Rusiya əsgərlərini regiondan çıxarmalı, ermənistanı ləğv edib quberniyaya çevirməli, bayraqlarını da büküb...

Rusiya əsgərlərini regiondan çıxarmalı, ermənistanı ləğv edib quberniyaya çevirməli, bayraqlarını da büküb...
Bu barədə 7NEWS.az saytının rəhbəri, internet-media ekspert Səbuhi Abbasov son günlər işğaldan azad olunmuş ərazilərdə erməni terrorçularının təxribatlarına münasibət bildirərkən deyib: "Əziz dostlar, son günlər işğaldan azad olmuş ərazilərdə Rusiya sülhməramlılarının qeyri-adekvat addımlarını hər birimiz məyusluqla izləyirik. Ancaq gəlin etiraf edək ki, hər birimiz bu cür yanaşmanı gözləyirdik. Bəlkə də daha pisini gözləyirdik, lakin mövcud regional gücümüz, faktiki mövqeyimiz və siyasi iradəmiz anti-azərbaycan qüvvələrinin əl-qolunu bağlayıb. Rusiya hər zaman imperialist maraqlarını qoruyub, saxlayıb. Bundan sonra da bu siyasəti davam etdirəcək. Eyni zamanda, Azərbaycan ermənistan xaric bütün qonşuları ilə normal münasibətin tərəfdarıdır və bununçün bütün mümkün addımları atıb. Əslində, biz Rusiyanın media cameəsinə zamanında inteqrə etməli və ictimai rəyi ədalət prinsipləri üzərində qurmağa çalışmalı idik. indi də gec deyil. 
Rusiya bilməlidir ki, Cənubi Qafqazda onun yeganə səmimi tərəfdaşı Azərbaycandır. Ermənistan isə hər zaman xəyanət edib, bundan sonra da edəcək. paşinyan dönəmində SOROS "zabiti" DTX rəisi oldu, 1 ay öncə görəvdən alındı. Həmin SOROS küçüyü Rusiya ilə ermənistanın bütün məxvi əməkdaşlığını, xüsusən, Rusiyaya aid olan hissəsini heç şübhəsiz SOROS-dakı ağalarına ötürüb. Yaxın tarixə nəzər salaq, Paşinyan küçə iti kimi hakimiyyətə gələndə Rusiya bayraqları necə yandırılırdı? Ümumiyyətlə, erməni dığalarının tarix böyü öz himayədarlarına xəyanət etdiyini Rusiya bilmirmi? Suallar, cavablar həddindən artıq çoxdur. Ancaq Zəfər paradında Azərbaycan və Türkiyə Prezidentlərinin həmrəyliyi, dünyaya göndərdiyi mesajlar, görünür, Kremli bərk qəzəbləndirib. 
İndiki situasiyada erməniyə sahib çıxmaq Rusiyaya çox böyük zərbə vuracaqdır. 200 qram viskidən sonra "ruslar qədim, tiqranoid ermənilərinin slavyan qoluna aiddirlər"kimi sərsəm iddialar irəli sürən ermənilər, bunun yalan, səfeh iddia olduğunun belə fərqində deyillər və həqiqəti belə qəbul edirlər. Sizi tam əmin edirəm ki, ilk fürsətdə, ən son yol kimi sülhməramlılara qaşı belə terror aktı törədəcəklər. Nə qədər gec deyil, Rusiya beynəlxalq birlik tərəfindən qəbul edilər ərazilərimizi tanımalı, öz əsgərlərini regiondan çıxarmalı, ermənistanı isə ləğv edib Rusiya daxil quberniyaya çevirməli, bayraqlarını da büküb münasib yerlərinə daxil etməlidirlər. Artıq #QarabağAzərbaycandır şuarını heç kim ləkələyə bilməz!!!"

Xəbər lenti