Şuranın dəstəyi ilə yaradılan BLOGUM.az saytı təqdim edildi – GƏNCƏDƏ (FOTOLAR)

Şuranın dəstəyi ilə yaradılan BLOGUM.az saytı təqdim edildi – GƏNCƏDƏ (FOTOLAR)

 

"Azərbaycanda Yoxsulluğun Azaldılmasına Kömək" İctimai Birliyi (AYAK) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Bloggerliyin innovativ inşkişafı mərkəzi layihəsinə start verib.

Layihə çərçivəsində nəzərdə tutulan ilk təqdimat mərasimi Gəncə şəhərində baş tutub.

Gənclər evində reallaşan tədbiri giriş sözü ilə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov açaraq layihə barədə qonaqları məlumatlandırdı. 

Sonra AYAK-ın sədri Nazim Əliyev qonaqları salamlayıb, layihə barədə geniş məlumat verib: "Biz layihə çərçivəsində bloggerlik nəzəriyyəsi ilə bağlı cəmiyyəti maarifləndirməyi, əhali arasında bloggerliyi təbliğ etməyi, bloggerliyin müasir dünyamızdakı rolunu izah etməyi, bloggerliklə bağlı beynəlxalq təcrübəni ölkəmizə tətbiq etmənin yollarını araşdırmağı, milli məfkurəyə əsaslanan yeni nəsil bloggerlər yetişdirməyi qarşıya məqsəd kimi qoymuşuq. Bizə dəstək olduqlarına görə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təşəkkür edirəm”

Daha sonra Qaynarinfo.az saytının rəhbəri Zahir Əzəmət çıxış edərək layihənin əhməiyyətindən və texniki özəlliyindən bəhs edib: "Layihənin əsas məqsədi cəmiyyəti bloggerliyin mahiyyəti, funksionallığı və əhəmiyyəti ilə bağlı maarifləndirməkdən ibarətdir. Artıq layihə çərçivəsində sosial şəbəkədə SƏHİFƏ yaradılıbdır”

Sonra ASGA sədri, internet-media ekspert Səbuhi Abbasov çıxış edərək layihənin yeni nəsil bloggerlərin yetişməsində mühüm rol oynayacağını dedi.

"BİG GROUP”un rəhbəri Emil Əkbərov isə çıxış edərək bu sahədə topladığı təcrübəni iştirakçılarla bölüşüb.










Xəbər lenti