TƏBİB: Bu həftəsonu və bayram günü də qadağalar olacaq

TƏBİB: Bu həftəsonu və bayram günü də qadağalar olacaq

TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı 6-8 iyun tarixində Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda tətbiq edilən küçəyə çıxma qadağasına əməl edən vətəndaşlara Operativ Qərargah və bütün həkimlər adından təşəkkür edib.


R.Bayramlı  müsahibəsində bildirib ki, sərt karantin rejimi tətbiq edilən yerlərdə əhali həmrəylik nümayiş etdirərək qaydalara əməl edib. O, gələcək günlərdəki qadağalardan da danışıb:


"İki gün ərzində virusa yoluxmanı nə qədər minimuma endirə bildiyimizin təhlilini indi verə bilmərik. Əlimizdə bu təcrübədən istifadə edən digər ölkələrin nəticələri var. Buna əsaslanaraq yoluxmanın azalacağını gözlədiyimizi deyə bilərik. Ancaq bir-iki həftə sonra aparacağımız statistik təhlillər bunun əhəmiyyətini göstərəcək. Buna görə də planlanır ki, önümüzdəki həftə sonları və həftə sonlarını bayrama bağlanan günlərdə də bu tətbiq olsun. Bu şərtlə ki, insanlarımız işə icazə verilən günlərdə qaydalara əməl etsinlər. Bunların hamısının kompleks nəticəsi təhlil olunduqdan sonra gələcək həftələrdə, ümumiyyətlə, qadağalardan danışmaya bilərik. Bir daha qeyd etmək istəyirik ki, biz qətiyyən sərt qadağaların tərəfdarı deyilik, tədricən normallaşmanın tərəfdarıyıq. İnsanlarımızın bizimlə birlikdə həmrəylik göstərməsi, ictimai qınaqla digər həmvətənləri bu qaydalara əməl etməyə çağırması çox önəmlidir”./redaktor.az

 

Shushapost.Az

Xəbər lenti