"Tək Millət, Tək Ürək” beynəlxalq-humanitar qardaşlıq layihəsi Naftalan və Goranboyda - FOTOLAR

Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin çağrışına müvafiq olaraq, Milli Məclisin deputatı Ramil Həsənin təşəbbüsü əsasında Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər Birliyi (TÜİB) başkanı Hüseyin Büyükfıratın dəstəyi ilə "Tək Millət, Tək Ürək” beynəlxalq-humanitar qardaşlıq layihəsi çərçivəsində qardaş Türkiyə Cümhuriyyətinin Diyanet İşleri Başkanlığı, Türkiyə Cümhuriyyəti Diyanet Vakfının və Türkiyə Cümhuriyyəti Bakı Böyükelçiliyinin Din Hizmetleri Müşavirliyinin hər tərəfli köməkliyi ilə dördüncü yardım aksiyası olaraq Naftalan şəhəri və Goranboy rayonunu əhatə edən bütün şəhid və qazi ailələrimizin ehtiyaclarını təmin edəcək sovqatların ünvanlara çatdırılmasına start verdik. Bu layihənin həyata keçirilməsinə öz dəstəyini əsirgəməyən Türkiyə Cümhuriyyəti Bakı Böyükelçisi cənab Erkan Özorala, TÜİB sədri Hüseyin Büyükfırata, qardaş Türkiyə Cümhuriyyətinin dövlət və hökumət adamlarına, eyni zamanda yardımların paylanmasında bizə  hər tərəfli şərait yaradan, ev sahibliyi edən, bizlərlə birlikdə şəhid və qazi ailələrimizi ziyarət edən Naftalan şəhər İcra Hakimiyyətinin Başçısı Vüqar Novruzova, Naftalan-Goranboy Seçki Dairəsindən Milli Məclisin deputatı Anar Məmmədova, o cümlədən Goranboy rayon İcra Hakimiyyətlərinə xüsusi təşəkkürümüzü bildiririk. 

#tekmillettekürək
#qardaşlıqqazandı
#birmillətikidövlət














Xəbər lenti