vahid məqsədə istiqamətləndirmək bacarığı;
-Azərbaycanda xalq-dövlət birliyinin, milli həmrəyliyin mövcud olması.
Yeri gəlmişkən, bu geniş müsahibəsini təhlil edən ekspertlərin, Ali Baş Komandan İlham Əliyevin özünün 44 günlük müharibə dövründəki fəaliyyəti ilə bağlı gəldiyi qənaətləri də burada ifadə etmək istərdim:
İlham Əliyevin lider özəllikləri, cəmiyyəti vahid amal uğrunda səfərbər etmək bacarığı, prinsipial, qətiyyətli və dünya səviyyəli siyasətçi, mahir strateq olması;
İlham Əliyevin Ali Baş Komandan olaraq hərbi əməliyyatlara şəxsən başçılıq etməsi, bütün məsələləri anban – ən xırda detallaradək nəzarətdə saxlaması, əməliyyat planlarına zəruri, operativ dəyişiklər etməsi və bunun müsbət nəticələr verməsi;
Prezidentin müharibə dövründəki çıxışları, xalqa müraciətləri, Qələbə "tvit”ləri, təmkinli davranışı, xalqı və ordunu Zəfərə ruhlandırmaq, inandırmaq bacarığı;
Azərbaycanın düşmənin heç bir təxribatına getməməsi, humanitar hüququn tələblərinə əməl etməsi – bir sözlə, müharibədə qızıl ləyaəqt göstərməsi;
Müharibənin və coğrafi mühitin çətinliklərinə, düşmənin işğal zonasında 30 ilə yaxın möhkəmlənməsinə, hakim yüksəkliklərə nəzarət etməsinə baxmayaraq, məhz düşmənin daha çox itki verməsi, əks-hücum edən tərəf kimi bizimsə daha az itkilər verməyimiz...
Bilirsiz, bu yazdıqlarımız yazmalı olduqlarımızın hamısı deyil; bununla belə, bu qısa qeydlər özü də, qazanılmış Zəfərin və Ali Baş Komandanın titanik səylərinin miqyasını təsəvvür etməyə imkan verir. Məhz bu sadaladıqlarımız sayəsində, müharibənin ilk günündən etibarən düşmənin "keçilməz müdafiə xətti” – güclü istehkamları darmadağın edilə bildi. Ermənistanın qurduğu güclü istehkamları darmadağın etmək hər dövlətin gücü, hər ordunun qüdrəti daxilində deyildi. Bunu Azərbaycan dövləti, qəhrəman Ordumuz bacardı! "Təmas xətti” yarıldıqdan sonrakı günlərdə, Ermənistan üçün ciddi sarsıntı olan Hadrut əməliyyatı və Hadrutun azad edilməsi "Dəmir Yumruq” əməliyyatının ən həlledici mərhələsi sayılır. Hadruta qədər ilk rayon mərkəzi - Cəbrayıl şəhərinin, sonrakı günlərdə Füzuli şəhərinin azad edilməsi də düşmən ordusunun çözülməsi, pərən-pərən düşməsi üçün mühüm mərhələlər idi. Ardıcıllıqla Soltanlı və Əmirvarlı yaşayış məntəqələrində düşmənin çox güclü müdafiə xətlərinin də sıradan çıxarılması, Zəngilana yolun açılması isə qarşı dövrdə Azərbaycan Ordusunun irəliləməsi üçün əlverişli ortam yaratmış oldu. Qubadlının azad olunması və Laçın rayonunun güneyinə çıxış, Laçın dəhlizinə nəzarətin təmin edilməsi "Dəmir Yumruğ”un şanlı tarixcəsində özünəməxsus yerə, rola malikdir.
Şuşa əməliyyatı isə müharibənin tacı olub, dünya hərb literaturanıda öz yerini almışdır. Şuşa əməliyyatı əsl hərbi ustalıq, qəhrəmanlıq örnəyi, düşmənin son müqavimətinin sındırılması və onun təslim olması aktı idi!
