Şəhid ailələri Qusarda ziyarət edilir - FOTOLAR

Şəhid ailələri Qusarda ziyarət edilir - FOTOLAR
Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin çağırışına müvafiq olaraq, Milli Məclisin deputatı Ramil Həsənin təşəbbüsü əsasında TÜİB Başkanı Hüseyin Büyükfıratın dəstəyi ilə yaradılmış "Tək Millət, Tək Ürək” Humanitar Platforması çərçivəsində qardaş Türkiyənin  Diyanet İşleri Başkanlığı, Türkiyə  Diyanet Vakfının və Türkiyə Cümhuriyyəti Bakı Böyükelçiliyinin Din Hizmetleri Müşavirliyinin hər tərəfli köməkliyi ilə İyirmi birinci yardım aksiyası olaraq Qusar rayonunu əhatə edən bütün Şəhid ailələrimizin ehtiyaclarını təmin edəcək sovqatların ünvanlara çatdırılmasına start verdik. Bu layihənin həyata keçirilməsinə öz dəstəyini əsirgəməyən Türkiyə Cümhuriyyəti Bakı Böyükelçisi cənab Erkan Özorala, TÜİB sədri Hüseyin Büyükfırata, qardaş Türkiyə Cümhuriyyətinin dövlət və hökumət adamlarına, eyni zamanda yardımların paylanmasında bizə  hər tərəfli şərait yaradan, ev sahibliyi edən Qusar rayon İcra Hakimiyyətinin Başçısı Şair Alxasova və 51 saylı Qusar Seçki Dairəsindən Milli Məclisin deputatı Azər Badamova xüsusi təşəkkürümüzü bildiririk.
 

Xəbər lenti