Şuşada qəza: bir hərbçi həlak oldu, iki hərbçi yaralandı

Şuşada qəza: bir hərbçi həlak oldu, iki hərbçi yaralandı
Şuşa istiqamətində bir hərbçinin həlak olması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 12-də baş vermiş qəza nəticəsində Beyləqan rayonu Şəfəq qəsəbə sakini hərbçi - müddətdən artıq xidmət edən Yaqubov Həsən Hüseyn oğlu həlak olub, iki hərbçi isə xəsarət alıb.

Faktla bağlı araşdırma başlayıb.

Qeyd edək ki, həlak olan hərbçi Həsən Yaqubov "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilmişdi.

7News.Az

Xəbər lenti