“Tək Millət, Tək Ürək”-Beynəlxalq Humanitar Plaformasının 100-cü günü-HESABAT

“Tək Millət, Tək Ürək”-Beynəlxalq Humanitar Plaformasının 100-cü günü-HESABAT

Martın 15-də saat 11.00-də "World Business Center”də "Tək Millət, Tək Ürək” Beynəlxalq Humanitar Plaformasının 100-cü günü ilə əlaqədar mətbuat konfransı keçiriləcək. Cebhe.inbfo xəbər verir ki, platforma Milli Məclisin deputatı Ramil Həsənin təşəbbüsü, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliynin (TÜİB) İdarə Heyətinin sədri Hüseyin Büyükfıratın dəstəyi və təşklatçılığı ilə həyata keçirilb.

Mətbuat konfransında 44 günlük tarixi II Qarabağ Vətən savaşı çərçivəsində Azərbaycan üçün canlarını fəda etmiş şəhidlərimızın ailələrinə, yaralılarmız, qazilərimiz və onların ailə üzvlərinə hərtərəfli dəstəyi nəzərdə tutan, onların təhsil, sosial, həm də maddi-mənəvi problemlərinin həlli istiqamətində görülən işlərlə bağlı məlumat veriləcək.

"Tək Millət, Tək Ürək” Beynəlxalq Humanitar Plaformasının 100-cü günü ilə əlaqədar keçiriləcək mətbuat konfransında Milli Məclisin deputatı Ramil Həsən və TÜİB İdarə Heyətinin sədri Hüseyin Büyükfırat başda olmaqla, Platformanın fəaliyyətində rolu olan tanınmış şəxslər, ziyalılar, iş adamları iştirak edəcək./Cebhe.info

Xəbər lenti