Şuşaya İsgəndər-M raketini kim atıb? – Tonoyanın şok cavabı

Şuşaya İsgəndər-M raketini kim atıb? – Tonoyanın şok cavabı
Mən dövlət sirrini açmaq fikrində deyiləm.

7News.Az xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan erməni tərəfinin İkinci Qarabağ müharibəsində "İsgəndər” raketindən istifadə edib-etməməsilə bağlı sualı cavablandırarkən deyib.

Tonoyan keçmiş Baş Qərargah rəisi Onik Qasparyanın Təhlükəsizlik Şurasının iclasında hərbi əməliyyatların 4-cü günü müharibəni dayandırmağı təklif edib-etmədiyi sualına isə belə cavab verib:

"Təhlükəsizlik Şurasının iclası dövlət sirri hesab olunur və mən onu açmaq fikrində deyiləm. Müharibənin gedişi və sonrakı nəticələri araşdırıldıqda bütün sualları cavablandıracağam. İstintaqda iştirak etməyə hazıram”.

Tonoyan onu da qeyd edib ki, baş qərargah rəisi onun icazəsi olmadan heç bir məruzə təqdim edə bilməzdi. (Axar.az)

Xəbər lenti