Şəmkir və Daşkəsəndə Şəhid və qazi ailələri ziyarət edilir - FOTOLAR

Şəmkir və Daşkəsəndə Şəhid və qazi ailələri ziyarət edilir - FOTOLAR

Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin çağrışına müvafiq olaraq, Milli Məclisin deputatı Ramil Həsənin təşəbbüsü əsasında TÜİB Başkanı Hüseyin Büyükfıratın dəstəyi ilə yaradılmış "Tək Millət, Tək Ürək” Humanitar Platforması çərçivəsində qardaş Türkiyənin  Diyanet İşleri Başkanlığı, Türkiyə  Diyanet Vakfının və Türkiyə Cümhuriyyəti Bakı Böyükelçiliyinin Din Hizmetleri Müşavirliyinin hər tərəfli köməkliyi ilə On səkizinci  yardım aksiyası olaraq Şəmkir və Daşkəsən rayonunu əhatə edən  Şəhid və qazi ailələrimizin ehtiyaclarını təmin edəcək sovqatların ünvanlara çatdırılmasına start verdik. Bu layihənin həyata keçirilməsinə öz dəstəyini əsirgəməyən Türkiyə Cümhuriyyəti Bakı Böyükelçisi cənab Erkan Özorala, TÜİB sədri Hüseyin Büyükfırata, qardaş Türkiyə Cümhuriyyətinin dövlət və hökumət adamlarına, eyni zamanda yardımların paylanmasında bizə  hər tərəfli şərait yaradan, ev sahibliyi edən Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı Alimpaşa Məmmədova, Daşkəsən rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevə və 100 saylı Şəmkir - Daşkəsən  Seçki Dairəsindən Milli Məclisin deputatı Kamran Bayramova xüsusi təşəkkürümüzü bildiririk.


#tekmillettekürək
#qardaşlıqqazandı
#birmillətikidövlət
 
 

 

 
 
 

Xəbər lenti