“Söyüş tribunası Əli Kərimlinin, Gültəkin Hacıbəylinin məbədgahına çevirilib” – Elşən Musaye

“Söyüş tribunası Əli Kərimlinin, Gültəkin Hacıbəylinin məbədgahına çevirilib” – Elşən Musaye
"Ağızlarından, vücudlarından, mənəviyyatlarından üfunət qoxan, öz ailələrinin yanındaca "canlı yayım” açıb söyüş söyən, yaramazlığın məktəbini yaradan, xüsusi kəşfiyyat orqanlarının nökəri olan, hansısa ölkədə siçan da yox, soxulcan dəliyinə girən vətən xainləri çox qısa müddətdə Azərbaycana gətiriləcək. Buna kimsənin şübhəsi olmasın. Onların biləkləri qandala susayıb. Gəldiklərindən sonra isə hər şey aydınlaşacaq. Əsas da o aydınlaşacaq ki, həmin ünsürləri maliyyələşdirən, istiqamətləndirən və ələlxüsus da "youtube” üzərindən danışdıran, bağırtdıran, sirk ayısı kimi ora-bura qaçırtdıran kimlərdir” – 7news.az xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev son zamanlar aktivləşən "söyüş müxalifəti” haqda danışarkən bildirib. 

"Baxıram, son vaxtlar həmin söyüş meydanı Əli Kərimlilərin, Cəmil(ə) Həsənlilərin, Gültəkin Hacıbəylilərin doğma ocağına, məbədgahına çevirilib. Elə də həvəslə çıxırlar, çıxış edirlər, mesaj-filan göndərirlər, sanki dünyanın hansısa məşhur kanalındadırlar. Hətta Osmanqızı da qalıb kölgədə. Ancaq söyüş. Vəssalam. Qərar budur. Əli Kərimli və digərləri artıq nə qədər iyrənc mahiyyətə sahib olduqlarını gizlətmirlər. Gültəkin tural sadıqlının verilişində o qədər xoşbəxt görünür ki, adam qalır mat-məəttəl. Danışır, gülür. Yəqin, efir qurtaran kimi də söyüşür. Məncə bir azdan rəsmən ”söyüş rubrikası” açarlar və Gültəkini də ora "qədim və daha dərin söyüşlər üzrə” məsləhətçi təyin edərlər. Niyə də olmasın. Elə bilirsiniz bacarmaz? Hamıdan yaxşı bacarar. Təcrübə ayrı şeydi.

Bu "yaramazlar klubu” həddini aşıb. Həm də tamam aşıb. Ona görə də məlum mövzuya münasibətdə kimsə səssiz qalmamalıdır. Cavab verilməlidir həmin yaramazlara. Vətən xainlərini qınaq obyektinə çevirənlərin sayı artmalıdır. Vidadilər, turallar, qabillər, mirzəlilər qarşılarında o qədər böyük sayda insan ordusu görməlidirlər ki, çaşıb qalsınlar, bilməsinlər kimə cavab versinlər. Ailə tərbiyəsinə qısır qalan bu nadanlara hər kəs xatırlatmalıdır ki, onlar ən şərəfsiz, ən rəzil işlə məşğuldurlar.

Sizin sayt vasitəsilə siyasi və ictimai təşkilatlara bir daha müraciət edirəm: Qarabağ mövzusunda necə həmrəy olduqsa gəlin anti-milli ünsürlərə qarşı mübarizə məsələsində də eyni həmrəyliyi nümayiş etdirək. Müraciət edək, onların məskunlaşdığı ölkələrə, həmin ölkələrin hüquq-mühafizə orqanlarına, beynəlxalq təşkilatlara. Ekstradisiya edəcəklərsə ekstradisiya etsinlər, özləri cəza verəcəklərsə cəzalarını versinlər. Yox əgər, dəlidilərsə o zaman dəlixanaya göndərsinlər” – deyə millət vəkili fikirlərinə davam edib.
 
 
Shushapost.Az

Xəbər lenti