Şura və Diaspor Komitəsi qalib QHT-lərlə onlayn görüş keçirib
18 Avqust 2020, 20:25
18 Avqust
2020
20:25
1216
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə keçirdiyi qrant müsabiqəsinin qalibləri ilə onlayn görüş keçirilib.
Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranın SƏLİS - Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sisteminin məsafədən asılı olmayaraq səmərəli elektron idarəetmə və layihələrə çoxtərəfli nəzarət imkanı verdiyini bildirib. İcraçı direktor Şuranın Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə keçirdiyi qrant müsabiqəsinə öncədən nəzərdə tutulduğundan daha artıq vəsait ayırmasının QHT-lərin bu sahədəki fəaliyyətinə xüsusi önəm verməsinin göstəricisi olduğunu deyib.
Şura sədri, deputat Azay Quliyev Şuranın 2020-ci il ikinci qrant müsabiqəsinin tərəfdaş qurumlarından birinin də Diasporla İş üzrə Dövlət Komitəsi olduğunu deyərək bu əməkdaşlıqda əsas məqsədin QHT-lərlə hökumət qurumları arasında münasibətləri yeni keyfiyyət mərhələsinə çatdırmaq, ictimai nəzarəti gücləndirmək və dövlət vəsaitinin daha şəffaf və səmərəli istifadə olunması məqsədi daşıdığını vurğulayıb.
Azay Quliyev bildirib ki, birgə qrant müsabiqəsində vəsaiti Şura ayırsa da QHT layihələrinin icrasının effektivliyini artırmaq üçün mərkəzi icra qurumları və digər əlaqəli tərəfdaşların da potensialından yararlanmaq vacibdir. Azay Quliyev son illərdə Azərbaycan diasporunun fəaliyyətinin yenidən və köklü şəkildə qurulduğunu deyib: "Xüsusi ilə Ermənistanın 12 iyuldan başlayaraq Tovuza etdiyi son hərbi təcavüzü zamanı Azərbaycan diaspora təşkilatları dünyanın müxtəlif şəhərlərində mütəşəkkil aksiyalar keçirdilər, ermənilərlə üz-üzə gəldilər və onları üstələdilər. İndiyədək mövcud olan dövlət-vətəndaş birliyinə həm də diaspora birliyi qoşuldu. Bu gün dünyada cənab prezidentin rəhbərliyi ilə güclü, beynəlxalq nüfuzu artan, güclü Azərbaycan dövləti var. Bu cəhətdən QHT-lərin də, diaspor qurumlarının da fəaliyyəti dövlətin milli maraqlarımızın qorunması istiqamətindəki siyasətinə adekvat olmalıdır. Hesab edirəm ki, həm Şuranın, həm də Diasporla İş üzrə Dövlət Komitəsinin məqsədi eynidir: Dövlətimizə, millətimizə xidmət etmək, qarşımızdakı dövlət vəzifələrini uğurla icra etmək, cənab prezidentin etimadını doğrultmaq”.
Azay Quliyev Tovuza son hücumu zamanı Azərbaycan əlehinə olan bütün qüvvələrin vahid şəbəkə halında fəaliyyət göstərdiyini bildirib. Şuranın Qarabağla bağlı maliyyələşdirdiyi layihələrin 5-ci kalonun xüsusi hədəfində olduğunu qeyd edən Azay Quliyev belə xəyanətkarları geniş ictimaiyyətin, o cümlədən QHT və diaspor fəallarının ifşa etdiyini deyib.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Şuranın hər zaman birgə və səmərəli əməkdaşlığın təşəbbüskarı olduğunu bildirib. Komitə sədri Şuranın yaratdığı şəffaf idarəçilik sisteminin layihələrin qiymətləndirilməsi zamanı hər hansı subyektivliyi istisna etdiyini deyib. Şuranın indiyədək göstərdiyi fəaliyyətlə dövlətin QHT-lərə effektiv və nümunəvi dəstək mexanizmi modeli yaratdığını bildirən Fuad Muradov ictimai təşkilatların cəmiyyətin həyatında, milli maraqların qorunmasında mühüm rol oynadığını vurğulayıb.
Komitənin 2019-2024-cü illər üzrə yol xəritəsinin qəbul olunduğunu deyən Fuad Muradov prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diaspor fəaliyyətinin gücləndirilməsini xüsusi diqqətdə saxladığını bildirib: "Bu gün Azərbaycan diasporunun 25 ölkəni əhatə edən 12 koordinasiya şurası fəaliyyət göstərir. Ermənistanın Tovuza son hücumundan sonra diaspor təşkilatlarımız dünyanın 39 ölkəsində 72 böyük aksiya keçiriblər. Bu tədbirlərdə 20 min şəxs iştirak edib. Birmənalı şəkildə bildirmək istəyirəm ki, Ermənistan diasporu fəaliyyətini əsasən təhdid, güc və terror yolu ilə qurur. Buna baxmayaraq Diaspor Komitəsi üzərinə düşən mühüm vəzifənin üzərindən əzmlə gəlməkdədir. Sevindiricidir ki, Azərbaycanın ədalətli mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılmasında, anti-Azərbaycan dairələrin ifşa olunmasında diaspor təşkilatlarımız böyük fəallıq nümayiş etdirirlər”.
Komitə sədri QHT-lərə ölkə daxilində və xaricdə təşkilati-texniki dəstək verəcəklərini və onlarla əməkdaşlıqda maraqlı olduqlarını deyib.
QHT rəhbəri Ramil İsgəndərli, Tailət Əliyev, Tahir Əmiraslanov, Xoşbəxt Səidova, Aqil Camal, Yusif Bəkirov, Toğrul Allahverdi, Nüşabə Məmmədova, Tofiq Əlizadə, Nadir İsmayılov, Xanlar Məmmədov, Samir Adıgözəlli və Vüsal Məmmədov çıxış edərək layihələri barədə məlumat veriblər. QHT rəhbərləri müqavilə öhdəliklərinə məsuliyyətlə əməl edəcəklərini və layihələri icrasını səmərəli şəkildə həyata keçirəcəklərini bildiriblər.
Xəbər lenti
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
Digər xəbərlər
-
SOSİAL
Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
SOSİAL
Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
SOSİAL
ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
SOSİAL
Xankəndidə ilk körpə dünyaya gəlib
-
SOSİAL
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
SOSİAL
"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
SOSİAL
Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
SOSİAL
Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
SOSİAL
Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü