“QHT ziyarətləri” layihəsi davam edir.

“QHT ziyarətləri” layihəsi davam edir.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyi "QHT ziyarətləri” layihəsi çərçivəsində Bakı şəhərində növbəti görüşlər keçiriblər. 
Layihə çərçivəsində  Bakı şəhərində yerləşən  Milli QHT Forumu və  Beynəlxalq Avrasiya Mətbuat Fondu ictimai birliklərin ofisləri ziyarət edilib.
"QHT ziyarətləri”ndə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva və Agentliyin məsul əməkdaşları iştirak ediblər.  
Görüşlər zamanı QHT sədrləri  Umud Mirzəyev, Rauf Zeyni və Milli QHT Forumuna üzv olan QHT-lərin sədrləri Qorxmaz İbrahimli, Eyyub  Hüseynov, İradə Rzazadə, Tünzalə Cavadova, Ayaz Hüseynov, Ramil Əliyev , Nərmin Kərimova  və İlham İsmayılov öz fəaliyyətləri haqqında geniş məlumat veriblər. Onların təklif və problemləri dinlənilib.
 
7News.Az
 Açıklama yok.

 Açıklama yok.
Açıklama yok.

Xəbər lenti