Şura Bakının düşmən işğalından azad olunmasının 100 illiyinə həsr olunmuş konfrans keçirib
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 1918-ci il 15 sentyabrda Bakının düşmən işğalından azad olunmasının 100 illiyinə həsr olunmuş konfrans keçirib.
7NEWS.az xəbər verir ki, Şuranın icraçı direktoru Fərasət Qurbanov Bakının işğaldan azad olunması hadisəsinin XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri olduğunu deyib. F.Qurbanov qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ilin iyunun 4-də Osmanlı imperatorluğu hökuməti ilə dostluq müqaviləsi imzalayır. Sənəddə qeyd olunurdu ki, "ölkənin təhlükəsizliyini təmin etmək üçün, əgər ehtiyac olarsa, Osmanlı hökuməti Azərbaycan Respublikasına hərbi yardım göstərməyi öz üzərinə götürür”. Osmanlı hökuməti üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək yenicə yaranan qardaş Azərbaycan dövlətinə hərbi yardımını əsirgəmir. 1918-ci ilin iyunundan Qafqaz İslam Ordusu ərazilərimizin işğaldan azad edilməsi istiqamətində hərəkətə keçir. 1918-ci il sentyabrın 15-də Qurban bayramı günündə Bakı işğalçılardan azad edilir.
İcraçı direktor bildirib ki, 1918-ci ilin sentyabrında Bakı azad edilməsəydi, bu şəhərin indi Azərbaycanın paytaxtı olması sual altında qalardı. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Bakıya köçməsilə dövlətimizin qarsısındakı böyük təhlükə sovuşmuş oldu. Bakının xilası, onun milli şəhər simasının bərpa edilməsi Azərbaycan adlı dövlətin əbədi varlığına hesablanmış tarixi zəfər idi. Bakının azad edilməsi zamanı şəhid olanların ruhu qarşısında bizlər hər zaman borcluyuq. F.Qurbanov həmçinin, deyib ki, Azərbaycan xalqının döyüşkənlik ruhu bu gün də yüksəkdir və cənab Ali Baş Komandanın əmri olacağı təqdirdə işğal altında olan torpaqlarımızı düşməndən azad etməyə hazırdır.
"Qafqaz İslam Ordusu: missiyası və əhəmiyyəti" mövzusunda məruzə ilə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova bildirib ki, 100 ildən artıq müddətdə ordusu olmayan, hərbi xidmətə çağrılmayan xalq daşnaq-bolshevik qoşunlarına qarşı vuruşa-vuruşa özünə ordu qurdu. Qafqaz İslam Ordusunun qurulması eyni zamanda türk-müsəlman əhalinin məruz qaldığı soyqırımı da dayandırmış oldu. 14 sentyabrdan başlayaraq 36 saat savaşdan sonra Bakı işğaldan azad olundu: "Təsadüfi deyilki, Bakısız Azərbaycan başdız bədənə bənzədilirdi. Bu bir daha Bakının Azərbaycanın üçün nə qədər mühüm əhəmiyyət daşıdıgını göstərir”.
AMEA-nın Qafqazşünaslıq İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə isə konfransda "Bakının işğaldan azad edilməsinin tarixi əhəmiyyəti” mövzusunda məruzə edib. E. Kəlbizadə deyib ki, Azərbaycan Milli Şurası, aydınlarımız dövlətimizin varlığı üçün Azərbaycana milli mənafe baxımdan ən yaxın dövlətlə qardaş Osmanlı dövlətiylə əməkdaşlığa getdilər və bununla da Azərbaycanın müstəqilliyini, ərazilərinin işgaldan azad olunmasını təmin etdilər: "Bakı işğaldan azad olunduğuna və milli hökumətimiz bura köçdüyünə görə birinci dünya müharibəsinin qaliblərindən olan ingilislərin hərbi birləşmələri paytaxtımıza gələndə Cümhuriyyəti de-fakto qanuni hökumət kimi qəbul etməli oldular. Qafqaz İslam Ordusunun bu zəfərini, tarixi xidmətini unutmaq mümkün deyil”.
Filmin rejissoru Elşən Qəni bildirib ki, film o dövrün ən az tədqiq olunmuş hadisəsinə, Azərbaycan tarixinin çox şanlı səhifələrindən birinə - Müsüslü döyüşlərinə həsr olunub.
Filmin ideya müəllifi olan Şura üzvü Sahib Məmmədov deyib ki, Şuranın maliyyə dəstəyilə Vətəndaş Təşəbbüsləri və İnsan Hüquqları İctimai Birliyinin "Bakının düşmən işğalından azad olunmasına açılan yol: Müsüslü döyüşü” adlı layihə çərçivəsində hazırlanan bu film XX əsr tariximizin mühüm bir səhifəsinin qaranlıq məqamlarının aradan qaldırılmasına və obyektiv həqiqətlərin təbliğinə həsr edilib: "48 gün davam edən Müsüslü döyüşü nəinki o vaxtkı Cümhuriyyət dövrünün, həm də bugünkü Azərbaycanın taleyində çox mühüm əhəmiyyət kəsb edib”.
Konfransda "Qələbəyə gedən yol – Müsüslü döyüşləri” adlı sənədli filmin nümayişi keçirilib.
General-leytinant Yaşar Aydəmirov, QHT rəhbərləri Akif Nağı, Niyaməddin Orduxanlı, Etibar Məmmədov, Məhərrəm Zülfüqarlı, Umud Rəhimoğlu, Aqil Camal, Fariz Xəlili və digər şəxslər tariximizin hər zaman qürurla xatırlanan dövrünə həsr olunan filmin izləyicilər, xüsusilə gənc nəsil üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirərək Şuraya və yaradıcı heyətə təşəkkürlərini bildiriblər.
Xəbər lenti
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:36“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
15:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:17"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:57Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
16:44Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:41Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
-
10:37“Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib – FOTOLAR
-
17:05Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
15:11“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
18:01Deputat: Antalya Forumundan Ermənistanın regionda sülhün bərpasında ciddi məsuliyyət daşıdığına bir daha əmin olduq
-
13:48İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər
-
13:22Almaniyadan Bakıya Qarabağ jesti- situativ reverans, yoxsa...
-
11:20“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
09:59Xocalı şəhidləri Polşadakı katolik kilsəsində anılıb - Foto/Video
-
13:52Deputatdan SENSASİON YAZI: "Xocalı soyqırımında adı keçənlər..."
-
13:09Layihənin adı: “QİÇS və Narkomaniyaya qarşı mübarizə tədbirlərinin keçirilməsi”
-
14:25Prezident İlham Əliyevin açıq mesajları xarici siyasətimizin gələcək prioriteti baxımından çox önəmlidir - Deputat
-
15:56“Samir Rzayevin gəlişi AZAL-da çox şeyi yaxşıya doğru dəyişib” – Elşən Musayev
-
14:47"Dünən şahidi olduq ki, idman nə qədər böyük siyasətdir" - Deputat
Digər xəbərlər
-
SOSİAL
Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
SOSİAL
"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
SOSİAL
4 fəsil dəniz mövsümü olan şimal adası
-
SOSİAL
“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
SOSİAL
Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
GÜNDƏM, SOSİAL
Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
GÜNDƏM, SOSİAL
2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
SOSİAL
“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
SOSİAL
“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib