Tək Millət, Tək Ürək” Humanitar Platforması Ağdaşda - FOTOLAR

Tək Millət, Tək Ürək” Humanitar Platforması Ağdaşda - FOTOLAR
Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin çağrışına müvafiq olaraq, Milli Məclisin deputatı Ramil Həsənin təşəbbüsü əsasında TÜİB Başkanı Hüseyin Büyükfıratın dəstəyi ilə yaradılmış "Tək Millət, Tək Ürək” Humanitar Platforması çərçivəsində qardaş Türkiyənin Diyanet İşleri Başkanlığı, Türkiyə Diyanet Vakfının və Türkiyə Cümhuriyyəti Bakı Böyükelçiliyinin Din Hizmetleri Müşavirliyinin hər tərəfli köməkliyi ilə Səkkizinci yardım aksiyası olaraq Ağdaş rayonunu əhatə edən bütün şəhid və qazi ailələrimizin ehtiyaclarını təmin edəcək sovqatların ünvanlara çatdırılmasına start verdik. Bu layihənin həyata keçirilməsinə öz dəstəyini əsirgəməyən Türkiyə Cümhuriyyəti Bakı Böyükelçisi cənab Erkan Özorala, TÜİB sədri Hüseyin Büyükfırata, qardaş Türkiyə Cümhuriyyətinin dövlət və hökumət adamlarına, eyni zamanda yardımların paylanmasında bizə hər tərəfli şərait yaradan, ev sahibliyi edən Ağdaş rayon İcra Hakimiyyətinin Baçısı Tofiq İbrahimova, Ağdaş Seçki Dairəsindən Milli Məclisin deputatı Cavid Osmanova xüsusi təşəkkürümüzü bildiririk.

#tekmillettekürək
#qardaşlıqqazandı
#birmillətikidövlət
 

 

Xəbər lenti