Rusiyada yaşayan azərbaycanlılarla videomüzakirə aparılıb

Rusiyada yaşayan azərbaycanlılarla videomüzakirə aparılıb

Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Komitə sədri Fuad Muradov və Rusiyada fəaliyyət göstərən diaspor təşkilatlarının, diaspor fəallarının, Moskvadakı diplomatik korpusun nümayəndəsinin iştirakı ilə videokonfrans keçirilib. 

7News.Az xəbər verir ki, videokonfransda dünya azərbaycanlılarının Azərbaycan torpaqlarının azad olunması, erməni təxribatlarına son qoyulması məqsədilə bütün dünyada birlik nümayiş etdirərək Azərbaycan dövlətinin və ordusunun yanında olduğunu bəyan etməsi, aksiyalar keçirməsi, BMT, ATƏT və digər beynəlxalq təşkilatlara, eləcə də dünyanın aparıcı ölkələrinin rəsmi dairələrinə müraciətlər etmələri barədə geniş fikir mübadiləsi aparılıb.

 

Mövcud vəziyyətdə Rusiyada baş verən hadisələr, ermənilərin azərbaycanlılara qarşı vəhşi hərəkətləri təhlil olunub, diaspor üzvlərinin hadisə ilə bağlı münasibətləri öyrənilib və ətraflı müzakirə aparılıb.

Xəbər lenti