"Dəmir Yumruq” öz yerində, (yuxarıda da vurğuladığımız kimi) bir də informasiya cəbhəsi vardı. – Azərbaycan informasiya sahəsində də üstünlük qazandı və bu üstünlüyün qazanılmasında şəxsən Prezident İlham Əliyevin özünün çox müstəsna rolu oldu. Prezidenin hələ müharibədən öncəki dövrdə müxtəlif yüksək beynəlxalq tribunalardan Ermənistanın işğalçılıq siyasətini ifşa etməsi, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırması unudulmamalıdır. Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla debatlarda Azərbaycanın mövqeyini dəmir məntiqlə çatdırması "Dəmir Yumruğ”a gələn yol idi... Prezident Əliyev debatlarda çağdaş diplomatiyanın ən bariz örnəyini təqdim edərkən, erməni baş nazir bunun qarşılığında özünü itirir, olduqca zəif qalır, ciddi siyasi yanlışlıqlara yol verir və siyasi-diplomatik cəhətdən iflas edirdi.
Azərbaycan Prezidenti 44 gün içində müharibəni işıqlandırmaqda maraqlı olan nüfuzlu dünya media orqanları vasitəsilə tarixi həqiqətlərimizi təkzibedilməz süburtlarla, danılmaz faktlar əsasında dünya ictimaiyyətinə çatdırdı. Dünyanın aparıcı media orqanlarına 30-a yaxın müsahibəsində İlham Əliyev əsl diplomatiya, natiqlik, dəmir məntiq nümayiş etdirdi; bu müsahibələr Azərbaycan Prezidentinin dünya mediasına, özəlliklə qərəzli, "prokurorvari suallarla silahlanmış” media orqanlarına "master klass”ı kimi yadda qaldı. Prezident İlham Əliyevin məşhur müsahibələri Ermənistanın onilliklərlə beynəlxalq ictimaiyyəti zəhərləyən təbliğatını darmadağın etdi, müharibənin tarixi, gedişatı haqqında həqiqətləri çatdırdı – kimin işğalçı, kimin isə işğala məruz qalan tərəf olduğunu sübutlarla, faktlarla göstərdi. İllər öncə Ümummilli lider Heydər Əliyevin xarici səfərlərdə bir ustad müəllim kimi xəritə önünə keçərək, çubuqla "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi”nin coğrafiyasını necə izah etdiyini xatırlayıram. İlham Əliyev informasiya savaşında, təbliğatda, diplomatiyada Heydər Əliyev məktəbinin ənənələrini ən uğurlu şəkildə davam və inkişaf etdirdi.
Erməni təbliğatının Azərbaycan haqqında beynəlxalq ictimaiyyətdə yanlış təsəvvür formalaşdırması – "ermənilərin Azərbaycanda yaşaya bilməsi mümkün deyil” ideyasının təlqin edilməsi də Prezidentin güclü arqumentləri ilə ifşa olundu. ABŞ-ın, Almaniyanın, Fransanın (ümumən Qərbin) bir çox mediası və təşkilatının erməni lobbisinin təsiri altında olması bəlliydi. Onların Azərbaycana qarşı ədalətsiz və qərəzli kampaniyanın fəal iştirakçılarına çevrilməsi fonunda Prezident Əliyevin müsahibələri qalıcı təsirlər yaratdı.
"Nasionalnaya oborona”ya verilən geniş müsahibənin də həqiqətlərimizin tirajlanmasına, etibarlı mənbə rolu daşıyacağına, öz təsirləri ilə gələcəkdə də seçiləcəyinə şübhə yoxdur.
DÖVLƏTİMİZ VAR OLSUN!
Xəbər lenti
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
Digər xəbərlər
-
GÜNDƏM, SOSİAL
Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
GÜNDƏM, SOSİAL
2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
GÜNDƏM, SOSİAL
Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
GÜNDƏM, SOSİAL
Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
GÜNDƏM, SOSİAL
Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
GÜNDƏM, SOSİAL
Deputat: Antalya Forumundan Ermənistanın regionda sülhün bərpasında ciddi məsuliyyət daşıdığına bir daha əmin olduq
-
GÜNDƏM, SOSİAL
Xocalı şəhidləri Polşadakı katolik kilsəsində anılıb - Foto/Video
-
GÜNDƏM, SOSİAL
"D&P Perfumum”dan Sevgililər gününə özəl kampaniya: 45 MANAT YOX, CƏMİ 25 MANAT
-
GÜNDƏM, SOSİAL
Mingəçevir əhalisinin seçimi bəllidir: BİR DAHA İLHAM ƏLİYEV