SON DƏQİQƏ: Gəncədə 2 polis əməkdaşı şəhid oldu

SON DƏQİQƏ: Gəncədə 2 polis əməkdaşı şəhid oldu
7NEWS.az xəbər verir ki, Bu gün axşam saatlarında Gəncə şəhərində bir qrup şəxs qanunsuz aksiya keçirməyə cəhd edib.
BNEWS.az-ın hadisə yerində olan müxbirinin verdiyi xəbərə görə,  sayı 200 nəfərə yaxın olan dəstə sabitliyi pozmaq, iğtişaş törətmək məqsədilə qanunsuz aksiya keçirməyə cəhd edib. Lakin polisin həyata keçirdiyi tədbirlər nəticəsində  aksiyanın qarşısı alınıb. Məlumata görə, 30-a yaxın iğtişaş iştirakçısı saxlanılıb. Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olub. Allah rəhmət eləsin! 
Hazırda Gəncədə tam sabitlikdir, hüquq-mühafizə orqanları vəziyyətə tam nəzarət edir.

Xəbər lenti