Sülh razılaşması Azərbaycanın təklif etdiyi baza prinsipləri əsasında hazırlanacaq

25 May 2022, 16:05
25 May
2022
16:05
100
Əli Hüseynli
Milli Məclisin deputatı
Mayın 22-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən üçtərəfli görüş iki ölkə arasında sülh razılaşmasının əldə olunması istiqamətində mühüm hadisədir. Bu danışıqlar prinsip etibarı ilə əvvəlki razılaşmaların sürətli icrasına yönələn addımların dəqiqləşdirilməsi xarakteri daşıyır. Görüşün Azərbaycanın təklif etdiyi əsas sülh prinsiplərinin qəbul edilməsi ilə yekunlaşması Azərbaycan diplomatiyasının növbəti uğurudur.
Bu uğur həm də onunla əsaslandırılır ki, 5 saat davam edən görüşdə danışıqlar və onun yekun razılaşmalarında "Dağlıq Qarabağ” ifadəsi işlədilməyib, Minsk qrupunun adı çəkilməyib, tatus məsələsi isə ümumiyyətlə müzakirə mövzusu olmayıb. Deməli, artıq keçmişdəki təxribat elementləri yeni sənədlərdə və ya bəyanatlarda əksini tapmır. Azərbaycanda yaşayan erməni əhalinin hüquqları barədə danışılarkən isə Azərbaycan, hər zaman dediyi kimi, vətəndaş olacaq ermənilərin təhlükəsizliyinə təminat verəcəyini bir daha bəyan edib.
Görünən odur ki, liderlərin sülh müqaviləsinə baxışları artıq konseptual yanaşmadan detallı müzakirələrə keçib. Rəsmi Bakının təklif etdiyi 5 baza prinsipi əsasında formalaşan sülhyaratma prosesi artıq konkret tədbirlərlə və addımlarla müşaiyət olunur. Hər iki ölkənin rəhbərləri tərəfindən Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında müvafiq sənədlər imzalanıb və komissiyaların tərkibləri müəyyənləşdirilib.
Üçtərəfli görüşün gedişində kommunikasiyaların açılması istiqamətində işin davam etdirilməsi, o cümlədən Zəngəzur dəhlizinin sərhədlərin müəyyənləşdirilməsi kontekstində baxılması, həm dəmir yolu, həm də avtomobil yolunun çəkilməsi, beynəlxalq daşımaların tənzimlənməsi və digər məsələlər barədə razılığa gəlinib. Sərhəd idarəçiliyi, təhlükəsizlik, torpaq haqları, həmçinin beynəlxalq daşımalar kontekstində gömrük prinsipləri tərəfləri qane edəcək formata salınıb.
Razılaşmaya əsasən sülh müqaviləsinin hazırlanması üçün xarici işlər nazirliklərinin nümayəndə heyətləri yaxın vaxtlarda bir araya gələcəklər. bağlı təklif qəbul olunub. Avropa İttifaqının təşəbbüsü ilə iki ölkə liderinin bir neçə aydan sonra yenidən birbaşa müzakirə üçün görüşmələri ilə bağlı təklif dəstəklənib. Avropa İttifaqı tərəflərlə birlikdə hər iki ölkənin və onların xalqlarının rifahı naminə İqtisadi Məşvərət Qrupunun işini inkişaf etdirəcək. Bu nüanslar istər Rusiya, istərsə də Avropa İttifaqının təşəbbüsü ilə əldə edilən bütün razılaşmaların mahiyyətini bir məxrəc altında birləşdirir və praktiki işlər üçün yeni imkanlar açır.
Danışıqların nəticələri Azərbaycan dövlətinin postmünaqişə dövründə diplomatik manevrlərinin gücləndirdiyini və Ermənistana Bakının şərtləri razılaşmaqdan başqa alternativinin olmadığını təsdiq edir.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin 22 may tarixli üçtərəfli Brüssel görüşünün nəticələri ilə bağlı mətbuata verdiyi açıqlamanın məzmunu və nəzərdə tutulduğu kimi, artıq dünən Sərhəd Komissiyalarının ilk birgə iclasının baş tutması Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin hazırlanması prosesinin sürətli şəkildə həyata keçiriləcəyi ilə bağlı ümidləri artırır.
