Siyəzən və Şabran rayonlarında şəhid ailələri ziyarət edilir - FOTOLAR

Siyəzən və Şabran rayonlarında şəhid ailələri ziyarət edilir - FOTOLAR
Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin çağrışına müvafiq olaraq, Milli Məclisin deputatı Ramil Həsənin təşəbbüsü əsasında TÜİB Başkanı Hüseyin Büyükfıratın dəstəyi ilə yaradılmış "Tək Millət, Tək Ürək” Humanitar Platforması çərçivəsində qardaş Türkiyənin  Diyanet İşleri Başkanlığı, Türkiyə  Diyanet Vakfının və Türkiyə Cümhuriyyəti Bakı Böyükelçiliyinin Din Hizmetleri Müşavirliyinin hər tərəfli köməkliyi ilə On üçüncü yardım aksiyası olaraq Siyəzən və Şabran rayonlarını əhatə edən bütün şəhid və qazi ailələrimizin ehtiyaclarını təmin edəcək sovqatların ünvanlara çatdırılmasına start verdik. Bu layihənin həyata keçirilməsinə öz dəstəyini əsirgəməyən Türkiyə Cümhuriyyəti Bakı Böyükelçisi cənab Erkan Özorala, TÜİB sədri Hüseyin Büyükfırata, qardaş Türkiyə Cümhuriyyətinin dövlət və hökumət adamlarına, eyni zamanda yardımların paylanmasında bizə  hər tərəfli şərait yaradan, ev sahibliyi edən 54 saylı Siyəzən-Şabran Seçki Dairəsindən Milli Məclisin deputatı Sadiq Qurbanova, Siyəzən və Şabran rayon İcra Hakimiyyətlərinə xüsusi təşəkkürümüzü bildiririk.

#tekmillettekürək
#qardaşlıqqazandı
#birmillətikidövlət








Xəbər lenti