Xəbər lenti
-
10:39“Aşqabaddakı Zirvə Toplantısında cənab Prezident İlham Əliyev çox mühüm mesajlar verdi” – Elşən Musayev
-
01:00"RT Group Academy”dən möhtəşəm təklif – HƏR KƏS TƏLƏBƏ OLACAQ
-
14:42“Zərurət yaransa, düşmənin başını növbəti dəfə əzəcəyik” AÇIQLAMA
-
13:22Media nümayəndələri üçün “Vergi sistemi, vergi qanunvericiliyi və inzibatçılığı” mövzusunda təlim keçirilib
-
12:20Gündəlik 13 manata mənzil sahibi ola bilərsiniz – Xəzər İnşaat
-
10:58Bakıya göndəriləcək yeni ABŞ səfirinin “sirri”
-
10:29Deputat Çiyni kəndində seçicilərlə görüşüb
-
16:56Deputat Ramil Həsən Ucar rayon Heydər Əliyev Mərkəzində seçiciləri qəbul edib
-
16:52Gənclər üçün ödənişsiz ilk yardım təlimləri başa çatıb
-
16:16Daha 7000 nəfərə "Müharibə veteranı" adının verilməsi ilə bağlı qərar qəbul edilib
-
14:28Milli Məclisdə Venesuela parlament nümayəndə heyəti ilə görüş olub
-
21:39Vüsal Quliyev: Bəzi məqamlarda özüm də müsabiqənin nəticələrindən narazı qalıram
-
12:32Lavrov: “İrəvan sülh danışıqlarına hazırdır”
-
15:48“Söyüş tribunası Əli Kərimlinin, Gültəkin Hacıbəylinin məbədgahına çevirilib” – Elşən Musaye
-
12:27“QHT ziyarətləri” layihəsi davam edir.
-
18:50Şamaxıda dövlət qulluqçularının peşə bayramı günü qeyd olunub
-
15:19“İsmayıllının Zəfər Şəhidləri” adlı kitabın təqdimatı baş tutdu — FOTOLAR
-
11:57“Putin NATO”sundan çıxan Özbəkistan Bakı ilə hərbi ittifaq qurmaq yolunda
-
11:09QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
-
11:05Azərbaycan – Özbəkistan əlaqələri genişlənir
-
00:45Şamaxı rayonunda gənc rəssam Şahin Nəcəfovun ilk fərdi sərgisi açılıb
-
00:12Əbülfəz Elçibəyin anadan olmasından 84 il ötür
-
18:07Azərbaycan-Özbəkistan münasibətləri: TARİXİ DOSTLUQ VƏ QARDAŞLIQ
-
17:21QHT-dövlət münasibətlərinə həsr olunmuş sonuncu Respublika zona konfransı Bakıda keçirilib
-
12:15Bu həftə Bakıda və Abşeronda “Kənddən Şəhərə” yarmarkaları keçiriləcək
-
14:40Ulu Öndər Heydər Əliyev dayanıqlı inkişafın təməlini qoyub - Deputat
-
13:07Elşən Musayev: “Ölkə ərazisinin 20 faizinin təməli yenidən qoyulur”
-
10:59“İlham Əliyevin Özbəkistana səfəri tarixi hadisədir” – Millət vəkili
-
10:39"Azərbaycan - Özbəkistan münasibətlərində yeni mərhələ başlayır"
-
10:20Daşkənddə Özbəkistan və Azərbaycanın müvafiq qurumları arasında bir sıra sənədlər imzalanıb
-
19:23Bolonya Universitetinin nümayəndə heyətinin Azərbaycana səfəri yekunlaşıb
-
19:20Kənd təsərrüfatının model əsaslı proqnozlaşdırma metodologiyası ilə bağlı Almaniyanın tədqiqat institutu ilə əməkdaşlığa başlanılıb
-
17:24Rəqsanə Kərimova: "Venesiya Komissiyası MEDİA-nın arqumentlərinin bir qismini nəzərə alıb" - MÜSAHİBƏ
-
16:23Audiovizual Şura Venesiya Komissiyasının rəyinə cavab verib
-
15:35“Ermənilər mənfur xislətlərinə, qara niyyətlərinə uyğun hərəkət edirlər” AÇIQLAMA
-
14:34Kəlbəcər və Laçın yaylaqlarındakı qoyunçuluq təsərrüfatlarında monitorinqlər keçirilir
-
11:25Laçının mərkəzinin təhvil zamanı... - bir videonun özü ilə gətirdiyi gerçəklik
-
09:14Azərbaycan MN: "Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub"
-
22:18Media Agentliyi Venesiya Komissiyasının “Media haqqında” Qanuna dair rəyinə münasibət bildirib
-
17:28“Gənclər Davamlı İnkişaf üçün” layihəsinin ilk mərhələsinə yekun vurulub
02 İyul 2022
01 İyul 2022
30 İyun 2022
29 İyun 2022
25 İyun 2022
24 İyun 2022
23 İyun 2022
22 İyun 2022
21 İyun 2022
20 İyun 2022